Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
08:29Xəyalə Murad Sabahınız xeyirli,bayramınız mübarək, 08:28Xəyalə Murad İstirahətiniz xoş olsun,Əziz Qadin.Netlilər!
40154

Gəncliyin sirri-Səməni

Novruz bayramı yaxınlaşır. Bir neçə gündür ki, hamı evində səməni cücərdir. Ancaq səmənini, sadəcə Novruzun simvolu, bəzəyi zənn etməyin. Səməni ilə sağlamlığınızın qayğısına qala bilərsiniz. 

Gəncliyin sirri-Səməni

Səməni cücərməyə başlayanda ondan halva, bir az boy atdıqdan sonra isə şirə əldə edə bilərsiniz.
Dünyaca məşhur həkimlər buğda cücərtisinin gənclik iksiri olduğunu bildirirlər. Bu qida immunitet  sistemini gücləndirir, xərçəng riskini azaldır.

Gəncliyin sirri-Səməni
 
Buğda cücərtisi sağlamlıq üçün ən faydalı maddələrdən biri olan "klorofil" ilə zəngindir. Buğda cücərtisində 17 fərqli amin turşusu, A, D, E, K vitaminləri, 92 növ mineral və bir çox ferment var.
Buğda cücərtisinin ehtiva etdiyi klorofil hüceyrə və toxumaları təmizləyir, yeniləyir. Orqanizmdə toplanan kimyəvi maddələrin atılmasına kömək edir. Qaraciyəri təmizləyir. Amerikalı həkimlər bildiriblər ki, təxminən 6 kiloqram buğda cücərtisindən əldə edilən şirə 158 kiloqram yerkökü, kahı və ya kərəvizdən alınan şirə ilə eyni effektə malikdir. Orqanizmi toksinlərdən təmizləmək üçün buğda cücərtisindən daha yaxşı heç nə yoxdur.
Buğda cücərtisi ağciyər üçün də faydalıdır. Belə ki, qan hüceyrələrinin sayını artırdığı üçün orqanizmin oksigenlə daha yaxşı təmin olunmasına səbəb olur.

Gəncliyin sirri-Səməni

Ürək-damar sistemini gücləndirən buğda cücərtisi arıqlamağa da kömək edir. Portağaldan 60 qat çox C vitamini, ispanaqdan 8 dəfə çox dəmir ehtiva edir.
Hər gün 1-2 stəkan buğda cücərtisi şirəsi içərək gənc və sağlam qalmaq mümkündür.
Bu şirəni ağızda 5 dəqiqə saxladıqda diş ətini təmizləyir, dişləri gücləndirir. Buğda cücərtisi şirəsi ilə qarqara etdikdə isə boğaz iltihabı aradan qalxır. 
Deyilənə görə, buğda cücərtisi yemək və şirəsini içmək saçların ağarmasını ləngidir.


Səslərin sayı: 2
3
487
loading...
Şərhlər
Offline
Feride
Orqanizmi toksinlərdən təmizləmək üçün buğda cücərtisindən daha yaxşı heç nə yoxdur.
7 mart 2019 22:02
Offline
Sima
Buğda cücərtisi sağlamlıq üçün ən faydalı maddələrdən biri olan "klorofil" ilə zəngindir. Buğda cücərtisində 17 fərqli amin turşusu, A, D, E, K vitaminləri, 92 növ mineral və bir çox ferment var.
7 mart 2019 14:48
Offline
Ayla Ayla
Anamgil də cücərdiblər dörd beş dənə
7 mart 2019 13:41
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış