Bu gün Azərbaycanda Novruz çərşənbələrindən sonuncusu, Torpaq çərşənbəsi qeyd olunur.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu çərşənbə el arasında “Yer çərşənbəsi”, “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” kimi adlandırılır. İnanclara görə, Novruz bayramı ərəfəsi, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. İlaxır çərşənbədə bağ-bostan yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. İlaxır çərşənbədə hamı 7 dəfə - ya 1 tonqalın üstündən 7 dəfə və yaxud da 7 tonqalın hərəsinin üstündən 1 dəfə tullanmalıdır. Tonqalın üzərindən tullanarkən bu sözlər deyilməlidir:
“Sarılığım sənə, qırmızılığın mənə”, yaxud da “Ağırlığım odda yansın”. Tonqal su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra isə cavan qız və oğlanlar tonqalın külünü yığıb, evdən kənar yerə atırlar. İnanca görə, bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Torpaq çərşənbəsində bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Deyilənə görə, ilin axır çərşənbə gecəsini hamı öz evində qeyd etməlidir. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılaya bilərsən. İlaxır çərşənbə axşamı qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdən də, axır çərşənbə axşamı ancaq yaxşı sözlər danışılması adət hesab olunur.
Qeyd edək ki, bu il Azərbaycana bahar martın 20-də, Bakı vaxtı ilə saat 08.30 radələrində gələcək. Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.
Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir
XƏBƏR LENTİ
Vicdan nədir?
Ana südü və körpə
Azərbaycan Rusiyada keçiriləcək iqtisadi forumda iştirak edəcək
Günün Ramazan təqvimi (2 iyul)
Kate Middletondan gözəl saçlar üçün tövsiyyələr
Kosmosdakı dəyişikliklər-Ay uzaqlaşır, Yer yavaşlayır...
Məşhur müğənnilərin adı terror təşkilatında çıxdı: Murat Boz, Mustafa Ceceli...
Dünyanın ən bahalı əsəri saxtadır? - BÖYÜK QALMAQAL - FOTO
Bu həna hələ çox su aparacaq...
“Jet sosyete” serialı final edir
Bütün idman obyektlərində ibadət otaqları yaradılacaq
"Fənərbağça"nın əfsanəsi qayıdır
Qış üçün ayaqqabı modelləri
Oxu dəbdədir
60 yaşlı kişi saqqal saxladı məşhur oldu!
Azərbaycan taekvondoçuları "Luxor Open"də 6 medal qazanıblar
"Sen anlat Karadeniz" yeni sezonun tanıtım çarxı yayıldı
Hələ yaşamağa dəyər
Trampın heykəli 28 min dollara satıldı
17 yaşlı Noa evtanaziyanı seçdi-FOTO
Kəvərli tart (foto resept)
Muratda Aslıya 30 minlik tətil surprizi
Pişik qatili dahi bəstəkar – YANLIŞ BİLDİKLƏRİMİZ
Çox ağıllı insanların ən çox diqqət çəkən 6 özəlliyi
Günün ulduz falı
Azərbaycanda müəllimlərin işə qəbulu üçün növbəti müsabiqə elan edilib
ASAN Xidmət mərkəzlərində rüsumlar
İstirahət günü Azərbaycanda hava necə olacaq?
Putin Azərbaycana hərbi donanma ilə gəlir
İzmir zəlzələsində möcüzə: 33 saatdan sonra dağıntılar altından sağ çıxdı - VİDEO
Dayanacaqlara Wi-Fi quraşdırıldı
175 kiloqram arıqladı - həyatı dəyişdi - FOTO
Günün ulduz falı
"Whatsapp" 3 milyon avro CƏRİMƏ OLUNDU
Məşhur futbolçunu 25 il həbs gözləyir
Bill Qeytsdən COVID-19 peyvəndi ilə bağlı bədbin AÇIQLAMA
Rubl Rusiyanı hərəkətə keçirdi
Termometr sınanda...
Mobil telefonların təhlükəsiz olduğu sübut edildi
Azərbaycanda sərnişindaşıma fəaliyyəti dayandırıldı - RƏSMİ
Məşhur model yeni reklama çəkildi-FOTO
Yeni dizaynlı Mercedes-AMG
Miqrant fəlakəti: Avropa gələnlərə qəzəblənib
Bu ilin ən yaşlı tələbəsi - 10 ildir imtahan verir-VİDEO
“Dərs vaxtı”nın bu günə olan cədvəli açıqlandı - FOTO
Qırışlara qarşı maskalar
Dünən ilin alış-veriş gecəsi idi - FOTO
Gəncənin raket atəşinə tutulması anı - VİDEO
Ordumuz düşməni öz silahı ilə vuracaq
Yay salatı (foto resept)