Hindistanda bir xidmətçi boynuna asdığı uzun bir ağacın uclarına keçirdiyi iki böyük səhənglə su daşıyırmış və səhənglərdən birinin çatı varmış. Salamat səhəng hər dəfə çeşmədən ağanın evinə qədər uzun yolu dolu gəldiyi halda çatlağı olan səhəng yalnız suyun yarısını evə çatdıra bilirmiş. Salamat səhəng bu uğuru ilə fəxr edərkən çatlaq səhəng vəzifəsinin yarısını yerinə yetirdiyinə görə çox utanırmış. 2 il sonra bir gün çatlaq səhəng çeşmənin yanında xidmətçiyə səslənir:
-Özümdən utanıram və səndən üzr istəyirəm.
- Nə səbəbə?
Səhəng belə cavab verir:
- Çünki çatlağımdan su sızdığına görə su daşımaq vəzifəmin yarısını yerinə yetirə bilirəm.Mənim ucbatımdan bu qədər çalışmağına baxmayaraq, əməyinin tam qarşılığını ala bilmirsən!
Xidmətçi səhəngdən soruşur:
- Yolun yalnız sənin tərəfinə aid olan hissəsində çiçəklərin olduğunu və digər səhəngin tərəfində heç bir çiçəyin olmadığının fərqinə vardınmı? Bunun səbəbi mənim sənin qüsurunu bilməyim və ondan faydalanmağımdır.Yolun sənə aid olan hissəsinə gül toxumları əkdim və hər gün biz çeşmədən dönərkən sən onları suladın. İki ildir mən bu gözəl gülləri toplayıb onlarla ağanın süfrəsini bəzədim. Sən belə olmasaydın, o evdə bu gözəlliklər yaşanmayacaqdı.
Əlbəttə ki, hər birimizin özünəməxsus qüsurları vardır. Amma bu qüsurlarımızı şişirtmək yerinə onları düzəltməyə və yaxşılığa çevirməyə çalışaq. Bəlkə də biz öz qüsurlarımızla elə gözəlliklərə səbəb oluruq ki, heç özümüz də bu gözəlliklərin fərqinə varmırıq. Eyni ilə bu mövzudakı səhəng kimi.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Sevmək qovuşmaqdır, sən heç narahat olma
Kişinin qanı süd kimi ağardı-SƏBƏB
Dünyanın ən cazibədar polisi-FOTO
Günün qoroskopu: vədlərinizi gerçəkləşdirin
Brilliant ilə bəzədilmiş telefonlar
Gülməli heyvanlar
ABŞ və Britaniyada dəb
"5 yaşlıların 55 faizi təhsilə cəlb edilib" - Nazir
Souslu badımcan qızartması (foto resept)
İvanka Tramp 38 yaşını belə qeyd etdi - FOTO
İtaliyanın oyunu azərbaycanlı hakimə tapşırıldı
Yaşlı kişi timsahla əlbəyaxa oldu
Bu ilin sonunadək Azərbaycanın bütün ərazisində POS-terminallar quraşdırılacaq
Azərbaycanda benzinin ucuzlaşacağı proqnozu
Makiyaj məhsullarını daha səmərəli istifadə etməyin yolları
Hamilə olduğunu fotosessiyası ilə elan etdi
Gökhan "O səs Türkiyə"ni tərk etdi
BÜRCLƏR bizə nə vəd edir? -19 MAY
Ombudsman Məleykə Abbaszadəyə müraciət etdi
Gecə mesajları, qaranlıq həyat
Ən yaxşılar - FOTO
Uşaq bezlərində təhlükə aşkarlandı
Yaxşı insanların intiqamı
Paşinyan xarici işlər nazirini istefaya göndərdi
Yeni “Xiaomi” planşeti təqdim edildi
Tarix yazan idmançımız karyerasına son qoydu
Canlı yayımda dünyanın ən zəhərli ilanı sancdı - VİDEO
Evdə saxladığı ilan qonşunun ayaqyolundan çıxdı
Dünyada COVID-19-dan həyatını itirən tibb işçilərinin sayı açıqlandı
Sərdar Ortaç yeni sevgilisi ilə görüntüləndi - FOTO
Prezident: "Getsin, cəzasını çəksin"
Şərəfli döyüş yolu keçən 24 yaşlı qazimiz - VİDEO
Yüzlərlə kəllə sümüyü olan kilsədə araşdırmalar başladı - FOTO
DİN-dən əhaliyə XƏBƏRDARLIQ
Qış geyimləri
İsveçrə ilə Azərbaycan arasında viza rejimi aradan qaldırıla bilər
MTRŞ-dan seriallarla bağlı açıqlama
Naringinin bilinməyən faydaları
Bakıda saat 11-dən sonra qadağa
Dövlət rəmzləri
Bu şəkillərə iki dəfə baxmalı olacaqsınız
Bu tarixdə planetlər bir xətt boyu düzüləcək
Günün ulduz falı
Amerikan salatı (foto resept)
“Yalnızlığın bal ayı” Polşada
Misirdə fironlar dövrünə aid məzarlıq tapılıb
Geyim və aksessuarlar
Sabahdan Bakıda ictimai nəqliyyat işləməyəcək
Qazaxstan prezidenti bu açıqlaması ilə hər kəsi şoka saldı
Azərbaycan neçə medal qazana bilər?
- ŞƏRHLƏR