Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:20Ayla Ayla Sürayyə qoğalı hansı resetən bişirdin? 13:19Ayla Ayla Salamm Necəsiz? Bayramınız mübarək 10:35Sima salam sabahiz xeyir
40124

Müharibə

Müharibə


Müharibə janrında olan ədəbiyyatı sevmirəm. Ujas filmlərə baxmadığım kimi, müharibədən, əsirlikdən, işkəncədən bəhs edən əsərləri də oxumaqdan qoruyuram özümü. Söhbət əlbəttə, aftobioqrafik məzmunlu romanlardan gedir. A. Kaveliusun “Leyla” romanı bu qərarımı daha da dəqiqləşdirdi. Ona görə də Anna Frankın “Gündəlik” romanını, əsərin mövzusu ilə tanış olandan sonra, məşəqqətli günlərin təsvirinə başlanan məqamda kitabı oxumaqdan vaz keçdim. 


 
Ikinci dünya müharibəsində fiziki əziyyətlə dolu, çətinliklər çəkmiş bir yeniyetmənin həyatı ilə niyə tanış olmalıyam? Nə verəcək o mənə? Heç nə. “Leyla”dan sonra 1 həftə yemək yeyə bilmədiyimi xatırlayıram. Həyatına müharibə girmiş insanlar, müharibə bitsə belə, o təsiri öz üzərindən ata bilmir. Leyla kimi. 



Insanlar Şahruk Xanın Hindistanla Pakistan arasında, yaxud son illər daha da irəli gedərək, super dövlətlərlə islam ölkələri arasında sülh, qardaşlıq toxumlarından bəhs edən filimlərə mütəəssir olaraq baxır, baxır, baxır amma...
Film bitdikdən sonra, içindəki nifrətlə, şovinist, millətçi fikirlərlə davam edir. 
Müharibədən bəhs edən filmlərin heç birinə baxmıram. Təsadüfən rast gəldiyim kadrlarda da üzünü kameraya tutub çığıran, şüar səsləndirən, ədəbi dildə söyüş söyən artist heyətini görürəm. Müharibə şüar meydanı deyil. Filmlərdən göstərilən faciyəvi həyatı yaşamaq istəməyən cəmiyyət gənc nəslini nifrətlə yox, sevgi ilə böyütməlidir. Bir qərar verin yəni, ya Şahruk Xanın sülhpərvər filmləri, ya 12-14 yaşlı uşaqların bayraq davası. “Təbii ki, bayraq!” deyənlərdənsinizsə o zaman o filmlərdə sərhədlərin yıxılıb, iki düşmən xalqın insanlarının qucaqlaşmasına göz yaşları ilə baxmayın. Bu səbəbdən, müharibədə günahsız tərəf olmur...

Müharibə


Dərdin zamanı olmur. Kədərin təsviri olmur. Hissiyatın reklamı vacib deyil. Bir sutkalıq dəyişən cover photoların səmimiyyətinə inanmıram. 

Səslərin sayı: 1
3
161
Digər yazılar
Şərhlər
Offline
Xəyalə Murad
Onda "Müharibə qadın simalı" deyil kitabını tövsiyə etmirəm. Çünki müharibədə hər cür əzab-əziyyət, işgəncə görmüş qadınların xatirəsindən ibarət kitabdır. Yazıçı hədər yerə Nobel almayıb.
11 mart 2019 11:14
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Sima
Dərdin zamanı olmur. Kədərin təsviri olmur. Hissiyatın reklamı vacib deyil. Bir sutkalıq dəyişən cover photoların səmimiyyətinə inanmıram.
28 fevral 2019 11:42
Offline
PERI
Həyatına müharibə girmiş insanlar, müharibə bitsə belə, o təsiri öz üzərindən ata bilmir. Leyla kimi.
28 fevral 2019 11:29
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!