Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
12:14Sima hervaxtiz xeyir gozel bacilar 11:52PERI sizinle bahem xeyale xanim 11:51Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi Salamlayıram!
39782

Müqəvva...

 

Müqəvva...



 

“Müqəvva”

Onu qorxutdular, ələ saldılar, yıxdılar, təhqir etdilər, qovaladılar, xəyanətdə günahlandırdılar və ən önəmlisi müqəvvaya çevirib “diri-diri” yandırdılar!

Söhbət Rus-Sovet uşaq ədəbiyyatının tarixində silinməz iz qoyan “Müqəvva” povestindən gedir. Bu əsərlə tamamilə təsadüf nəticəsində tanış oldum. İllik mütaliə siyahımdakı kitabları oxuyub bitirdiyimdən, yeni, fərqli əsər axtarışında idim. Rus ədəbiyyatı diqqətimi daim cəlb etdiyindən və yaradıcılıq baxımından üslubuma birbaşa təsir etdiyindən Vladimir Jeleznikovun əsərlərinə müraciət etdim. Lakin nə zamansa bu addımıma görə özümə minnətdar olacağımı ağlıma belə gətirməzdim. “Müqəvva”nı ilk oxunuşdan bağrıma basdım. Dərdinə şərik, yarasına məlhəm olmaq istədim. Kitaba bir oxucunun aşiq ola biləcəyi qədər vuruldum və məncə əsərə bundan yüksək dəyər, qiymət vermək mümkün deyil. Hər bir yazıçının arzusu məhz oxucu sevgisini qazanmaqdır. Vladimir Jeleznikov bunun öhdəsindən layiqincə gəlib. İnanın mənə, bu heç də asan başa gələn uğur yolu olmayıb.

Əvvəlcə Vladimir Jeleznikovun özü ilə tanış olaq. O 1925-ci ilin oktyabrın 26-sı Belorusiyanın Vitebsk şəhərində, sərhədçi ailəsində doğulub. 1945-ci ildə Moskvaya köçərək əvvəl artilleriya üzrə, ardınca Hüquq İnstitutunda və 1957-ci ildə isə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini başa vurur. Qələmə aldığı ilk hekayəsi elə ilk iş yeri olan “Murzilka” dərgisində dərc olunur. Dərgidə işləyərkən yazıçı Vitali Biyanki və rəssam Vladimir Lebedevlə tanış olur. Bu tanışlıq iş yoldaşlığından daha artığına çevrilir. Onlar Jeleznikova bir növ müəllimlik edir, xırda səhvlərini göstərərək üzərində daha yaxşı işləyərək mükəmməlləşdirə biləcəyini izah edirdilər. Vladimir Jeleznikov “Müqəvva” və “Altı B-nin qəribə şagirdi” povestləri də daxil ümumilikdə iyirmi iki kitab müəllifidir. İlk kitabı olan “Rəngarəng tarix” 1960-cı ildə nəşr olunub. Rusiyanın hazırki orta məktəb dərsliklərinə “Müqəvva” və “Altı B-nin qəribə şagirdi” povestləri də salınıb. Qeyd edim ki, psixologiya üzrə təhsil alan tələbələr “Müqəvva” povestini uşaq və ailə psixoloqiyasını daha yaxşı anlamaq üçün oxuyurlar.

 “Müqəvva”nın müstəqilliyə qədərki Azərbaycan oxucusuna təqdim edilməməsinin əsas səbəbi nədir?

“Müqəvva”nı oxuyarkən Azərbaycan oxucusunun bu cür möhtəşəm povestdən günümüzədək xəbərsiz olduğuna çox məyus oldum. Sovet ədəbiyyatında Dünya uşaq ədəbiyyatı silsiləsi üzrə kitabların tərcümə edildiyini bildiyim halda, nə üçün “Müqəvva”nın tərcümələr arasında yer almadığı mənə qəribə gəldi. Axı bu əsər oxunmalı, sevilməli, dildən-dilə düşməlidir. Bu povest bütün yeniyetmə uşaqların inkişafına, tərbiyəsinə bilavasitə təsirini göstərəcək, möhtəşəm əsərdir. Nə üçün tərcüməçilərimiz bu xəzinədən gen durublar? Ümumiyyətlə, buna səbəb nə olub? Bu suallarımın cavabını tapmaq üçün çox araşdırmalı olmadım. Çünki hər şey gün işığı kimi aydın idi.  

Hər bir yazıçının qarşısında müəyyən maneələr durur (adətən yazıçı özü özünün ən böyük maneəsinə çevrilir), Jeleznikovun maneəsi də Sovet dövründə Sovet şagirdini  mənfi yöndən qələmə alması oldu. Əsər SSRİ-nin  dağılmasına az qalmış şöhrət qazandı. Təbii ki, ədəbi tərcüməçilərimizin bütün enerjisi, diqqəti hər bir Azərbaycanlı kimi birbaş Vətənimizin azadlığına yönəlmişdi. Azadlığa qovuşduqdan sonra Sovet dövrünün dağılma ərəfəsində nəşr edilmiş əsərlər Azərbaycan oxucusu üçün cəlbedici gəlmədiyindən “Müqəvva” kəşf edilməmiş xəzinə olaraq qalmaqda davam etdi. Bəlkə də, bu fikrimdə yanılıram, lakin daha tutarlı cavabla qarşılaşmadım. “Müqəvva” yazılışından və nəşrindən otuz yeddi il sonra mənim və “Xan” nəşriyyatının sayəsində Azərbaycan oxucusuna təqdim edildi.  Nəşrindən qısa müddət sonra ən çox satılan tərcümə ədəbiyyatı oldu.

 

Müqəvva...



 

“Müqəvva” necə yarandı?

Sovet məktəblisini ilk dəfə mənfi yöndən (antiqəhrəman kimi) təqdim edən Vladimir Jeleznikov əslində doğma bacısı qızının yaşadıqlarından ilhamlanıb. Bacısı qızının başqasına aid təqsiri öz üzərinə götürdüyü üçün bütün sinif yoldaşları tərəfindən “baykot” edildiyini öyrənəndə uşaqların, bəzən, necə amansız və qəddar ola bildiklərinə üzülür, təsirlənir. Bu hadisənin hazır sujet ola biləcəyini düşünüb “Müqəvva” ssenarisini yazır və kinostudiyaya təqdim edir. Qeyd edim ki,  həmin anadək Jeleznikovun artıq dörd əsəri ekranlaşdırılmışdı və filmlərin ssenaristi məhz özü idi. Hətta “Altı B-nin qəribə şagirdi” (1962 yazılsa da 1972-ci ildə ekranlaşdırılıb) əsərinə görə 1974-cü ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşdü.

“Müqəvva”nın da uğurlu ssenari olacağına əmin olan Jeleznikov gözlənilməz cavab alır. Kinostudiyanın rəhbəri ssenarini oxuyub: “Belə faşist şagirdlər heç vaxt bizim ekranlarda olmayacaq. Bu cür uşaqlarımız yoxdur!” deyə cavab verir. Başqası olsa bu cavabdan məyus olardı, ruhdan düşərdi, ancaq sujetə qəlbən bağlı olan Vladimir Jeleznikov həvəsdən düşməyib. Əksinə, o  ssenarini povestə çevirmək qərarına gəlib. Bunun üçün Tarus qəsəbəsinə səfər edərək bir müddət orada yaşayıb. Bu vaxt ərzində yerli küçələri, əhalini, incəsənəti, qəsəbələri, evləri və ən önəmlisi uşaqları kəşf etməklə məşğul olub. Qapı- pəncərəsi taxtalanmış köhnə ev yazıçının diqqətini cəlb edib. Məhz bu evdə Nikolay Nikolayeviçi və Lenka Bessolçevanı xəyalında canlandıra bilib.

Povestdə hadisələr payız fəslində cərəyan etməsinə baxmayaraq Vladimir Jeleznikov onu yaz və yay fəsillərində qələmə alıb. “Müqəvva” povestini 1979-cu ildə tamamlasa da düz iki il onun nəşr ediləcəyi günü gözləməli olub. Bu cür sujet xəttinə malik əsərin nəşri SSRİ-də yolverilməz olsa da, son anda nəşrinə icazə verilir. Beləliklə, Rus-Sovet oxucusu ilk dəfə 1981-ci ildə “Müqəvva” ilə tanış olur və günümüzədək yeniyetmə şagirdlərin yay tətili qiraətində oxunması vacib kitablar arasından ilk yeri tutur.

“Müqəvva” kimdir?

“Müqəvva” otuz beş nəfərdən ibarət sinfə yeni gəlmiş, gülüşünə və fərqliliyinə görə “müqəvva” ləqəbinə layiq görülmüş, dostuna hər an kömək etməyə hazır, cəsarətli, səmimi və qorxmaz Lena Bessolçevadır. Sinif və parta yoldaşı Dima Somovu təqsirini öz üzərinə götürəcək qədər və otuz beş nəfərə qarşı mübarizə aparacaq qədər cəsarətlidir. O qəsəbənin ən məşhur sakini, xanımının hədiyyəsidir deyə əynindən çıxartmadığı paltosunun yamaqlarına görə  “Yamaqlı” ləqəbi almış Nikolay Nikolayeviçin nəvəsidir. Bu kitabı sevməyimə əsas səbəb də məhz Nikolay Nikolayeviçdir. O evinə o qədər bağlıdır ki, yaralı olanda belə ev haqqında düşündüyü üçün yaxşılaşırdı. Xəstəliyini, ağrılarını, qocalığını doğulub-böyüdüyü evində tamamilə unutdu. Divarları əhatə edən rəsmlərini evin sakinləri adlandıran Nikolay sevilməyə, hörmətə layiq obrazdır. Düşünürəm ki, “Müqəvva” Nikolay Nikolayeviçsiz solğun və rəngsiz qalardı. O bu əsərin bəlkə də ən təsirli, kövrək, həssas və qərarlı obrazıdır. Lenkanın xarakterindəki cəsarət, qorxmazlıq, əzmkarlıq da məhz babasından ona miras qalıb. Babanın nəvəsinə olan sevgisi evinə və rəsmlərinə olan sevgisindən üstün oldu...

Tərbiyəvi əhəmiyyəti

“Müqəvva” povesti nəşr edildikdən bir qədər sonra kütləvi tənqidlərə səbəb oldu. Bir çoxu Vladimir Jeleznikovun Rus Sovet birliyinə qarşı olduğunu, ənənəvi təhsil və tərbiyə sistemini tənqid etdiyini hədəf göstərirdi. Lakin tənqidçilər qədər əsəri sevənlər də peyda oldu. Nəticədə qısa zamanda “Müqəvva” dünyanın müxtəlif dillərinə tərcümə edildi, sevildi. Əsər Rusiya sərhədləri daxilində müxtəlif nəşriyyatlar tərəfindən günümüzədək nəşr edilməyə davam edir.   

 Əsərin uşaq tərbiyəsində əvəzsiz rolu vardır. Vladimir Jeleznikov hesab edirdi ki, illər keçsə də, nəsillər dəyişsə də uşaqlar elə eyni uşaqlardırlar, dəyişən məhz böyüklərdir. Bu məqamda Bissarion Belinskinin uşaq tərbiyəsi haqqında dediklərini xatırlayaq: “Tərbiyə  uşaqların yaş özəlliklərini nəzərə almalı, onların fiziki və mənəvi imkanlarını inkişaf etdirməli, əxlaqi, vətənpərvərlik hisslərini formalaşdırmalıdır…Tərbiyə — çox böyük işdir; insanın taleyi onunla həll olunur. Tərbiyənin insanın taleyinə, onun dövlətə, yaxınlarına və doğmalarına,  özünə münasibətinə mühüm dərəcədə təsiri olduğu haqda çox danışılır. Uşaqlarda  hələ erkən yaşlarından insaniliyin ən ilk elementlərindən olan zərifliyi, gözəlliyi duyma hissi inkişaf etdirilməlidir… Onlarda  həmçinin gözəl, məhtəşəm olan hər şeyin mənbəyi sayılan estetik hissi inkişaf etdirin, ona görə ki, estetik hissdən məhrum olan adam heyvanlıq dərəcəsində dayanır. Uşaqlar üçün kitablar yüksək bədiilik, estetik, əxlaqi tərbiyə  qaynağı olmalıdır”.

Vladimir Jeleznikov harda olursa olsun, uşaqları müşahidə edər, onların baş verən hadisələrə qarşı göstərdikləri reaksiyaları təhlil edirdi. Onlar üçün ömrünün son günlərinədək yazıb-yaratmağa davam etmişdi, lakin hər zaman “Müqəvva” povestini yaradıcılığının şah əsəri hesab edirdi. Vladimir Jeleznikov 2015-ci il dekabrın 3-ü, 90-illik yubileyindən 38 gün sonra vəfat etsə də, əsərləri ilə, onların əsasında çəkilmiş filmlərlə hələ də sevilir, yad edilir. Axı yazıçılar qələmə aldıqları sevilən obrazları sayəsində ölməzliyə qovuşurlar.

Məqaləmi məşhur uşaq şairəsi Aqniya Bartonun fikirləri ilə tamamlamaq istəyirəm: “Uşaq yazıçısının güclü müasirlik hissinə malik olması vacibdir. Axı o, gələcəyin adamının xarakterini formalaşdırmaq üçün yazır. Yazıçılar uşaqlarla insanlar, onların arasındakı qarşılıqlı münasibətlər haqqında, mərdlik, dürüstlük tərbiyəsi haqqında poetik və sadə dildə danışdıqda, onların kitabları uşaqların qəlbində dərin iz buraxmış olur…

Xəyalə Murad

Səslərin sayı: 1
4
315
Digər yazılar
Şərhlər
Offline
Ayla Ayla
Cox teriflemiyin de sora oxuyanda pesman oluram
9 yanvar 2019 14:44
Offline
Sima
Bu suallarımın cavabını tapmaq üçün çox araşdırmalı olmadım. Çünki hər şey gün işığı kimi aydın idi.
9 yanvar 2019 12:36
Offline
Iceberg
Çox marağımı çəkdi, oxuyarm bu il
9 yanvar 2019 12:33
imza: shafaabdulla.blogspot.com
Offline
Ayla Ayla
Hər bir yazıçının qarşısında müəyyən maneələr durur (adətən yazıçı özü özünün ən böyük maneəsinə çevrilir), Jeleznikovun maneəsi də Sovet dövründə Sovet şagirdini mənfi yöndən qələmə alması oldu. Əsər SSRİ-nin dağılmasına az qalmış şöhrət qazandı.
8 yanvar 2019 20:44
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 15:40 - Müəllif: daxBX
    Həkim məsləhəti (5539)

    Həkim məsləhəti

    Whereas many airways and cruises promote travel insurance, it's probably designed to protect the corporate providing the journey, not the buyer.A neighborhood trailer supplier has a pair companies to compete with so the costs do not get lowered as a lot. brand levitra effects Publisher: woodchuck Pastels are a part of a bigger group of art materials that are available a stick.Publisher: Mark Flanighan It isn't the identical shopping for car components online to buying them from a neighborhood store. extra dosage levitra without prescription The businesses that supply these gates can have plenty of pictures of their products online, this gives you the prospect to see what they have on offer and match it up with what you might be looking for.That is method too a course of respecting your financial and coping with it very nicely, consequently oneself’re considerably less heading in direction of waste or cut back it. http://old2.iceboxjewelry.com/earrings?dir=asc&gender=198&limit=45&metal_type=106&order=popularity&stone_shape=357 fktrpr94f For this reason more people have a tendency to choose the pure white product after they buy rock salt despite the marginally greater cost.The Logitech wireless keyboard that I am using right now was 70 dollars at Best Buy, but I bought it online for 25 dollars.
  • 1 həftə çörək yeməsək nələr olar?

    O, əlavə olaraq bildirir ki, çörək yeyərkən bu cür şeylər hiss etmirmiş.
  • Makiyajsız canlı görünməyin yolları

    Dərinizi gündə 2 dəfə təmizləyin
  • 12:21 - Müəllif: Sima
    2019-un saç trendləri (2)

    2019-un saç trendləri

    Texniki olaraq papaq kimi görünür. Bu il yeni trendlərdən biridir.
  • 7 gün ərzində pomidor yeməyin faydaları

    Tərkibindəki liflər sayəsində həzm sistemini nizamlayır. Həzm sistemindəki əzələlərin rahat işləməsini təmin edir. Eyni zamanda şişliyi aradan qaldırır.
  • JLo bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ

    Makiyajsız olan Cey Lo şəkli səhifəsində "Məni olduğum kimi sevin" heşteqi ilə yerləşdirib.
  • Bülent Ersoy öləcəyi vaxtı AÇIQLADI

    Ersoyun sözləri zaldakıları təəccübləndirib.
  • Dünyanın ən gözəl pilotu - FOTO

    Ana Paula iki il öncə atasının məsləhəti ilə pilotluq təhsili alıb.
  • “Eşkiya dünyaya hükümdar olmaz”a 4 məşhur aktyor gəldi

    "Merhamet" serialında Moskof Recep adlı içki və pul düşkünü bir ata obrazını canlandıran Tunçalp Façalı ailəsinin üzvlərindən biri olacaq.
  • 12:12 - Müəllif: PERI
    Dəcəl uşaqlar (1)

    Dəcəl uşaqlar

    ay itibe kopuyun icinde
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )