Bakıda hava 25°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
17 iyun 15:46aysel hesenli Siz kef edin biz imtahan verək bumu ədalət? Off
40607

Müsəlman cəhənnəm əzabı çəkərmi?

 

Məryəm surəsinin bu ayələri, günahı savabından çox olan müsəlmanların cəhənnəmdə cəzalarını çəkdikdən sonra çıxacaqlarını bildirməkdədir. Məsələni düzgün başa düşmək üçün ayələrin əvvəlini və sonrasını bölümlər halında verməliyik:

Müsəlman cəhənnəm əzabı çəkərmi?

1-Yoldan çıxan nəsillər

Allah Təala, nəbilərini göndərib haqqı təbliğ etdilər. İnsanların çoxu onların xəbərdarlığına qulaq asmadılar. Bu haqda ayədə: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) ilə qarşılaşacaqlar." (Məryəm 19/59.)

 

2-Ğayy (غَيّ)günahı və ğayy cəzası

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, ğayy (غَيّ) cəzası, ğayy günahını işləyənlər üçündür. Ğayy غَيّ : الضلال والخيبة = "səhv yola girmək" və "istəyinə qovuşa bilməmək" mənasına gəlir. Günah işləyən hər kəs günahkar olduğunu bilir. Amma onun özünə görə haqlı səbəbi və o günahı işləməklə çatmaq istədiyi bir hədəfi olur. Ancaq o yol, özünü istədiyi hədəfə deyil cəhənnəmə götürür.

 

Ğayy günahını ilk törədənlər Adəm və İblisdir. Adəm əleyhissəlam, dünyada ölümsüz olma və yox olmayacaq bir səltənətə qovuşmaq ümidiylə İblisin göstərdiyi səhv yola girmiş, ancaq umduğuna qovuşmaq bir yana əlindəkini də itirmişdir.

Müsəlman cəhənnəm əzabı çəkərmi?

Allah onu zövcəsi ilə bərabər bir bağa yerləşdirəndə belə demişdi:

"Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə yerləşin. Bəyəndiyiniz yerlərdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olarsınız". (Əraf 7/19)

 

İblisi göstətərək də belə bir xəbərdarlıq edir:

"Biz dedik: "Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan." (Tə-ha 20/117)

 

Bir müddət sonra İblis Adəmə belə fısıldamışdı:

"Şeytan ona vəsvəsə edib dedi: "Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?" (Tə-ha 20/120)

 

Bu cəzbedici təklif onu səhv yola götürmüşdü:

 

فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ الْجَنَّةِ وَعَصَى آدَمُ رَبَّهُ فَغَوَى

 

"İkisi də ondan yedilər və ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə Cənnət (ağaclarının) yarpaqlarından örtməyə başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub ğayyı işləmiş oldu." (Tə-ha 20/121)

 

İblis də ğayy günahını işləmişdi. Allah, İblisə; "səcdə et"- əmrini verincə, İblis başında planladığı bir səbəbə əsaslanaraq səcdə etməmişdi. "Mən atəşdən, Adəm palçıqdan yaradılmışdır. Atəş palçıqdan xeyirli olduğu üçün mən də Adəmdən xeyirliyəm"- demişdi. Bu hadisədə də özünü deyil, Allahı təqsirkar görmüş və Ona belə demişdi:

 

فَبِمَا أَغْوَيْتَنِي لأَقْعُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِيمَ

 

"Madəm ki, məni ğayya (səhv yola) yönəltdin, mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam." (Əraf 7/16)

 

İblis, Allahın əmrinə itaət etməməyi günah saymadığı üçün kafir olmuşdu. Ancaq Adəm öz günahını başa düşmüş, tövbə edərək o səhv yoldan dönmüşdü. Deməli, eyni günahı törədən iki nəfərdən özünü günahkar sayan mömin qalır, günahkar saymayan da İblis kimi kafir olur.

 

3- Namazı tərk edib şəhvətə uyanlar və kafirlər

Məryəm surəsinin 59-cu ayəsində ğayy günahını işləyənlər yəni namazı tərk edən, şəhvətlərinə uyan və kafir olanlardan tövbə edib özünü islah edənlərə bu nimətlər veriləcəkdir:

 

"(Ğay günahını işləyənlərdən) hansıları inanaraq tövbə edib və yaxşı iş görmüş olsalar, onlar cənnətə girəcəklər və heç bir haqsızlığa məruz qalmayacaqlardır." (Məryəm 19/59)

 

Ğayy günahını işlədikdən sonra tövbə etmədiyi üçün ğayy cəzasına məruz qalacaq olanlar haqqında isə belə buyurulur:

 

وَيَقُولُ الْإِنسَانُ أَئِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا. أَوَلَا يَذْكُرُ الْإِنسَانُ أَنَّا خَلَقْنَاهُ مِن قَبْلُ وَلَمْ يَكُ شَيْئًا . فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَالشَّيَاطِينَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّا . ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى الرَّحْمَنِ عِتِيًّا . ثُمَّ لَنَحْنُ أَعْلَمُ بِالَّذِينَ هُمْ أَوْلَى بِهَا صِلِيًّا

 

"(Qiyaməti inkar edən) insan: "Mən öldükdən sonra (qəbirdən) dirimi çıxardılacağam?" - deyə soruşur. Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən (yoxdan) yaratdığımızı xatırlamırmı? Rəbbinə and olsun ki, Biz onları (ğayy günahı işləyənləri) şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik. Sonra hər firqədən ər-Rəhmana ən çox asi olanı çıxardacağıq. Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq." (Məryəm 19/66-70)

 

4-Varid= وَارِد kəliməsi

 

وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا كَانَ عَلَى رَبِّكَ حَتْمًا مَّقْضِيًّا

 

"Sizdən oraya (cəhənnəmə) getməyən qalmayacaqdır. (Bu,) Rəbbinin müəyyən etdiyi qəti bir qərardır." (Məryəm 19/71)

 

Varid= وَارِد kəliməsi cəhənnəm ilə birlikdə işlədiləndə suya gedən kimi cəhənnəmə getməyi ifadə edər. Məhşərdəki hesabda susayanlar oradan çıxarılarkən su içmə ümidilə cəhənnəmə yönələcəklər. Allah Təala belə buyurmuşdur:

 

يَقْدُمُ قَوْمَهُ يَوْمَ الْقِيَامَةِ فَأَوْرَدَهُمُ النَّارَ وَبِئْسَ الْوِرْدُ الْمَوْرُودُ

 

"(Firon) Qiyamət günü öz camaatının qabağına düşüb onları Oda aparacaq. Girəcəkləri yer nə pis yerdir!" (Hud 11/98)

 

إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمْ لَهَا وَارِدُون

 

"Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz (mütləq) ora girəcəksiniz." (Ənbiya 21/98)

 

5-Müttəqilər

Məryəm 72-ci ayədə "ثُمَّ نُنَجِّي " "özlərini qoruyanlar" müttəqilərdir. Müttəqi, təqva sahibi deməkdir. Təqva, viqayə (الوقاية) kökündəndir. Viqayə, bir şeyi sıxıntı və zərərə qarşı qorumaq, təqva isə özünü qorxduğu şeydən qorumaqdır. Şirkdən qorunan , əbədi cəhənnəmdən qorunur. Böyük günahlardan qorunan, cəhənnəmə girməkdən qorunur. Digər günahlardan qorunan da cənnətin üca məqamlarını əldə edər.

