Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:20Ayla Ayla Sürayyə qoğalı hansı resetən bişirdin? 13:19Ayla Ayla Salamm Necəsiz? Bayramınız mübarək 10:35Sima salam sabahiz xeyir
40124

16 yaşlı məktəblinin Nobel namizədliyi irəli sürülüb

16 yaşlı məktəblinin Nobel namizədliyi irəli sürülüb


İsveçin 16 yaşlı məktəblisi və ictimai fəalı - Qreta Tunbergin 2019-cı il üzrə Nobel sülh mükafatına namizədliyi verilib.

Qadin.Net AzərTac-a istinadən bildirir ki, özünü dünya gənclər hərəkatının lideri elan edən Qreta Tunberginin bu mükafata namizədliyini isveçli və norveçli parlament üzvləri irəli sürüblər.

Q.Tunberg ətraf mühitlə bağlı problemlərə görə keçirdiyi aksiyalarla gündəmə qəlib. O, 2018-ci ilin yayında İsveçdə kəskin isti hava şəraitinə görə başlamış meşə yanğınları ilə bağlı hökumətin ətraf mühit problemlərə biganəlik göstərməkdə ittiham edib və buna etiraz olaraq məktəbə getməyəcəyini bildirib.

Bu ilin fevralında 16 yaşlı şagirdin Parisdə keçirdiyi yürüşə min nəfərdən çox insan qatılıb. Həmin yürüşdə Qreta həmişə olduğu kimi, əlində "iqlim naminə məktəb tətili" yazılmış plakatla etirazını bildirib. Q.Tunberg iqlim dəyişikliyi problemləri ilə bağlı BMT-nin Dünya Konfransında da çıxış edib

16 yaşlı məktəblinin Nobel namizədliyi irəli sürülüb

16 yaşlı məktəblinin Nobel namizədliyi irəli sürülüb

16 yaşlı məktəblinin Nobel namizədliyi irəli sürülüb

16 yaşlı məktəblinin Nobel namizədliyi irəli sürülüb

16 yaşlı məktəblinin Nobel namizədliyi irəli sürülüb

16 yaşlı məktəblinin Nobel namizədliyi irəli sürülüb


Səslərin sayı: 0
0
99
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış