Çində geni dəyişdirilmiş iki uşaq doğulub, daha bir uşağın isə doğulması gözlənilir.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, geni modifikasiya olunmuş (GMO) körpələrin dünyaya gəlməsi üçün eksperiment aparan Tzankuy Xenin fəaliyyətini araşdıran müstəntiqlər maraqlı faktlar əldə ediblər. Onların apardığı təhqiqat nəticəsində məlum olub ki, insanlıq tarixində geni dəyişdirilmiş ilk körpələr olan Lulu və Nana artıq dünyaya gəlib, Xenin eksperimentində iştirak edən ikinci cütlüyün isə daha bir geni dəyişdirilmiş körpəsinin doğulması gözlənilir.
2018-ci il noyabrın 25-də "MIT Technology Review" jurnalında geni dəyişdirilmiş körpələrin yaradılması ilə bağlı çinli alim Tzankuy Xenin eksperiment apardığı barədə yazı dərc olunub. Bundan sonra "Associated Press" alimlə müsahibə dərc edib. Alim müsahibəsində məlumatı təsdiqləyib, həmçinin, əlavə edib ki, bəşəriyyət tarixində geni modifikasiya olunmuş uşaqlar artıq dünyaya gəlib.
T. Xe bir müddət sonra Honkonqda keçirilən konfransda da çıxış edərək apardığı eksperiment barədə məlumat verib və sualları cavablandırıb. Lakin molekulyar genetika sahəsinin əsas mütəxəssisləri Xenin eksperimentini tənqid edib, bu cür manipulyasiyalara ehtiyac olmadığını bildiriblər.
Daha sonra Çin Səhiyyə Nazirliyi, Elm və Texnologiyalar Nazirliyi və Çinin Elm və Texnika üzrə Assosiasiyası birgə bəyanat yayaraq, aidiyyəti qurumlardan T. Xenin eksperimentinin qarşısını almaq və araşdırma aparmaq üçün lazımı addımlar atmağı tələb ediblər. "Bu insidentin təbiəti iyrəncdir", - deyə bəyanatda vurğulanır.
"Sinxua" agentliyinin bu gün yaydığı məlumatda isə bildirilir ki, təhqiqatın nəticələri artıq Quadon əyalətinin hakimiyyət orqanlarına təqdim olunub.
Təhqiqatçılar qeyd ediblər ki, T. Xe layihəyə 2016-cı ildə start verib.
Hakimiyyət orqanları isə alimin və eksperimentin digər iştirakçılarının cəzalandırılacaqlarını bəyan ediblər. "Şübhəlilər həbs olunacaq, doğulmuş uşaqlar və digər hamilə qadın isə Çin həkimlərinin nəzarətində olacaq", - deyə rəsmi şəxslər bildiriblər.
XƏBƏR LENTİ
Ebru Şallının yoldaşı məhkəməlik oldu-SƏBƏB
"Fəzailət xanım və qızları" məhkəməlik oldu-FOTO
Çürüyən uşaqlar Bakıya gətirildi
Hikmət Hacıyev və Hüseyn Mahmudovdan vacib AÇIQLAMA
Regionlardakı hotellərin fəaliyyəti necə tənzimlənəcək? - AÇIQLAMA
Futbolda yeni qayda
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən hərbi təlimlərdən görüntülər paylaşdı - VİDEO
Sərnişinlər Gəncəyə ikimərtəbəli qatarlarda gedəcəklər
Zeytun yarpağının çayı ilə arıqlayın
Hindistanda güclü zəlzələ
Ağ çayın faydaları
Bu gün 2019-cu ilin ilk iş gündür!
Bərbərxana və gözəllik salonları bu gündən açılır
Kosmosda 344 gün qalmış Kell evləndi-FOTO
40 min illik soxulcanlar dirildilər-FOTO
Bakıya duman gələcək
Düşmənin başına od ələyən qəhrəman artilleriyaçılarımız - VİDEO
Bijüteriya asqıları
Sevgilisi İrem Derici haqqında bunları dedi-FOTO
Yeni il ağacı şirniyyatı (foto-resept)
Çinlilər “iPhone X”in tam oxşarını yaratdı
Fitness testi
Paint tutorial
Ledi Qaqa Maurisio Quççinin qatili olacaq
Arıqladan kokteyllər - RESEPTLƏR
İsa peyğəmbər haqqında daha bir şok iddia
Di Kaprio və Bred Pitt “Oskar” uğrunda rəqabət aparacaq?
"Jara Music Awards" keçirildi - FOTO
Qarğıdalı unlu, kişmişli keks (foto resept)
Azam Ali – Ov
Dünyanın ən yaxşı 10 yeni il yarmarkası - FOTO
Körpələrdə sağ və sol beyin çalışdırması(DVD)
İşıqlı gecələr və zülmət gündüzlər şəhəri
Türkiyədə yeni tədris ilinin başlayacağı tarix məlum oldu
Yağ ləkəsini aradan qaldıran 2 üsul
Əmrah Çəlikəl: ""Qarabağ" üçün yenə transfer olmalıdır"
İşləyən analar günahkarlıq hissindən necə xilas ola bilər?
Yay hamilələrinə tövsiyələr
Azərbaycana məxsus PUA-nın səsinə məhəl qoymayan erməni polkovnik-leytenant həbs olundu
Göbələkli toyuq filesi (foto resept)
Repçilər Şekspiri geridə qoydu
200 manatlıq "gözəllik" sizi eybəcər edə bilər
Eynşteynə aid olduğu bilinməyən 4 ixtira
Əfsanəvi keşiş büllur tabuta qoyuldu
"Yeşilçam"ın məşhur aktyoru öldü
İncə tac nümunələri
Bakıya giriş-çıxış bağlanır? -AÇIQLAMA
Ölkədə işləyən əcnəbilərin sayı artdı
Dünya ulduzları reklam çəkilişində - FOTO/VİDEO
Kəsmikli-limonlu peçenye (foto resept)