Bakıda hava 11°
USD AZN
EUR AZN
08:52Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41128

Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinə ev verildi

Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinə ev verildi


Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə şəhid zabitin ailəsi yeni mənzillə təmin olunub.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsi yeni mənzillə təmin olunub.

Qeyd edək ki, bu günlərdə Ali Məhkəmə “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun iddiası əsasında şəhid zabit Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqqında qərar çıxarıb.

Yaranmış vəziyyətlə əlaqədar Heydər Əliyev Fondunun nümayəndələri şəhid zabitin ailəsi ilə görüşüb və Vətən uğrunda döyüşlərdə həlak olmuş Sənan Axundovun xatirəsinin əziz tutulması, onun ailəsinin üzləşdiyi probleminin həlli ilə bağlı Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Bakının Nərimanov rayonunda yeni mənzillə təmin olunduqlarını bildiriblər

Səslərin sayı: 0
0
104
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!