Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:20Ayla Ayla Sürayyə qoğalı hansı resetən bişirdin? 13:19Ayla Ayla Salamm Necəsiz? Bayramınız mübarək 10:35Sima salam sabahiz xeyir
40124

Roma"da qadınların izi ilə

 

Roma"da qadınların izi ilə



 

Keçən ilin və elə bu ilin də sinemotoqrafik hadisəsi Alfonso Kuaronun "Roma" filmidi. Oskarda ən yaxşı xarici film, ən yaxşı rejissor, ən yaxşı operator işi nominasiyalarında mükafat aldı. Bir çox insanın möhtəşəm, digərlərinin sıxıcı hesab etdiyi bu filmi ilk dəfə izləyəndə mən də sehirləndim. Rejissorun "şəxsi filmim" dediyi "Roma"nın Meksika qədər, bəlkə də daha çox qadınların dünyasından danışdığını düşündüm. İkinci dəfə izləyəndə sadəcə qadınların izində idim. 

 

Roma"da qadınların izi ilə



 

Film bir qadına ithaf olunub. Alfonso Kuaron və onun Romasının gerçək Kleosu Libo. Onun və evin digər üç uşağının Libo Mamması. Libonu ona baxması üçün evə gətirəndə Kuaron 9 aylıq idi, Libo isə 17 yaşında. İndi isə Kuaron 57 yaşındadı Libo isə 74. Aralarındakı bağ heç vaxt qopmayıb. Roma filminin fikrinin doğumu zamanı ikisi saatlarla keçmişlə bağlı detallar üzərinə telefonla danışıblar.Bir neçə səhnənin çəkilişndə Libo da orda olub. Özəlliklə bir səhnə çəkilişində ağlamağa başlayan Libo qarşısında Kuaron onu ağrıdırsa səhnəni çəkməyəcəyini deyir, ancaq Libo belə bir şey istəmir.  

İnsanın uşaqlığına, ölkəsinə, keçmişinə baxanda belə gözəl qadın görməsi çox xoş olmalıdı. Kuaron geriyə baxanda üç qadın görür, anası, dayəsi və nənəsi. 

Bu gün bir çoxumuz uşaqlığımıza baxsaq orda qadınları görərik, nənələr, analar, xalalar... 

 

Roma"da qadınların izi ilə



 

Qadınlar və uşaqların gizli dünyası. Dünyanın harası, hansı irq, hansı sosial sinifdə olursa olsun bu gizli dünya mövcuddur. O dünyada rənglər al-əlvandı, gülüşlər cingildəyir, həmrəylik və ruhdaşlıq var. Əgər ata pisdirsə o cənnətdən qovulur. Digər tərəfdən isə nə qədər yaxşı olsa da o cənnətə tam olaraq qəbul edilmir. 

"Roma"da da ana, dayə və dörd uşaqdan ibarət belə bir dünya var. 

 

Roma"da qadınların izi ilə



 

İlk baxışda iki qadın bir-birindən çox fərqlidi. Ana Sofiya savadlı, "üstün irq" ispan, daha müstəqil, dörd uşaq sahibi, bir kişiyə müqəddəs nigahla bağlanmış qadındı. Kleo isə yaşca daha gənc, "aşağı irqdən" bir yerli, uşaqlara qan bağı ilə bağlı olmayan dayə, xidmətçi və sevdiyi kişi ilə nigahdan kənar münasibətdədi. 

Bəs bu iki fərqli qadın necə bu qədər oxşardı? Onlar hansı nöqtədə birləşir?

Bunun cavabını filmdə Sofiya verir - "kim olurlarsa olsunlar, qadınlar həmişə yalnızdı". Ortaq nöqtə o yalnızlıqdı. Kişilər gedər, kişilər öz imitasiya savaşlarında döyüşər, əlinə silah alar, ancaq bir qadının yanında dura bilməz, onu butün gerçəkliyi ilə qavramaz. Qadın iç dünyası, duyğuları alt-üst olsa da, çöldə qiyamət qopsa da, bir ölkə və bir ailə köklərindən sarsılsa da gündəlik həyatın, məişətin qayğısına qalmağa davam edər. 

 

Roma"da qadınların izi ilə



 

Filmin insanı ən sarsıldan səhnəsi, heç şübhəsiz doğuş səhnəsidi. Qadın təbiətin ona verdiyi yaradıcı gücü uşaqla o qədər zirvədə yaşayır ki, bəlkə ona görə həyatın başqa sahələrinə kişilər qədər ehtirasla yapışmır. Və bir ananın sezgisi o qədər güclüdür ki, o sadəcə bu qaranlıq sezgisi ilə qarnındakı uşağa doğulmaması gərəkdiyini başa sala bilər. Hər qadın bu sezgilərlə doğulandan bəri anadı. Bir ana eyni səbəblə bioloji uşağının doğulmamasını istəyib, bioloji olmayan uşağını xilas etmək üçün ölümə atıla bilər. Hər ikisini onu qorumaq üçün edər. 

Bu iki qadınla, Sofiya və Kleo ilə biz qadınların bir katarsis halını müşahidə edirik - cənnətdən qovulma və yenidən oraya qayıtma. Biz qadınların həyatından bir kişinin getməsi əvvəlcə tam bir fəlakətdi. Bu sadəcə duyğusal səbəblərlə deyil, həm də toplumun bizə diktə etdiyi şüuraltı ilə əlaqəlidi. Kişi qadın üçün mövcud olacaq tək qurtuluş olaraq təlqin edilir. O, qadını yeni bir həyata, güvənli gələcəyə, ailəyə və toplumun "normalına" aparacaq. Ona görə kişinin gedişi qadını utandırır, onu məğlub, itmiş hiss etdirir. Ancaq zamanla anlayır qadın... Ev özüdü, ailə özüdü, ana özüdü, qalan özüdü, mübariz özüdü, həyat özüdü...

Ehtiyac duyduğu güc əzələlərində deyil, ruhundadı. Qadının (dolayısı ilə uşaqlarının xilası) xilası ruhunu, düşüncələrini, bədənini qəbul edib sevməsindədi. 

 

Roma"da qadınların izi ilə



 

Əlbəttə, hər kəs bu son mərhələni  anlayacaq qədər şanslı deyil. Bir çox həyat itirilir.

Səslərin sayı: 0
1
328
loading...
Şərhlər
Offline
Ayla Ayla
O gün bacımla baxdıq çoxlu ağlatdı cray
8 mart 2019 19:13
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış