Hormonlar əsəb-sinir sisteminin şərikidir. Orqanizmdə gedən bir çox prosesləri idarə edir. Bəzi simptomlar vardır ki, insan özündə xəstəlik axtarmaq üçün həkimə üz tutur, nevroloji müalicə alır, halbuki ilk işi hormonlarını yoxlatmaq olmalıydı.
1.Yüksək oyanıqlıq, qıcıqlanma olduqda
Əhvalın, emosiyaların gün ərzində tez-tez dəyişməsi, daxili gərginlik, stresin artıq zahirən özünü büruzə verməsi - bunlar hormonal disbalansdan xəbər verir. Ona görə ilk növbədə qalxanvari vəzin T3, T4, TTH hormonunun qanda səviyyəsi yoxlanmalıdır.
Yüksək qıcıq hissi, yuxunun pozulması hipertireozun əlamətidir. Qadınlarda daha çox rast gəlinir.
Digər əlamətlər: Çəkinin azalması, ürək döyüntülərinin artması, tərləmə, əllərin əsməsi və s. Qadınlarda menstrual tsiklin pozulması. Çox vaxt göz də buna qoşulur: quruluq, qızarma, işığa həssaslıq və s.
2.Halsızlıq və yorğunluq olduqda
İş qabiliyyətinin azalması, evdən çıxmaq istəyinin olmaması, sıxılmış limon effekti, daim yatmaq istəyi, yuxu defisiti, daimi stress hiss etdikdə endokrinoloji müayinədən keçin.
Xroniki yorğunluq hipotireoz əlamətidir. Bu zaman vəzi çox az hormon sintez edir. Xəstə kökəlir, üzü şişir, dərisi quruyur, səsi batır. Nəbzi zəif vurur, qəbizlik, əzələlərdə ağrı hiss edir. Kişilərdə testosteron səviyyəsi düşür, nəticədə libid və ereksiya zəifləyir.
Bu vəziyyətə böyrəküstü vəzilərin hasil etsiyi stress hormonlarının azlığı da səbəb olur. İnsan yatsa da dincələ bilmir, diqqəti yayılır. Qanda adrenalin artır, insan hər xırda şeyə əsəbləşir. Ona görə qalxanvari vəz ilə yanaşı böyrəküstü vəzilər də yoxlanmalıdır.
3.Panik atak, depressiya
Bu simptomlar psixiatrik hesab olunur və çox vaxt xəstələr psixiatra gedərək antidepressant qəbul edir. Bu o halda olmalıdır ki, xəstə öncə hormonları yoxlasın. Çünki çox zaman antidepressant və sakitləşdiricilər xəstəyə təsir etmir.
Məsələn, kişilərdə depressiya testosteron və estrogen hormonların artıq-əskikliyi səbəbindən ola bilər.
Eləcə də adrenalin və kortizol yoxlanmalıdır.
4. Sümüklərdə ağrı, zəiflik
Qalxanvari vəzin yanında yarımqalxanvari vəzi yerləşir, o parathormon sintez edir, hansı ki, sümüklərdə kalsiumun dərəcəsini azaldır, bu da sümükləri kövrəkləşdirir. Bu vəzin həddən artıq aktivliyi osteoporozu sürətləndirir, sümük ağrısı verir.
5. Piylənmə - Anoreksiya
Hər iki halda hormonlar yoxlanmalıdır. Çünki insanın çəkisi endokrin səbəbdən də dəyişə bilər. Əgər insan normada fiziki aktivdirsə, az yeyirsə, hətta pəhriz saxlayırsa, amma piylənmə dayanmırsa, o zaman qalxanvari vəz yoxlanmalıdır.
Eyni zamanda insan normal yediyi halda arıqlayırsa, deməli, hormonal disbalans var.
Piylənmə ilə yanaşı baş ağrıları, təzyiq yüksəlməsi, hipotalamik sindrom, əhvalın dəyişməsi də baş verir.
6. Arterial təzyiqin yüksəlməsi
Tibbdə belə bir anlayış var: simptomatik endokrin hipertenziya. Bu halda təzyiqin qalxmasına səbəb vəzilərin daxili sekresiyanın pozulmasıdır.
Əgər insanın təzyiq problemi ilə yanaşı çəkisi artırsa, susuzluq hiss edirsə, menstrual tsikl pozulubsa, o zaman böyrəküstü vəzilərdə səbəb axtarın. Arterial hipertenziya - hipertireozun, toksik zobun da əlamətidir.
Titrətmə, üşümə, qarında ağrı, çəki itkisi varsa, deməli, böyrəküstü vəzidə şiş var.
Əgər yuxarıda sadalanan problemlər sizdə yaranıbsa, müalicələrdən effekt almırsınızsa, deməli, hormon hasil edən vəziləri yoxlamaq və hormonal analiz verməyin vaxtıdır.
Bunun üçünsə endokrinoloqa müraciət edin.
Milli.Az
XƏBƏR LENTİ
Buzadırmanma üzrə Azərbaycan çempionları müəyyənləşib
Alimlər 23 ölkəyə xəbərdarlıq etdi
BÜRCLƏR bizə nə vəd edir?-13 Avqust
Arıqlamaq istəyənlərə xüsusi ŞORBA RESEPTİ
Sadə gəlin buketləri
Google-da işə katerlə gedirlər
Güzgünü parladan xiyarın bilinməyən faydaları
Nikol Kidman etirafı ilə təəccübləndirdi-FOTO
HAVA necə olacaq? 17 MAY
Lahmacun (foto resept)
ÜST rəhbəri vaksinlərdən danışdı: “Təminatı yoxdur”
Fərqli saç aksessuarları
Yumurtalı dana əti(foto resept)
Qadınların kişiləri qorxudan 9 xüsusiyyəti
Tağlar kəndində aşkarlanan erməni sığınacağı - VİDEO
Qadınlara ərə getməyi yasaqlayan Qətər şirkəti
İncə bel üçün 9 dəqiqə sərf edin
Braziliya yığmasından rekord
Toyunda qara gəlinlik geyindi!
Yeni “Google” smartfonları təqdim olunacaq
Dünya mətbəxi - Fransa
Telefondan silinən şəkilləri yenidən necə qaytarmaq olar? - ŞƏKİLLİ İZAH
"Küçük" bilib aldı, böyüyüb ayı oldu-FOTO
Prezident təqaüdü alanların sayı açıqlandı
Azərbaycana qar yağıb
Məktəbli forması nə üçün lazımdır?
Yorğunluq yaradan vərdişlər
Ölkəmizdən niyə qaçırıq?
Qərb bölgəsində yerli pambıq sortlarının yığımına başlanılıb
Məşhur çütlüyün ekizləri oldu-FOTO
WhatsApp-dan möhtəşəm yenilik!
Darçınlı bisküvit (foto-resept)
Xəstəxana dəhlizində ölən kişi 13 gün sonra... - FOTO
Sənətə olan sevgisi oğruya baha başa gəldi - VİDEO
Bir gecəyə yolu oğurladılar
“Ağıllı” bilərzik sahibinin qayğısına qalacaq
Mövqelərimiz atəşə tutulub
Havada infarkt keçirən pilot 161 can qurtardı
Bakı Tikiş Evindən sosial şəbəkələrdə yayılmış xəbərlərə RƏSMİ MÜNASİBƏT
Bayramda neçə gün iş olmayacaq?
Toya maskada gəldilər (FOTO)
Xələf Xələfov: "Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində mübahisəli yatağın olması məsələsindən danışmaq yersizdir"
Azərbaycanda abortların sayı artıb
Cennifer də bahalı corablarını reklam etdi - FOTO
Nanəli ayran (foto-resept)
Kala (foto resept)
McDonald's-da yoxlamalar
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?
Hava limanında müsadirə olunan əşyalardan yolka düzəltdilər – VİDEO
Hörük formaları
- ŞƏRHLƏR