Bütün dünyada məşhur olan Dukan pəhrizi fransız həkim və qida mütəxəssisi Pyer Dukan tərəfindən kəşf olunub. 2000-ci ildə mütəxəssisin "Necə arıqlayacağımı bilmirəm" ("I don't know how to get slimmer") adlı kitabı nəşr olunandan sonra pəhriz getdikcə daha çox populyarlıq qazanmağa başlayıb. Bu pəhriz sayəsində Cennifer Lopez, Karl Laqerfeld, Penelopa Kruz, Jizel Bundhen kimi tanınmışlar artıq çəkilərindən qurtulublar.
Dukan pəhrizinin bütün dünyada yayılmasının əsas səbəbi tez effekt verməsi və nəticənin qalıcı olmasıdır. Bu pəhrizlə 1 həftə ərzində 5 kilo arıqlamağın mümkün olduğu deyilir.
4 mərhələdən ibarət pəhriz proqramının ilk iki mərhələsi arıqlayıb, normal çəkiyə düşməyə kömək edir. Üçüncü və dördüncü mərhələ isə əldə olunan nəticənin qorunmasına imkan verir.
Birinci mərhələ: Hücum
Bu mərhələdə bədəndəki su sürətlə atılır, metoblizm sürətlənir və qısa zamanda xeyli çəki itirilir. Pəhrizin müddəti aşağıdakı kimidir:
10-20 kq artıq çəkisi olanlar - 3-5 gün
20-30 kq artıq çəkisi olanlar - 5-7 gün
30 kq və daha artıq çəkisi olanlar - 5-10 gün
10 gündən artıq davam etdirmək olmaz.
Birinci mərhələdə zülalla zəngin ərzaqlarla qidalanmaq lazımdır. Bura yağsız dana əti, toyuq, hinduşka, balıq, yumurta, yağsız süd, yağsız pendir, yağsız qatıq, yulaf kəpəyi olmaqla ümumilikdə 72 qida daxildir.
İkinci mərhələ: Müşahidə
Bu mərhələdə qida rasionuna tərəvəzlər də əlavə olunur. Yeyə biləcəyiniz tərəvəzlər bunlardır: pomidor, xiyar, badımcan, təzə lobya, kələm, qabaq, kök, turp, brokkoli, kərəviz, ispanaq, cəfəri, şüyüd, kəvər və göbələk. Tərkibində çox miqdarda karbohidrat olan tərəvəzlər (kartof, qarğıdalı, noxud və s.) bura daxil deyil. Bunlarla yanaşı, hər gün 2 xörək qaşığı miqdarında yulaf kəpəyi yeməyi unutmayın. Müşahidə mərhələsinin müddəti şəxsin atmaq istədiyi hər kiloya bir həftə olaraq hesablanır.
Üçüncü mərhələ: Gücləndirmə
Bu mərhələdə bədən və əzələlər möhkəmləndirilir. Müddəti 10 gündür. 10 gün müddətində şəxs zülal, yulaf kəpəyi və tərəvəzlə yanaşı, az şəkərli meyvə, nişastalı qidalar, 1 dilim un məmulatı və ya 2 dilim çörək də yeyə bilər.
Dördüncü mərhələ: Qoruma
Pəhrizin son mərhələsində əsas məqsəd itirilən çəkinin geri qayıtmamasıdır. Bu dövrdə heç bir qida qadağan deyil. Lakin az miqdarda yemək lazımdır. Bundan başqa, həftədə bir gün yalnız zülal tərkibli qidalar qəbul edilməli və gündə 3 xörək qaşığı yulaf kəpəyi yemək yaddan çıxmamalıdır.
Dukan pəhrizindən istifadə müddətində 3 şərtə mütləq əməl olunmalıdır:
1. Pəhriz siyahısına daxil olan qidaları kiçik porslar şəklində yemək və siyahıdan kənara çıxmamaq
2. Hər gün ən azı 20 dəqiqə orta sürətdə piyada gəzmək
3. Gündə minimum 2 litr su içmək
XƏBƏR LENTİ
Hamiləlik dövründə bunlardan zövq alın
İslamiada: Azərbaycan liderlər arasındadır - CƏDVƏL
Diş əti çəkilməsinin səbəbləri
Labirint-4
Ali Sunal Kamal Sunal üçün paylaşım etdi-FOTO
İlin Ən Pis filmlərinin reytinqi hazırlandı
Günün ulduz falı
Cizgi filmi və uşaqlar
Araz çayının suyunun Urmiya gölünə axıdılması başlayır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Lavandalı limonad (foto resept)
İsrail parlamentində yolka yasaqlandı
Ədat
Ziynet Salı ərə getdi-FOTO
Mercedes-Benz-dən super Brabus
Utanmağın səbəbləri
Özünə hesabat verməyin yolları
Alişan və Buse yeni FOTO paylaşdı
Hikmət Hacıyev: “Ermənistanın mülki vətəndaşlara qarşı müharibə cinayətləri dayanmır”
BÜRCLƏR bizə nə vəd edir? - 21 fevral
Məşhurlar 2020-ci ili “dayanmağa” çağırdı - VİDEO
Nobel mükafatı laureatı vəfat etdi
Ayın 17-si “Bilik günü” qeyd edilməyəcək-SƏBƏB
Ralph Laurenin payız kolleksiyası
Ledi Qaganın HAMİLƏLİK xəbəri yayıldı
Mənfi düşüncələrə vida edin
Kosmosa danışan robot göndərildi
Bu ölkədə atalıq məzuniyyəti də olacaq
Hicablı gəlinliklər
Sobada balonda kabab (foto resept)
Buzun fərqli quruluşları
Bu dərman hamilələrə zərərlidir – Uşağın beyninə təsir edir
Dəri üçün faydalı olan 4 ərzaq
Arı beyninin üstünlüyü
Rus alimlərindən inqilabi addım: Təbii antibiotik kəşf olundu
Dünyanın ən peşəkar həkimləri - “Forbes” açıqladı
İsrail mətbuatı Azərbaycanın Birinci Xanımından yazdı
"iPhone 7Pro" gəlir
Su üzərində Günəşdən enerji alınacaq
Məşhur aktyor Dünyanın Ən Yaraşıqlı Kişisi seçildi-FOTO
HAVA necə olacaq? 21 İyun
Merkel Azərbaycan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Zakir Həsənov və Hulusi Akar ermənilərin Gəncəyə xain hücumunu müzakirə etdi
İkiüzlülük (nifaq)
Günün qoroskopu: əyləncəni unudun
Ermənistan prezidentinin daha bir yalanı ifşa edildi
Dünyanın ən bahalı sikkəsi hərraca qoyuldu
Azərbaycan ordusu mülki əhalini atəşə tutmur - RƏSMİ
Küftəli tərəvəz şorbası (foto resept)
Putin koronavirus xəstəxanasını ziyarət etdi, heç kim onu tanımadı - VİDEO
- ŞƏRHLƏR