Artıq Novruz bayramına sayılı günlər qalıb.
Qadin.Net publika.az-a istinadla xəbər verir ki, bayramla əlaqədar olaraq paytaxt sakinlərini ucuz kənd təssərrüfatı məhsulları ilə təmin edilməsi üçün yarmarkalar təşkil edilib.
Əhalinin bayram bazarlığı etmək üçün bir neçə seçim imkanı var. Market və bazarlarda qiymətlərdən narazı olanlar yarmarkalara üz tuta bilər. Çünki yarmarkaların təşkil edilməsində məqsəd əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, süni qiymət artımının qarşısını almaq və istehlakçıların seçim imkanı yaratmaqdır.
Bəs, həqiqətən, yarmarkalar əhaliyə seçim imkanı verirmi?
Demək olar ki, bütün metro stansiyalarının çıxışında azı bir bayram çadırı qurulub. Bu çadırlarda təkcə kənd təsərrüfatı malları deyil, müxtəlif bayram aksessuarları, qab-qacaq, yumşaq oyuncaqlar da satılır.
Ən çox bayram çadırı Nərimanov metrostansiyası ətrafında quraşdırılıb. Biz də ilk olaraq yolumuzu bu yarmarkalardan saldıq.
Artıq bayrama bir neçə gün qalsa da, burada Novruz ab-havası, demək olar ki, az hiss olunur. Elə satıcılar da bizimlə həmfirkirdir. Onlar bu il alıcı qıtlığından şikayətlənir. Şikayətlərini dinlədikdən sonra satdıqları məhsulların qiyməti ilə maraqlanırıq. Bəziləri danışmaqdan imtina edir. Çünki gün ərzində məhsul satmaqdan çox qiymət sadaladıqlarını deyirlər. Amma çətinliklə də olsa onları danışdıra bilirik. Öyrənirik ki, yarmarkada bayramın əsas atributu olan səmənilərin qiyməti 3 manatdan başlayır, buta formasındakı qablarda və bəzəkli səmənilərin qiyməti isə 25 manatdır. Qız qalası və digər milli təsvirlərin əks olunduğu akssesuarların qiymətləri 5 manatdan başlayır. Bayram günü yumurta və süfrə bəzəmək üçün istifadə edə biləcəyiniz bəzək əşyalarının qiyməti 4-5 manatdan başlayır. Bu il bəzəkli xonçalar dəbdədir. İçi bəzəkli xonçalar 30-35 manata başa gəlir, bəzəksiz xonçalar 20 manatdır. Səməni formasında şam 1.50 manat, digər rəngli şamlar 40 qəpikdən 1 manata qədərdir.
Ərzaq məhsullarının qiyməti belə idi - qoz ləpəsi 15 manat, fındıq ləpəsi 13 manat, qabıqlı qoz-fındıq 5 manat, badam 20 manat, kişmiş 6-8 manat, qara kişmiş 8 manatdan başlayır, meyvə quruları 7, noğul 3-4 manat, hind qozu 28 manat, xurma 5 manat. Bəzəksiz səməni 1-2, bəzəklilər isə 8 manatdan başlayır, araxis 4 manat, iydə, innab 6 manat idi
Yarmarkada meyvə-tərəvəzin qiymətinə gəldikdə - portağal 2.50, armud 4.50, alma 1- 2 manat, kivi 3 manat, iri naringi 4.20, balacalar 2.50 manat, limon 30 qəpik, pomidor 3-4, xiyar 3.50 manat, badımcan 1.90 manatdır.
Hər il yarmarkadakı çadırlarda satıcı işləyən Faiq bəy deyir ki, qiymətlər ötən ildən aşağıdır. Bunun da səbəbi bu məhsuldarlığın yüksək olmasıdır. Yarmarkadakı məhsullar yerli mal olduğundan qiymətlərin də aşağıdır.
Alıcılar deyir ki, pulu olana qiymət fərqi yoxdur. Amma büdcəsinə uyğun bazarlıq etmək istəyənlər yarmarkaya gəlir. Lakin alıcılar yarmarkada bəzi məhsulların marketlərdən baha olduğunu deyir. Bəzi alıcılar isə yarmarkadakı qiymətlər münasib olduğundan hər il məhz buradan bazarlığa üstünlük verdiklərini bildirir.
"28 May" metrostansiyasının çıxışında da yarmarka Novruz festivalı çərçivəsində bir sıra məhsulları satışı həyata keçirilir. Düzdür, burada kənd təsərrüfatı malları satılmır. Lakin bayram günlərini əylənərək keçirmək istəyənlər üçün yaxşı imkan yaradılıb. Festival ərazisində səmənilər 2-10 manat arasında dəyişir.
"Gənclik" metrostansiyasındakı çadırlarda satış alıcıların istədiyi səviyyədə deyil. Bu yarmarkada yarmarkada ət 9 manata təklif edilir. Səmənilər 1 manatdan başlayır, ölçü və formasına görə 10 manata qədər qiymət yüksələ bilir. Qabıqlı qoz-fındıq 5 manat, təmiz fındıq 12-14 manat, qoz ləpəsi 8-14 manat, innab 6-10 manat, iydə 4-6 manat, kişmiş 8-16 manat, kənd çolpası 5 manat, yumurta 0.25 manat, qatıq 3-3.5 manat, nehrə yağı 10 manat, motal pendiri 12, digər pendirlər 4.5 -7 manat, göyərti 10-16 qəpik, pomidor 3.50 manat, xiyar 3 manat, nar 1.20 manat, alma 2, armud 2-3 manat, kartof, soğan 0.80 manatdır.
Bayram bazarlığı etməyiniz üçün ərzaqlar və aksessuarların qiymətini təqdim etdik. Bundan sonra bazarlığı market, bazar, yoxsa yarmarkadan etmək seçimi sizin ixtiyarınızdadır.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri Novruz yarmarkaları keçirilir. Martın 16-dan 21-dək isə yarmarkalar hər gün fəaliyyət göstərəcək. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əhalinin tələbatı nəzərə alınaraq Bakı şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında respublikanın 42 rayonundan 52 adda məhsul çıxarılacaq
XƏBƏR LENTİ
Telekommunikasiya tarixi və müasir cəmiyyətimiz
Ailə qurulması məsləhət olan 15 kişi tipi
Maksim Şevçenko onu öldürməklə hədələyən ermənilərin adlarını açıqladı - VİDEO
Unutqanlığın qarşısını alan məşqlər
5 manata satılan yaşıl yumurta -FOTO
Azərbaycan Kubokunda 1/8 final həyəcanı
Naringili dondurma (foto resept)
Kök şorbası
Vegeterianlıq nədir?
Qarın bölgəsindəki yağları əridən detoks
Aslı Enver idmana başladı-FOTO
Danimarkada qəribə hadisə: Koronavirusa görə öldürülən su samurlarının cəmdəkləri basdırıldıqları yerdən çıxdı
Ən gülməli manekenlər
Qadın.net-lilərin ləqəbləri (2-ci hissə)
Gürcü nazir İrəvanda Azərbaycandan danışdı
Ledi Qaqa yeni ili onunla keçirdi-FOTO
Yerli TV və radiolar yayımlarını dayandıracaq-SƏBƏB
Cennifer Lopez Toy Vaxtını Açıqladı-FOTO
Ağciyərindən mismar çıxdı-FOTO
TƏBİB-dən ölkəyə koronavirus peyvəndinin gətirilməsi ilə bağlı AÇIQLAMA
Gözəl saçlar
Olimpiya çempionumuz yeni vəzifəsi haqda danışdı
Azərbaycanda boşanmaların sayı açıqlandı
Ağır idmanın zərəri
Yeni ildə Azərbaycanı gözləyən təhlükə
Beren Saat sevərlərə bəd xəbər (FOTO)
Övladımla necə dost ola bilərəm?
Qadın DYP avtomobilində uşaq dünyaya gətirdi
WhatsApp-da daha bir yenilik
Qaymaqlı qurabiyə (foto resept)
Yazıqlar məkanı: irəliyə doğru, geriyə...
Nişan üzükləri
"Qarabağ bir neçə günə geri alınacaq"
Dimedrol reseptlə satılmalıdırmı?
Xərçəngin yarandığını göstərən əsas əlamətlər açıqlandı
Günün qoroskopu: Mübahisə etməyin!
Çimərlik çantaları
Hava haqqında - 12.08.2013
Klubumuz planetin ən güclü kollektivləri ilə mübarizə aparacaq
İki ulduz eyni rol üçün mübarizə apardı-FOTO
5 əsas fitness hərəkətinin doğru və səhvləri
“Facebook”da sistem dəyişir
Günün ulduz falı - 11.03.2014
Çində son sutka ərzində COVID-19-a daha 8 yeni yoluxma aşkarlanıb
Neymarın cəzası məlum oldu
Ərtoğrol Cavid (vaxtdan uca)
Bu günün hava proqnozu
Yadplanetlilərlə 4 dəfə görüşən şəxsin – Şok hekayəsi
Disney gözəllərinin oxşarları
Təyyarə ilə səfər zamanı qulaqda yaranan problemlər
- ŞƏRHLƏR