Dünən prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncam imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin; fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
Sözügedən sərəncam pensiyaların artımına necə təsir göstərəcək?
Qadin.Net xəbər verir ki, İqtisadçı-ekspert Rövşən Ağayev bu barədə qaynarinfo-ya açıqlama verib. O bildirib ki, ölkə başçısının sözügedən sərəncamı qanunun prosedurundan irəli gələn məsələdir:
"Əmək Pensiyası haqqında" Qanunun 29-cu maddəsinə əsasən pensiyalar ildə bir dəfə orta aylıq əmək haqqının səviyyəsinə görə indeksləşdirilir. Ötən il orta əmək haqqı 2,9 faiz olub. Yəni, indeksləşdirmə də 2,9 faiz səviyyəsində aparılacaq. Bildiyiniz kimi bizdə pensiyalar iki hissədən, baza və sığorta hissəsindən ibarətdir. Baza hissəsi qanunla 110 manatdır. Bir də əlavə olaraq sığorta hissəsi var ki, bu, işçinin stajına görə qazandığı əməkhaqqına uyğun olaraq hesablanır. Məsələn, siz 400 manat əməkhaqqı alırsınızsa, bunun 110 manatı baza, yerdə qalan hissəsi isə gələcəkdə alacağınız pensiyanın sığorta hissəsidir.
Bu gün kim 200 manat pensiya alırsa, onun 110 manatı baza hissəsi yerdə qalan 90 manatı isə sığorta hissəsidir.
Nümunə 1: Pensiyanın məbləği 200 manatdırsa
(200-110) x 2,9 : 100 = 2,61 AZN (artım)
Nümunə 2: Pensiyanın məbləği 250 manatdırsa
(250-110) x 2,9 : 100 = 4.06 AZN (artım)
Bir də ki, bu gün çalışan amma pensiya almayan şəxslər var ki, onların da pensiya kapitalı yığılır. Həmin şəxslərin dediyim kimi əmək haqqılarının sığorta hissəsi gələcək üçün 2,9 faiz səviyyəsində indeksləşdiriləcək.
XƏBƏR LENTİ
Beyonsun heykəli hazırlandı-FOTO
Ledi Qaqa yenə geyimi ilə təəccübləndirdi-FOTO
Maaşın nə günahı?
Fitoterapiya nədir?
Mikellanın Səsverməsinə bu qədər xərclədilər
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Rusiya növbəti təyyarələrini İrəvana göndərdi
Ziyafət geyimləri
"iPone-7" üçün 23 gün küçədə yaşadı
Bu günün hava proqnozu
Pərdə - plyonka "sezonu" bitir
Dəvə sümüyündən velosiped -FOTO
Qızarmış ciyər (foto-resept)
Qadınların seçimi: kosmetika, yoxsa kitab?
Qış aylarında dəri baxımı
Şərqdə ilk opera bəstələyən azərbaycanlı xanımın doğum günüdür
Qadın siyasəti
Bu ölkənin qadınlarının 1/3-ü qarımış qızlardır
Beyazın yeni işi TƏƏCCÜBLƏNDİRDİ
Lotereyada 20 min uddu biletini yandırdı-SƏBƏB/VİDEO
Qızıl və gümüş ucuzlaşıb
Paşinyanın gizləndiyi yer məlum oldu
Təlqinlə bədəni gücləndirin
Hamiləlikdə dəri dəyişkənliyi
Sabah məktəblərdə ilk dərs nəyə həsr olunacaq?
Azərbaycanda Yel çərşənbəsi qeyd olunur
Koronavirusla bağlı bildiyimiz HƏR ŞEY YANLIŞ İMİŞ-16 fakt
Növbəti əfv siyahısı hazırlanır
Balıq yedikdən sonra süd içmək olarmı?
"İşğal olunmuş torpaqların geri qaytarılmasına ümidlər artıb"
İlin adamı seçildi
Bakının kənar küçələri də "sevinəcək"
Azərbaycanda zəlzələ oldu
Hava haqqında
Astroloq 2020-ci illə bağlı proqnoz verdi
Cins şalvarlar
Armud şirəsinin faydaları
Günün qoroskopu: özünüzə vaxt ayırın
Hisə verilmiş ətdən salat (foto resept)
İki məşhur sevgili oldu
Körpə ilə tətilə çıxmaq
Pendirli qızartma (foto-resept)
Messidən möhtəşəm dönüş
İndoneziya qorxuya düşdü
Nepalda yenidən güclü zəlzələ oldu
BÜRCLƏR bizə nə vəd edir? -26 MAY
Nazim Hikmətin şeirindən ilhamlanan kolleksiya
Qoyun ili üçün "Quzu tortu"(foto resept)
Evdə limon bitkisinin becərilməsi qaydaları
İlham Əliyevlə Serj Sarkisyanın görüşü gözlənilir