2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölmə seçdiyi zaman uşağın həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndiriləcək.
Qadin.Net bildirir ki, bu barədə trend-in sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
İdarədən bildirilib ki, digər dildə tədris aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi dedikdə, onun dinlədiyini anlamaq, ünsiyyət qurmaq və öz fikrini sadə formada ifadə etmək bacarığının olub-olmaması nəzərdə tutulur.
Digər dildə tədris aparılan bölmə üzrə uşaqların I siniflərə qəbulu onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq qaydada təşkil edilmiş müsahibə komissiyaları tərəfindən yoxlanılacaq. Müsahibə komissiyasının üzvləri müəllimlərdən ibarət olacaq. 12 inzibati rayon üzrə 9 mərkəzdə müraciət edənlərin sayından asılı olaraq 1, 2 və yaxud 3 komissiya fəaliyyət göstərəcək. Müsahibə komissiyaları aprelin 1-dən fəaliyyətə başlayacaq.
Qeyd olunub ki, şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat günün sonunda SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək
"Valideyn şəxsi kabinet yaradıb övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq müsahibə komissiyasında şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün qeydiyyata düşür. Əgər valideyn övladını ümumi təhsil məktəblərinin digər dildə tədris aparılan bölməsi üzrə müsahibəyə yazdırmaq istəyirsə, o zaman "Məktəblər" bölməsini seçib, "İrəli" düyməsini sıxmalıdır. Ümumi təhsil məktəbləri seçilibsə, sistem valideynə müvafiq müsahibə komissiyalarından birini seçməyi təklif edir. Həmin pəncərədə məktəbin ərazisini göstərən xəritə, məktəbin ünvanı və əlaqə nömrəsi qeyd edilib".
İdarədən deyilib ki, müsahibə komissiyasının yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndərilir, o cümlədən bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında öz əksini tapır:
"Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədən uğur qazandıqdan sonra valideyn şəxsi kabinetinə daxil olub məktəb seçimi edə bilər. Məktəb seçimi 01.05.2019-cu il tarixdən etibarən ümumi qaydada həyata keçiriləcək. Əks halda, Azərbaycan bölməsinə sorğu yerləşdirə bilərlər. Hər bir valideyn övladını yalnız bir dəfə müsahibəyə yazdıra bilər və hər bir uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədə yalnız bir dəfə iştirak edə bilər".
BŞTİ-dən əlavə edilib ki, şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə aprelin 15-dən etibarən həftənin I, II və IV günləri Rayon (Şəhər) Təhsil şöbələrində (idarələrində) təşkil edilmiş Apelyasiya komissiyalarına müraciət edə bilər
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir?- 5 Dekabr
Duyğuları açıq ifadə etmək qorxunu azaldır
"Simens"də böyük ixtisar başladı
Zibildən pul qazana biləcəyik
Kondisioner işlədən HƏR KƏS BİLMƏLİDİR - Sətəlcəm olmaq istəmirsinizsə...
Məşhurlar yürüşə çıxdılar: "Baş verənlərlə barışa bilmərik" - FOTO
Rəssam yazıçılar
İmkansız tələbələrin bu ehtiyacları ödənilə bilər
Məşhurları təqlid edən italiyalı Emanuele
Britni Spirsin çəkdiyi şəkil 10 minə satıldı - FOTO
Daşların "qızıl yaddaşı" - xrizokol
Siyənək salatı (foto resept)
Soyuqdəymə zamanı yol verilən səhvlər
Məşhur aktyor Cey Lonu lağa qoydu-FOTO
Döyüşçümüz 20-ci dəfə dünya çempionu oldu
Elmin hələ də aça bilmədiyi 15 sirr
Eşq şəhəri Paris eşqə savaş elan etdi
Məhkəmə təxirə salındı
Prezident yeraltı keçidin açılışında iştirak etdi (FOTO)
FİFA prezidenti istefa verdi
Avropa Olimpiya Komitəsinin prezidenti Bakıda
Laçın-Sünik sərhədində dalğalanan bayrağımızın görüntüsü yayıldı - FOTO
Fəxriyyə Xələfova "European Fashion Award 2016" mükafatına layiq görülüb - FOTO
Putinə ağır zərbə vuruldu
Facebook-un əsas sirri... - İstifadəçilər üçün vacib xəbər
Dodaq ətrafı qırışları necə yox etməli?
Mayli Sayrus ana olacaq
Sağlam dəri üçün maskalar
Ermənilərə qan udduran igidimizi siz də tanıyın - VİDEO
Niyə arıqlaya və ya kökələ bilmirik?-3
Toy üçün "həzin rəqs" musiqiləri
"Facebook"dan YENİLİK
Toyuqlu bulqur plovu (foto resept)
Hava haqqında
Azərbaycanlılar Ermənistanın BMT-dəki nümayəndəliyinin başını ağrıtdılar
Göbələk dolması (foto resept)
İstilik enerjisinin qiymətlərinə yenidən baxılacaq
Pomidor şorbası
20 Yanvar günü onun da qiymətini qaldırarlarmı?
Günəş tutuldu: bu hadisəni Bakıda da gördülər
Gülməli pişiklər
Prezident xanımı ilə ziyafətdə - FOTO
Ömer Muzun özünəməxsus rəsmləri
Cüdoçularımız "Qran-Pri"nin ilk günü iki medal qazanıb
Yoqurtlu küftə (foto resept)
Bayram günü HAVA necə olacaq?
Silvestr Stallone məhkəməlik oldu
Bakıda sürücülərə xoş sürpriz
Sofi Loren illər sonra sirrini açıqladı
Rahatlığın yollarını tapan insanlar
- ŞƏRHLƏR