 

Bu ayədə təqva, küfür ilə imanı ayıran şey olaraq göstərilmişdir:

 

زُيِّنَ لِلَّذِينَ كَفَرُوا الْحَيَاةُ الدُّنْيَا وَيَسْخَرُونَ مِنَ الَّذِينَ آمَنُوا وَالَّذِينَ اتَّقَوْا فَوْقَهُمْ يَوْمَ الْقِيَامَةِ

 

"Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman gətirənləri məsxərəyə qoyurdular. Halbuki müttəqilər qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər." (Bəqərə 2/212)

 

Allahın qoyduğu qanun, günahı savabından çox olanların cəhənnəmə girməsini tələb edir. Allah Təala belə deyir:

 

وَالْوَزْنُ يَوْمَئِذٍ الْحَقُّ فَمَن ثَقُلَتْ مَوَازِينُهُ فَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ . وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُوْلَـئِكَ الَّذِينَ خَسِرُواْ أَنفُسَهُم بِمَا كَانُواْ بِآيَاتِنَا يِظْلِمُونَ

 

"O gün (əməllərin tərəzidə ) çəkilməsi bir həqiqətdir. Tərəziləri ağır gələnlər - nicat tapanlardır.Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır." (Əraf 7/8-9)

 

Məryəm surəsinin 72-ci ayəsində cəhənnəmə girib çıxacaq olan müttəqilər, aşağıda verdiyimiz ayələrdəki günahkarlardır.

 

وَنَسُوقُ الْمُجْرِمِينَ إِلَى جَهَنَّمَ وِرْدًا . لَا يَمْلِكُونَ الشَّفَاعَةَ إِلَّا مَنِ اتَّخَذَ عِندَ الرَّحْمَنِ عَهْدًا

 

"Günahkarları, cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik. Ər-Rəhmandan əhd almış kəslərdən başqaları şəfaətə nail olmazlar." (Məryəm 19/86-87)

 

Rəhmandan söz almış olanlar, özlərini şirkdən qoruyanlardır. Çünki Allah Təala belə buyurmuşdur:

 

إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء

 

"Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur." (Nisə 4/48,116)

 

Nəticə olaraq, müşrik olmayan və günahı savabından çox olan hər kəs cəhənnəmə girəcəkdir. Cəzasını çəkdikdən sonra cənnətdəki qohumlarının yanına yerləşəcəkdir. Elə şəfaət də budur.

 

6-Şəfaətdən faydalanacaq olanlar

 

Məryəm 71-ci ayəni təkrar oxuyaq:

 

وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا كَانَ عَلَى رَبِّكَ حَتْمًا مَّقْضِيًّا

 

"Sizdən (ğayy günahı işləyənlərinizdən) oraya getməyən qalmayacaqdır. (Bu,) Rəbbinin müəyyən etdiyi qəti bir qərardır." (Məryəm 19/71)

 

Məsələn, Ğay günahını işləyənlər; "...Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar cəhənnəmdəki "Ğayya vadisinə" uğrayacaqlar." (Məryəm 19/58-59)

 

Şirkə düşməmiş olanlar isə, cəzalarını çəkdikdən sonra oradan xilas olacaqlar.

 

ثُمَّ نُنَجِّي الَّذِينَ اتَّقَوا وَّنَذَرُ الظَّالِمِينَ فِيهَا جِثِيًّا

 

"Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!" (Məryəm 19/72)

 

Cəhənnəmə gedən möminlərin, cəzalarını çəkdikdən sonra cənnətdəki qohumlarının yanına yerləşdirilmələri ilə əlaqədar ayələr bunlardır:

 

"İnanları və onların arxasınca gedən nəsillərini də (Cənnətdə) özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur." (Tur 52/21)

 

"Əməlisaleh ataları, zövcə­­ləri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub( deyəcəklər): "Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!" (Rad 13/23-24)

 

Məhşərdə, yəni hesab vermə yerində şəfaət olmayacaqdır. Allah Təala belə buyurur:

 

"O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!" (İnfitar 82/19)

 

"Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır! "Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin (Allahdan) qorxduğunu yaxşı bilir." (Nəcm 53/31-32)

 

"O gün (əməllərin tərəzidə )çəkilməsi bir həqiqətdir. Tərəziləri ağır gələnlər nicat tapanlardır." "Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır." (Əraf 7/9-10)

 

"Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar." (Nisə 4/93)

 

Milli.Az

Səslərin sayı: 1
1
473
loading...
Şərhlər
Offline
Feride
"O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!" (İnfitar 82/19)
26 mart 2019 12:54
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış