Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
18 fevral 23:45Feride Sürayyə gələn qız Katarinadı yaman qızdı ha.Çempion olacaq 18 fevral 17:45Surayye Ayla yunanlara kim gəlir? niyə gəlir?Türklərə kim gələcəy? 18 fevral 15:30Ayla Ayla Gunortaniz xeyir qizlar! Peri moda xeberinde ne yazmisan? 18 fevral 14:33Xəyalə Murad Çox sağ ol,İceberg
39952

Azərbaycanda İLK - Xəstəyə süni ürək köçürüldü



Azərbaycanda ilk dəfə olaraq xəstəyə süni ürək köçürülüb.

Qadin.Net bildirir ki, Səhiyyə Nazirliyindən publika.az-a istinadən verilən məlumata görə, Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) 2019-cu il fevralın 3-də ağır ürək və ağciyər çatışmazlığı diaqnozu təyin edilmiş xəstəyə yüksək ixtisaslı ürək-damar cərrahı Anar Əmrah və komandası tərəfindən süni ürək implantasiyası (ölkədə ilk dəfə olaraq, çəkisi 160 qram olan dünyanın ən kiçik süni ürəyi – HeartWare) uğurla həyata keçirilib:

"Azərbaycanda və bir sıra xarici ölkələrdə dəfələrlə müalicə alan və ağır vəziyyətdə olan 55 yaşlı xəstə, nəhayət Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. Kardioloqlar Abbasəli Abbasəliyev və Şahin Xəlilov tərəfindən maksimal tibbi müayinə aparıldıqdan sonra ürək-damar cərrahı Anar Əmrah və kardioloqlar tərəfindən qərara gəlinib ki, xəstənin tək ümidi ürək transplantasiyası və ya süni ürək implantasiyasıdır. Süni ürək xəstənin ehtiyacına uyğun olaraq, dəqiqədə 8-10 litrə qədər qanı bütün orqanlara ötürə bilir. Bu cihaz döş qəfəsinə, ürəyin zirvəsinə cərrahiyyə yolu ilə yerləşdirilir".

Qeyd edək ki, süni ürək implantasiyası olunmuş xəstələr sağlam insanlar kimi əməliyyatdan sonra normal həyat tərzinə dönə bilirlər

Səslərin sayı: 0
0
77
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!