Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
09:56Xəyalə Murad Sabahınız xeyirli,Cüməniz mübarək olsun,Əziz Qadin.Netlilər!
39980

Azərbaycanda güclü zəlzələlər olacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda güclü zəlzələlər olacaq? - RƏSMİ AÇIQLAMA


Fevralın 5-də Ağsu və Şamaxı rayonlarında baş verən zəlzələlərdən sonra ərazidə afterşokların qeydə alınması davam edir.

Qadin.Net bildirir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a verilən məlumata görə, zəlzələ bölgəsində hiss olunan afterşoklar və hazırki vəziyyətlə bağlı ictimaiyyətə müntəzəm olaraq məlumat verilir:

"Təəssüflə qeyd etmək istəyirik ki, sosial şəbəkələrdə bəzi insanlar əhali arasında yersiz təxribat və təşviş hissi yaratmaq məqsədi ilə Azərbaycanda güclü və dağıdıcı zəlzələlərin olacağına dair əsassız məlumatlar yayırlar. Bu isə insanlarda yersiz qorxu və narahatlıq yaradır. Respublika Seysmoloji Xidmət Mərkəzi olaraq bəyan edirik ki, zəlzələ bölgəsində afterşokların davam etməsinə baxmayaraq, hər hansı güclü və dağıdıcı zəlzələlər gözlənilmir".

Mərkəzdən qeyd edilib ki, əvvəlcədən də bidirdildiyi kimi qeydə alınan afterşoklar arasında hiss olunanların olması mümkündür və bir neçə belə təkan qeydə alınıb. Bu barədə ictimaiyyətə RSXM-nin rəsmi internet səhifəsi www.seismology.az və KİV vasitəsi ilə operativ şəkildə məlumatlar çatdırılır. Hazırda bölgədə seysmoloji müşahidələr davam etdirilir. Qeydə alınan hiss olunan təkanların dağıdıcı olmaq ehtimalı yoxdur:

"Odur ki, bütün ictimaiyyəti, KİV-ləri və vətəndaşlarımızı hər hansı təxribat xarakterli xəbərlərə inanmamağa, zəlzələyə dair məlumatları yayarkən Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinad etməyə çağırırıq. Vətəndaşlarımız arasında hər hansı sual yaranarsa RSXM-nin İnformasiya şöbəsinə (+994) 012 492-34-57 nömrəli telefon vasitəsi ilə müraciət edə bilərlər".

Səslərin sayı: 0
0
116
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış