Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
08:29Xəyalə Murad Sabahınız xeyirli,bayramınız mübarək, 08:28Xəyalə Murad İstirahətiniz xoş olsun,Əziz Qadin.Netlilər!
40154

Mehriban Əliyevadan aztəminatlı ailələrə novruz hədiyyəsi - FOTO

Mehriban Əliyevadan aztəminatlı ailələrə novruz hədiyyəsi - FOTO


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qarşıdan gələn Novruz bayramı münasibətilə aztəminatlı ailələrə ənənəvi olaraq sovqatlar paylanılır.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Fonddan verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə həyata keçirilən layihə respublika üzrə ünvanlı dövlət sosial yardımı alan bütün ailələri əhatə edir.

Heydər Əliyev Fondunun rayonlara ezam olunan əməkdaşları bölgələr üzrə sosial yardım alan ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdıraraq, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirlər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mütəmadi olaraq müxtəlif bayramlarda aztəminatlı ailələrə sovqatlar paylanılır, bayram süfrələri açılır, sosial yardıma ehtiyacı olan şəxslərlə bağlı müxtəlif layihələr reallaşdırılır. Bununla Heydər Əliyev Fondu dövlətin aztəminatlı ailələr üzrə həyata keçirdiyi sosial siyasətə öz töhfəsini verməklə yanaşı, həm də qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərir

Səslərin sayı: 0
0
68
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )