Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
12:14Sima hervaxtiz xeyir gozel bacilar 11:52PERI sizinle bahem xeyale xanim 11:51Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi Salamlayıram!
39782

"Heyvansevərlik"

 

"Heyvansevərlik"

 

Bəzi insanların heyvan sevgisi səmimi gəlmir mənə.
Heyvanı qorumaq, ona yemək su vermək, onu sevmək hesab olunmur. Ona işgəncə verməmək üçün də onu sevməyə ehtiyac yoxdur. Bütün canlılara, təbiətə münasibətin necədirsə, heyvana da elə olmalıdır. İfrata varmaq lazım deyil. Amma vəziyyət elə hal alıb ki, heyvan sevənlər insan sevməyi unudub. Heyvanı o qədər ön plana çəkiblər ki, soruşsan son dəfə nə vaxt bu hissi insanlara qarşı keçirib bəlkə yadına gəlməz. 
Mənə görə ən ali varlıq insandır. Əvvəlcə onun mənafeyi, onun sağlığı, onun təhlükəsizliyi. Daha sonra digər varlıqlar.
Heyvanlara qarşı belə münasibətin formalaşmağın, ümümiyyətlə “heyvansevər” imicin hardan meydana gəlməsi, niyə bu qədər aktuallaşması haqqında düşündüm və belə bir nəticəyə gəldim ki, insanlar insanlıqdan əlini üzüb. 
İnsanlıq, bəşəriyyət elə bir vəziyyətdədir ki, artıq onun xilasına ümid yoxdur. Ekologiyanın gəldiyi vəziyyət, insanların ümidsizlik, depresiv vəziyyətdə olması, elementar həyat şərtləri üçün bütün enerjinin çəkilməsi, tarıma çəkilən əsəblər, melonxolik “filosoflar”... 

 

"Heyvansevərlik"



Bütün bunlar geden yol deyil, çatan mənzil başıdır...
İnsanların insanlıq üçün edə biləcəyi bir şey yoxdur artıq. İnsanlığın xilası üçün çox gecdir. Heç kimin gücü çatmır nəyinsə qarşısını almağa. O qədər qeyri-real görünür ki bizə, məsələn, “pinqivin salafanlar”ı ləğv etmək...
Heyvanlar üçün hələ hər şey bitməyib. Insan daxilində olan “xilas etmək” motivi insanlıq üçün ortaya girməyə gücü çatmayanda heyvanlar üçün özünü önə atır.
Uşaq baxçasına gedən balacaların yediyi qeyri-sağlam qidalara əl qoymaq heç kimin ağlına gəlmir, nəinki aradan götürmək, heç etiraz da edən yoxdur. Amma baxçanın həyətində zarıyan xəstə pişiyə hamı toplanıb bir yer düzəltmək istəyir... bu humanizm mənə səmimi gəlmir... insanlar öz vicdanlarını rahatlatmaq üçün bunu edir. “Hələ də nəyisə dəyişməyə gücüm çatır” fikrinə inanmaq üçün.
Yollarda qalan yüzlərlə ac-yalavac, evsiz-yurdsuz insanlar var, onlara nəinki müdaxilə edilmir, onlar artıq görülmür.. onların yolun qırağındakı uçmuş hasar parçasından fərqi yoxdur, həmin yerin görüntüsü o qədər stabilləşib, kristallaşıb ki, işıqforun dirəyi nədirsə o “insancığazlar “ da odur... onlara kömək etməyə gücü çatmayan insanlar “Heyvan haqları” deyə boğazını yırtır həvəslə...
Deyəcəklər ki, insan özü özünü xilas edə bilir, heyvan yox. 
Təbiət elə qurulub ki, insanların heyvanlara müdaxiləsi olmadan da onlar qaydasında yaşaya bilərlər. Müdaxilə etməmək üçün isə sevmək vacib deyil, heyvansevər yox, insansevər olsaydı insanlar nə insan həyatı nə heyvan həyatı cızığından çıxmazdı...
Yolda arvadını döyən kişiyə, uşağını döyən anaya, işçisini alçaldan müdirə, həyatını başqaların həyatını müzakirə etməklə keçirən xalaya heç kim müdaxilə etmir. İtin ayağı qırılıbsa o zaman hamı düşür ortaya, çünki bu daha asandır...çünki buna hələ ki gücü çatır, hələ ki...
“heyvansevərlik” dəbinə o qədər qapılmısız ki, insan sevməyi unutmusuz.

 


Səslərin sayı: 1
3
245
Digər yazılar
Şərhlər
Offline
Sima
“heyvansevərlik” dəbinə o qədər qapılmısız ki, insan sevməyi unutmusuz.
9 yanvar 2019 12:35
Offline
Feride
Heyvanlar üçün hələ hər şey bitməyib. Insan daxilində olan “xilas etmək” motivi insanlıq üçün ortaya girməyə gücü çatmayanda heyvanlar üçün özünü önə atır.
(((
5 yanvar 2019 19:13
Offline
PERI
insanlar insanlıqdan əlini üzüb
5 yanvar 2019 12:14
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 15:40 - Müəllif: daxBX
    Həkim məsləhəti (5539)

    Həkim məsləhəti

    Whereas many airways and cruises promote travel insurance, it's probably designed to protect the corporate providing the journey, not the buyer.A neighborhood trailer supplier has a pair companies to compete with so the costs do not get lowered as a lot. brand levitra effects Publisher: woodchuck Pastels are a part of a bigger group of art materials that are available a stick.Publisher: Mark Flanighan It isn't the identical shopping for car components online to buying them from a neighborhood store. extra dosage levitra without prescription The businesses that supply these gates can have plenty of pictures of their products online, this gives you the prospect to see what they have on offer and match it up with what you might be looking for.That is method too a course of respecting your financial and coping with it very nicely, consequently oneself’re considerably less heading in direction of waste or cut back it. http://old2.iceboxjewelry.com/earrings?dir=asc&gender=198&limit=45&metal_type=106&order=popularity&stone_shape=357 fktrpr94f For this reason more people have a tendency to choose the pure white product after they buy rock salt despite the marginally greater cost.The Logitech wireless keyboard that I am using right now was 70 dollars at Best Buy, but I bought it online for 25 dollars.
  • 1 həftə çörək yeməsək nələr olar?

    O, əlavə olaraq bildirir ki, çörək yeyərkən bu cür şeylər hiss etmirmiş.
  • Makiyajsız canlı görünməyin yolları

    Dərinizi gündə 2 dəfə təmizləyin
  • 12:21 - Müəllif: Sima
    2019-un saç trendləri (2)

    2019-un saç trendləri

    Texniki olaraq papaq kimi görünür. Bu il yeni trendlərdən biridir.
  • 7 gün ərzində pomidor yeməyin faydaları

    Tərkibindəki liflər sayəsində həzm sistemini nizamlayır. Həzm sistemindəki əzələlərin rahat işləməsini təmin edir. Eyni zamanda şişliyi aradan qaldırır.
  • JLo bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ

    Makiyajsız olan Cey Lo şəkli səhifəsində "Məni olduğum kimi sevin" heşteqi ilə yerləşdirib.
  • Bülent Ersoy öləcəyi vaxtı AÇIQLADI

    Ersoyun sözləri zaldakıları təəccübləndirib.
  • Dünyanın ən gözəl pilotu - FOTO

    Ana Paula iki il öncə atasının məsləhəti ilə pilotluq təhsili alıb.
  • “Eşkiya dünyaya hükümdar olmaz”a 4 məşhur aktyor gəldi

    "Merhamet" serialında Moskof Recep adlı içki və pul düşkünü bir ata obrazını canlandıran Tunçalp Façalı ailəsinin üzvlərindən biri olacaq.
  • 12:12 - Müəllif: PERI
    Dəcəl uşaqlar (1)

    Dəcəl uşaqlar

    ay itibe kopuyun icinde
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!