Azərbaycanda sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək.
Qadin.Net xəbər verir ki, bu barədə trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, vahid bilet sistemi yeni mexanizmdir və bir neçə hissəyə bölünür: "İlk mərhələdə görüləcək işlər onlayn bilet sistemi ilə bağlıdır. Hazırda Bakı Beynəlxalq Avtovağzalından yalnız bir istiqamətdə onlayn bilet almaq mümkündür. Vahid bilet sisteminin tətbiqindən sonra hər iki istiqamətdə bilet almaq mümkün olacaq, o cümlədən sərnişinlər onlayn sistemlə rayonlardan Bakı istiqamətinə də bilet ala biləcəklər".
N.Allahyarova qeyd edib ki, bundan başqa, avtovağzallarda vahid dispetçer mərkəzləri yaradılacaq:
"Hazırda Dövlət Avtomobil Nəqliyyatı Xidməti ümumi şəkildə biletlərin alış-satışına nəzarət edə bilir. Lakin elə hallar olur ki, avtobus sahibləri çox sayda bilet alaraq süni şəkildə qiyməti qaldırırlar. Bu cür halların qarşısını almaq üçün avtovağzallarda vahid dispetçer mərkəzləri yaradılacaq".
Mətbuat katibi əlavə edib ki, vahid bilet sisteminin tətbiqi şəhərdaxili və şəhərlərarası sərnişindaşıma xidmətini birləşdirəcək: "Yəni paytaxtdan hansısa bölgəyə və yaxud hansısa rayondan Bakıya gələcək şəxslər vahid biletdən istifadə edə biləcəklər. Buna vahid kart da demək olar. Yəni sərnişinlər bir biletlə bütün ictimai nəqliyyat vasitələrindən istifadə edə biləcəklər".
Onun sözlərinə görə, sistem təkcə onlayn bilet mexanizminin ikitərəfli tətbiqini deyil, ölkə avtovağzallarında dispetçer fəaliyyətinin yaradılması və gediş-dönüş biletlərinin rahat şəkildə alışını, şəhərlərarası nəqliyyat xətləri ilə şəhərdaxili nəqliyyat xətlərində istifadə edilən bilet sisteminin inteqrasiyasını da təmin edəcək.
XƏBƏR LENTİ
Goranboyda çörək sexində reyd keçirilib
Bu gün ali məktəbə qəbul imtahanı gedir
DÇ-2014: hansı oyun, hansı kanalda?
Diş məcunu - evdarlıqda köməkçiniz
Çiyələkli şirniyyat (foto resept)
İrina Şeykin yeni imicini heç kəs bəyənmədi-FOTO
İctimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə ilə bağlı XƏBƏRDARLIQ
Samsung xəstələrə kömək edəcək
“Qara qızıl”ın qiyməti düşdü
Dünyanın ən qədim yaşayış məskəni də erməni işğalından azad edildi
Çebureki və lobyalı aş
Azərbaycanda hava şəraiti dəyişəcək
Daxili İşlər nazirindən daha bir TƏYİNAT
Qara çayın faydaları
Polis kenqurunu axtarışa verdi
“Gün keçdi” filmi (1971) haqqında
Ramin Bayramlıdan koronavirusun mutasiyası ilə bağlı MÜHÜM AÇIQLAMA
Bayrağımız Şuşada dalğalanacaq
Skarlett Yohanson 400 minlik nişan üzüyünü göstərdi-FOTO
Sürücülərin nəzərinə: Avtomobilinizin içinə su dola bilər!
Qadınlar üçün yay ayaqqabıları
İnternet istifadəçilərinin kimliyi dəqiq bilinəcək
Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir?
Uşaqlarda dəmir çatışmazlığının səbəbləri
10 il əvvəl ölən "ata" qızını toy günündə tək qoymadı - FOTO
Günün qoroskopu: həyat eşqi və enerjiniz çoxdur
Milyard dollarlıq oyun
Qızılın qiyməti ucuzlaşdı
Üç kiloqramlıq Zaqatala çörəyi - VİDEO
Altı inkişaf etmiş ölkədə koronavirusa yoluxmanın su samuru ilə əlaqəsi aşkarlandı
Nazirlik: "Bakı yollarında tıxaclara qarşı görülən tədbirlər öz effektivliyini göstərir"
Yağlı saçlar və həlli
Can Yaman serialın çəkiliş görüntülərini paylaşdı-VİDEO
Cərimənizi ödəyin, yoxsa... - REYDLƏR BAŞLADI
Ağdamın Şahbulaq kəndi işğaldan azad olunduqdan sonra... - VİDEO
Hər dəri üçün faydalı bal maskası
Ledi Qaqa fermaya köçür-SƏBƏB
Alimlər xərçəngin yaranmasının əsas səbəblərini açıqlayıblar
Geyim nümunələri
Azərbaycanda yolların işıqlandırılmasında möhtəşəm yenilik
Azərbaycan tarixindən yüz şəxsiyyət-83
Akvarium çətir (özün düzəlt)
BÜRCLƏR bizə nə vəd edir? - 9 MART
Azərbaycanda ən çox qar yağan yer açıqlandı
Qeyri-adi tualetlər
BÜRCLƏR bizə nə vəd edir?-23 noyabr
Şir bürcünün 4 əsas xüsusiyyəti
Simit (foto-resept)
Pakistanda güclü zəlzələ, Azərbaycan da silkələndi
TQDK yeniliyə hazırlaşır: variant ləğv olunacaq
- ŞƏRHLƏR