Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
14:45Feride Allah sehidlerimize Rehmet elesin!Ruhlari sad olsun! 10:55Iceberg Allah bütün şəhidlərimizə rəhmət eləsin ! 10:53Sima allah rehmert elesin((( 10:03Xəyalə Murad Allah bütün Şəhidlərimizə Rəhmət Etsin! 10:02Xəyalə Murad Sabahınız xeyir olsun,Əziz Qadin.Netlilər!
39778

"Dünyanın ən ləziz yeməyi" -XAÇAPURİ oldu

"Dünyanın ən ləziz yeməyi" -XAÇAPURİ oldu


Gürcüstanın milli mətbəxinin yeməklərindən olan xaçapuri dünyanın ən dadlı yeməkləri siyahısında birinci yeri tutub.

Qadin.Ner AzərTac-a istinadən bildirir ki, TasteAtlas internet portalı "Dünyanın ləziz yeməkləri" interaktiv xəritəsini tərtib edib.

Xəritə Xorvatiyada 30 nəfər təhqiqatçı-müəllif tərəfindən 2018-ci ildə tərtib olunub. "Dünyanın ləziz yeməkləri" xəritəsində dünya xalqlarının 10 min milli yemək növü göstərilib.

Rəyi soruşulan min nəfərdən 800 nəfəri məhz xaçapurini ən ləziz yemək kimi qeyd edib.

Məlumat üçün qeyd edək ki, xaçapuri Gürcüstanın ən tanınmış milli yeməklərindən biridir. Xaçapuri ənənəvi olaraq un, pendir, yumurta və yağdan hazırlanır. Məhsul hazırlanarkən əsasən "suluquni" və ya İmereti pendirlərindən istifadə olunur. Amma son vaxtlar xaçapurinin hazırlanmasında "motsarella" və "feta" milli pendir növlərindən də istifadə edilir.

Xaçapurinin bir neçə növü var. Ən məşhur İmereti bölgəsinin adı ilə bağlı olan "İmereti xaçapurisi" və Acarıstan bölgəsi ilə əlaqəli olan "Acariya xaçapurisi"dir.

"İmereti xaçapurisi" dairəvi şəkildə olur, pendir və yağdan ibarətdir.

"Acariya xaçapurisi" isə üstü açıq, qayıq formasında olur, pendir və yağdan hazırlanır. Yeməyin üstündə, ortada çiy yumurta olur.

"Dünyanın ləziz yeməkləri" siyahısında ikinci yerə Balkanların yeməyi "çevapçiçi" milli yeməyi, üçüncü yerə Ukrayna borşu, dördüncü yerə italyanların pastası, beşinci yerə isə yaponların "suşi"si layiq görülüb.

Səslərin sayı: 0
0
211
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )