Bakıda hava 33°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
12:46Sima yaxsiligdi sukur ders qurtarib kefdeyik) 12:46Surayye Qorxma Survivoru ağ yuyub qara sərirəm 12:46Surayye Ayla canım mesajda bax nələr yazdım nələr 12:40Surayye Salam canım sen necesen? 12:28Sima salam hervaxtiz xeyir 09:04Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Nettlilər! 09:04Xəyalə Murad Yeni iş həftəsində hər birinizi salamlayıram!
40606

Sultan şirniyyat (foto resept)

 

Tərkibi:

200 qram kərə yağı

1 su st toz şəkər

2 ədəd yumurta

yarım su st duru yağ

yarım su st hindistan qozu

1 su st manna yarması

1 paket qabartma tozu

1 paket vanil

3 su st un

 

Şərbət üçün:

1 su st toz şəkər

1,5 su st su

2 damla limon suyu

 

Üstü üçün:

1 su st süd

1 su st xaşxaş toxumu

1 su st təmizlənmiş qoz

 

Hazırlanması:

İlk əvvəl şərbətdən başlayın. Qazana suyu və şəkəri əlavə edin. Şəkər əriyənə qədər qarışdırıb qaynadıqda limonu əlavə edin. Şərbəti soyuması üçün kənara qoyun.

Ayrı qabın içində kərə yağı və şəkəri yaxşıca çırpın. Şəkər əridikdə yumurta və duru yağı əlavə edin.

Hindistan qozu, manna yarması və qabartma tozunu da əlavə edib, yenidən qarışdırın. Qarışıma vanili də əlavə etdikdən sonra unu da əlavə edin.

Az-az unu əlavə edərək əlinizlə yoğurun. Xəmirdən qoz böyüklüyündə parçalar qoparıb forma verin.

Qoz böyüklüyündə şirniyyat xəmirini əvvəlcə südə, daha sonra xaşxaş toxumlarına batırın.

Sultan şirniyyat (foto resept)

Qozu tam orta hissəyə batırıb yağlı kağız sərili soba listinə yerləşdirin.

Əvvəlcədən isidilmiş 180 dərəcə sobada, təxminən 25 dəqiqə bişirin.

Bişən və hələ də isti olan şirniyyatın üstünə soyuq şərbəti tökün və canına çəkənə qədər gözləyin.

Sultan şirniyyat (foto resept)

 

 

Səslərin sayı: 0
1
485
loading...
Şərhlər
Offline
Sima
Bişən və hələ də isti olan şirniyyatın üstünə soyuq şərbəti tökün və canına çəkənə qədər gözləyin.
2 mart 2019 14:39
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış