Bakıda hava 13°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
09:07Xəyalə Murad Novruz Bayramınız Mübarək Olsun! 09:07Xəyalə Murad Sabahınız xeyirli,gününüz xoş olsun,Əziz Qadin.Netlilər!
40147

HAVA necə olacaq?- 16 MART

HAVA necə olacaq?- 16 MART


Bakıda və Abşeron yarımadasında martın 16-da havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal-şərq, şərq küləyi əsəcək.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin sabaha olan hava proqnozunda deyilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-15,  Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin gündüzdən bəzi qərb rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 6-10 dərəcə isti təşkil edəcək

Səslərin sayı: 0
0
51
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )