Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:20Ayla Ayla Sürayyə qoğalı hansı resetən bişirdin? 13:19Ayla Ayla Salamm Necəsiz? Bayramınız mübarək 10:35Sima salam sabahiz xeyir
40124

Qəlbini oxşamırsa...

 

Qəlbini oxşamırsa...



 

Hərdən fikirləşirəm ki, görün Allah bizə necə qarğayıbsa, günlərimizi Kəramət Böyükçölün hər dəfə hədəf seçib tənqid etdiyi obyektlərə etiraz edə-edə keçiririk. Bu başqa məşğuliyyətimizin olmamağı səbəbindən deyil. Axı o elə mövzulara toxunur ki, dinməsək bağrımız partlayar. Allah yox, bir Kəramət bilir ki, bundan belə nələri tənqid edib bizi cin atına mindirəcək. İlk baxışdan mənasız iş kimi görünən belə məqamlar, əslində böyük problemdir. Söhbəti zövq məsələsindən çıxarıb ümumi baxışa çevirməklə dəyərləri pisləmək ictimaiyyətə sataşmaqdır. O, dəcəl uşaq kimi ipə-sapa yatmır, biz də onun etdiklərinə cırnayırıq. Ona da elə bu lazımdır. Millətin daha çox bağlı olduğu dəyərləri tənqid edəndə bilir ki mütləq ona cavab verəcəklər. Kütlənin boşboğaz, aqressiv olduğunu sübut etmək ona zövq verir. Təssüf ki, məsələnin əsil mahiyyətinə varmadan təhqir şəkilində fikir bildirənlər onu bu istəyinə (hər mənada) asanlıqla çatdırırlar. Bu hadisələrin nəticəsində bir Vətənin övladlarının təfəkkür baxımından bir-birilərinə nə qədər yad olduqları üzə çıxır. Biz Kəramətdən bizim zövqümüzlə hesablaşmağı tələb etmirik. Amma o, özü nəyi bəyənmirsə millətə o nəsnənin lazımsız olduğunu söyləyir. İndi onun və onu kimi düşünənlərin nədən xoşu gəlmirsə biz həmin dəyərdən imtinamı edək? Bu tərəqqidirmi? Guya beləliklə ya Kəramət Azərbaycanı inkişaf etdirəcək, ya da biz təssübkeşlik etdikcə nəyəsə nail olacağıq. (Mentalitet aşiqlərini, söyüş və təhqir şəklində reaksiya verənləri buraya qatmıram) Elə bil kimsə bizim özümüzdən uzaqlaşmağımızı istəyir və bu işdə də ona canla-başla kömək edirlər.

Kəramət Böyükçölə bir dəfə Xəlil Rza haqqında yazdıqlarına görə etiraz etmişdim. Həmin vaxt ona verilən ən yumşaq reaksiya da elə o yazı olmuşdur. (Yəqin ki, xəbəri yoxdur) Qadınlar haqqında yazdığına isə yerli-dibli əhəmiyyət vermədim. Həyat yoldaşına əsəbiləşib onu qıcıqlandırmaq üçün yazdığı hiss olunurdu. Müəyyən fikirlərində haqlı sandığımdan Rəşid Mahmudovun haqqında yazdığına da susdum. (Fikir bildirmək vətəndaş mövqeyimdir.) Həm də təhqir etməmişdi, bəzi qüsurları bildirmişdi. Amma bu dəfə kökündə milli təəssübkeşlik olduğundan, elə Xəlil Rzaya münasibətilə eynilik təşkil etdiyindən sazı aşağılamasına dözə bilmədim. Yaxın vaxtlarda itirdiyi dostu ilə bağlı xatirələrdən yaxa qurtara bilməyən Kəramət minilliklərdən keçib gələn, ruhumuzun ağrı-acısının dilləndiricisi olan sazı pisləyir, onu yana-yana dinləyənləri başa düşmür.

 

Hər hansı musiqi alətini sevməmək, dinləməmək onun gərəksiz olması anlamına gətirilməməlidir. Hər kəsin dinləmədiyi bir musiqi aləti var, amma o xalqımızın yaratdığı alət olduğundan ondan üz döndərməməliyik. Bizim qədrini bilmədiyimiz hər şeyə ermənilər sahib çıxırlar. Zurnanı dinləmiriksə onlaramı verək? Ermənilər qədim xalq olduqlarını sübut etmək üçün Azərbaycana məxsus hər şeyə sahib olmağa çalışdıqları halda, biz çox şeylərimizi mənasız əşya kimi görürük. Kəramət sazı dinləməyə, onu duymaya bilər. “Saza qulaq asmıram” yazsaydı heç kəsin onu qınamağa haqqı olmazdı. Daha “məntiqsiz alətdir” demək nəyə lazımdır? Əgər sən öz xalqını sevmirsənsə təbii ki, onun hər şeyi səndə ikrah hissi doğuracaq. Deməli, Kəramət təbiətin səsini duymur. Simlərində faciələr, qəhrəmanlıqlar yaşadan aləti məntiqsiz hesab etmək təssüf doğurur.

Kəramət kimi öz yanaşmamı ortaya qoyub bildirim ki, mənimçün sazın hər simində bir hikmət var. O, insanların naləsi, üsyanı və döyüşüdür. Bu qədər saz havalarını tək bir nəfər bəstələməyib ki. O havalarının hər birinin təsirindən bir hekayə yazmaq olar. Xəlil Rzanın hisslərini duymayanda bilməli idik ki, bir gün də saza ağız büzəcək. (Ola bilsin sırada digər mənəvi sərvətlərimiz durur.) Kəramət “Ruhani”dəki hikməti, “Sarıtel”dəki ağrını necə hiss etmir? Onu qəhrəmanlıq havaları dilə gətirmirsə sözüm yoxdur. Məni ən çox incidən bu cür düşüncədə Kəramətin tək olmamasıdır.

Sazın dəyəri orda-burda iki manata ağlına gələni çalıb-oxuyanların şəxsiyyətləri ilə ölçülməməlidir. Elə isə gic-gic mahnı bəsətələyənlərə görə gərək musiqini lənətləyək.

 

Qəlbini oxşamırsa...



 

Saz bəzən yaşlı nəslin nümayəndələrinin müəyyən məqamlarda fikirlərini ifadə etmək üçün də köməklərinə çatır. Nənəm çox vaxt “hazırlaşıb getdim” əvəzinə “Sazlanıb getdim” deyirdi. Kənd adamlarının dilindən “evini sazladınmı” sualını da eşitmişəm. Ruhumuza bu qədər hopmuş alətə “məntiqsiz” demək özü məntiqsizlikdir.

Hələ məktəbdə oxuyarkən

Ömür baş alıb gedir neçə simlərlə qoşa

Sazın doğma səsindən könüllər gəlir cuşa

Zirvəsi qarlı dağlar yığışaraq baş-başa

Şirin-şirin dərdləşir sazın səsi gələndə


bəndi ilə başlayan şeir yazmışdım. Bədii dəyəri yüksək səviyyədə olmasa da saza məhəbbətimi ifadə edə bilmişdim. (Şeiri bütövlükdə yazmıram, işdi hansısa saytda qarşısına çıxsa, oxuyası olsa deyəcək ki, dağlar dərdləşmir, bu absurddur.) Sazla məni eyni zamanda acı xatirələr də bağlayır.

Təkcə “Tütək səsi” filmindəki “Ruhani”ni dinləsək sazın dəyərini anlamış olarıq. Yoxsa saz deyəndə ağlımıza kefi saz olanlar gələcək. Bu aləti təkcə simlərin vasitəsilə könülləri dilləndirməyi bacaranlar əllərinə alsaydılar indi Kəramət sazı onların varlığı ilə qiymətləndirməzdi.

Nə isə, başqa bir yazımda işlətdiyim “Qəlbini oxşamırsa qoşmalar, telli sazlar onlar qoy mənim olsun” misrasının yenə məqamı gəldi. (Baxmayaraq ki, Bəxtiyar Vahabzadəni də tənqid edir. Bəxtiyar Vahabzadə deyəndə yadıma Elçin Əlibəylinin efirdə Elşad Barata dediyi sözlər düşdü. Nə gizlədim ağlımdan keçdi ki, görəsən E. Əlibəyli saza münasibətinə görə Kəramətə də o cür ifadə işlədəcək və o bunu qəbul edəcəkmi?) Növbəti misranı yazmıram, ola bilsin ki, Kəramət də Günel Mövlud kimi “vətən mənə çörək vermir, mən o çörəyi harda olsam qazanacam” deyəcək.

Vəssalam. Bugünlük bitdi. Gözləyək görək Kəramət Böyükçöl daha nəyə sataşacaq. Belə getsə Allah eləməmiş yaradıcılığım Kəramətə cavab şəklində inkişaf edəcək.

Pərvanə Bayramqızı

27 fevral 2019

Səslərin sayı: 1
2
212
Digər yazılar
Şərhlər
Offline
Sima
Yaxın vaxtlarda itirdiyi dostu ilə bağlı xatirələrdən yaxa qurtara bilməyən Kəramət minilliklərdən keçib gələn, ruhumuzun ağrı-acısının dilləndiricisi olan sazı pisləyir, onu yana-yana dinləyənləri başa düşmür.
2 mart 2019 13:35
Offline
Ayla Ayla
Vəssalam. Bugünlük bitdi. Gözləyək görək Kəramət Böyükçöl daha nəyə sataşacaq. Belə getsə Allah eləməmiş yaradıcılığım Kəramətə cavab şəklində inkişaf edəcək.


Onu heç adam yerinə qoyan yoxdu. Deyirlər atası çox yaxşı adamdı
2 mart 2019 10:00
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )