Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
12:14Sima hervaxtiz xeyir gozel bacilar 11:52PERI sizinle bahem xeyale xanim 11:51Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi Salamlayıram!
39782

Azər Qismətin “Çuğullar”ının “çuğulluğu”

 

Azər Qismətin “Çuğullar”ının “çuğulluğu”



 

Azər Qismətin “Çuğullar”ının “çuğulluğu”

 

“Qədim kənd. Üstü kirəmidli evlər, çat-çat boyalı şüşəbəndlər. Bəlkə də, Renuar illərlə buradan çıxmazdı ki, hər evi çəkib gözünün qurdunu öldürsün. Van Qoq sapsarı günəbaxanları, neçə əsr əvvəl çökəklikdə yaranan gölü, sahilində tilovla balıq tutan kəndliləri çəkməsəydi əl çəkməzdi: and içirəm ki, bu,onun ən məşhur əsəri olardı. Meşəlik o qədər cəngəlliyə bənzəyirdi ki, Daniel Orteqa uzaq Nikaraquadan gəlib inqilab edərdi ki, sarmaşıq kimi bir-birinə dolanan nazik gövdəli ağaclar arasında gizlənə bilsin. Çörçil siqarın tütününü burda yetişdirər, içdiyi rus arağının spirtini burda çəkdirərdi. Tereza ana kəndli qadınlardan fərqlənməz, əyilib-durub göy-göyərti becərərdi”.

 

Oxuyanlar artıq bildilər ki, cümlələr Azər Qismətin “Çuğullar” romanındandır. Bədii ədəbiyyatda əsərin belə hissəsi peyzaj adlanır. (bunu da bilənlər bilir) Burda isə təbiət təsviri bir qədər fərqli verilmişdir. Cümlələri ərinməz-yorulmaz olduğu kimi ona görə köçürürəm ki, informasiya ilə bol olan bu təsvirin müəllifin jurnalist olduğunu “ələ verdiyini” ( yazarın təbirincə desək “çuğulladığını”) sübuta yetirim. Kitabın özü də bu baxımdan ən böyük çuğulçudur. Bu hissədə oxucular həm bir kənd mənzərəsi, həm də dünyada iz qoymuş şəxsiyyətlərlə tanış olurlar. Yəni bu da bizim – oxuyanların xeyrinədir. (Ta “bir güllə ilə iki dovşan vurmaq”, filan yazmıram) Müxtəlif rəvayətlər, maraqlı hadisələr, incəsənət adamlarının adlarının çəkilməsi müəllif tərəfindən ya maariflənməyə yönəlmiş məqsəddir, ya da ondan asılı olmadan ziyasından bizə düşən zərrəciklərdir.

 

Azər Qismətin “Çuğullar”ının “çuğulluğu”



 

Sərlövhəsi diqqət çəkən “Çuğullar” kitabını təqdimatından gələn kimi acgözlüklə oxumağa başladım və üç gün ərzində mütaliəsini yekunlaşdırdım. Mövzusu da, təhkiyəsi də maraqlıdır.

 

“Çuğul”sözü bizim bölgədə – Gədəbəydə də işləkdir. Uşaq vaxtı “Gizlənqaç” oynayarkən qonşu qız “yerini çuğullayacam” deyəndə bunun mənasını soruşmuşdum. Xəbərçi demək olduğunu biləndə bu sözü xoşlamamışdım. Əsərlə tanış olanda bəlli oldu ki, zaman keçdikcə söz dəyişsə də “xidmət etdiyi” məqsəd olduğu kimi qalmaqdadır. Mütaliəsinə həvəslə başlamağımın bir səbəbi də qorxduğum sözün hadisə kimi başıma gəlməsi idi. Bir növ əsərdən imdad diləmək

 

istəyirdim ki, bəlkə, burda mənə psixoloji təsir edən məqamlar tapam. Əsərin qəhrəmanının başına gələn şəkildə olmasa da, yüngülvari formada bu çətinlikdən mən də əziyyət çəkmişəm. Amma qəhrəman məndən fərqli olaraq tədbirlidir. Mən açıq-açığına qətiyyətlə etiraz etmişəm və təbii ki, bununçün bəzi şəxslərin “hörmətini” qazana bilməmişəm. Əsəri oxuyandan sonra düşündüm ki, hər kəs hər an o cür məqamlarla üzləşə bilər, lakin əqidəli, vicdanlı insanları yolundan döndərmək mümkün deyil. Bu romanda da ustalıqla əks etdirilib.

 

Azər Qismətin “Çuğullar”ının “çuğulluğu”



 

Qaldı əsərin ədəbi-bədii keyfiyyətləri barədə fikir bildirmək, onu da saxlayaq tənqidçi sevimli İradə Musayevaya. Bu onun işidir. (Təqdimatda roman haqda yazacağını özü söyləmişdir.) Biz oxucu kimi təəssüratımızı bölüşdük.

 

Hə, bir də, kitabda səhvlərə rast gəlmədiyimi də vurğulamaq istəyirəm. (nəzərimdən qaçan bir-iki yer olsa da üzrlü sayın)

 

Nə yaxşı ki, müəllif bu romanı yazdı. Çoxu özünü burda görüb, bəlkə, utana. Simasından bəllidir ki, Azər Qismət yetərincə problemləri olan cəmiyyətimizdə heç bir neqativ hala köklənmir, ruhu kimi təbəssümünü də qoruyur. Elə ona görə də, (həm də bir vaxtlar özü tamaşaçılara dediyi üçün) müəllifə deyirəm:

 

– Gülümsəyin, cənab, gülümsəyin!

 

Pərvanə Bayramqızı

4 yanvar 2019

Səslərin sayı: 1
1
298
Digər yazılar
Şərhlər
Offline
Xəyalə Murad
Əsərin nəşrindən və təqdimatından gec xəbər tutdum. Ancaq oxuduğum qədəri ilə maraqlı sujet xəttinə malik əsərdir. Tezliklə oxumağı planlaşdırıram.
6 yanvar 2019 14:51
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 15:40 - Müəllif: daxBX
    Həkim məsləhəti (5539)

    Həkim məsləhəti

    Whereas many airways and cruises promote travel insurance, it's probably designed to protect the corporate providing the journey, not the buyer.A neighborhood trailer supplier has a pair companies to compete with so the costs do not get lowered as a lot. brand levitra effects Publisher: woodchuck Pastels are a part of a bigger group of art materials that are available a stick.Publisher: Mark Flanighan It isn't the identical shopping for car components online to buying them from a neighborhood store. extra dosage levitra without prescription The businesses that supply these gates can have plenty of pictures of their products online, this gives you the prospect to see what they have on offer and match it up with what you might be looking for.That is method too a course of respecting your financial and coping with it very nicely, consequently oneself’re considerably less heading in direction of waste or cut back it. http://old2.iceboxjewelry.com/earrings?dir=asc&gender=198&limit=45&metal_type=106&order=popularity&stone_shape=357 fktrpr94f For this reason more people have a tendency to choose the pure white product after they buy rock salt despite the marginally greater cost.The Logitech wireless keyboard that I am using right now was 70 dollars at Best Buy, but I bought it online for 25 dollars.
  • 1 həftə çörək yeməsək nələr olar?

    O, əlavə olaraq bildirir ki, çörək yeyərkən bu cür şeylər hiss etmirmiş.
  • Makiyajsız canlı görünməyin yolları

    Dərinizi gündə 2 dəfə təmizləyin
  • 12:21 - Müəllif: Sima
    2019-un saç trendləri (2)

    2019-un saç trendləri

    Texniki olaraq papaq kimi görünür. Bu il yeni trendlərdən biridir.
  • 7 gün ərzində pomidor yeməyin faydaları

    Tərkibindəki liflər sayəsində həzm sistemini nizamlayır. Həzm sistemindəki əzələlərin rahat işləməsini təmin edir. Eyni zamanda şişliyi aradan qaldırır.
  • JLo bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ

    Makiyajsız olan Cey Lo şəkli səhifəsində "Məni olduğum kimi sevin" heşteqi ilə yerləşdirib.
  • Bülent Ersoy öləcəyi vaxtı AÇIQLADI

    Ersoyun sözləri zaldakıları təəccübləndirib.
  • Dünyanın ən gözəl pilotu - FOTO

    Ana Paula iki il öncə atasının məsləhəti ilə pilotluq təhsili alıb.
  • “Eşkiya dünyaya hükümdar olmaz”a 4 məşhur aktyor gəldi

    "Merhamet" serialında Moskof Recep adlı içki və pul düşkünü bir ata obrazını canlandıran Tunçalp Façalı ailəsinin üzvlərindən biri olacaq.
  • 12:12 - Müəllif: PERI
    Dəcəl uşaqlar (1)

    Dəcəl uşaqlar

    ay itibe kopuyun icinde
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış