Bakıda hava
USD AZN
EUR AZN

İki qadın...

 

İki qadın...



 

Böyük bir şəhər. Şəhərə şəhər görünüşü verən hündür mərtəbəli binalar illərdir iki həmsöhbəttək üz-üzə dayanıb. Ömürlərini beləcə lal-dinməz bir-birlərinə tamaşa etməklə keçiriblər. Binanın pəncərələrində sakinlər sanki öz büstlərini qoyublar. Pəncərələr əlacsız insanların əyləncə yerinə çevrilib.

Burada günün müxtəlif saatlarında bir-birinə tamaşa edən iki qadın görünür. Elə bil yuvadan quş balaları boylanır. Uzaqdan-uzağa bir-birləri ilə xəyalən söhbət edirlər. Baxışları ilə qadının biri digərinə həsədlə "Xoşbəxtsən..."- deyirdi.

O biri qadınsa maraqla

– Beləmi görünür?-deyə soruşurdu.

– Ailəli olmaq xoşbəxtlik deyilmi?

– Bəlkə, sən xoşbəxtsən.

– Nə üçün?

– Bax eyni yaşdayıq. Amma mən gör nə qədər yaşlı görünürəm. Qırışların, ağarmış birçəklərin heç biri məmnunluğun göstəricisi deyil. Sənsə daha şuxsan.

Küçədə şütüyən maşınların səsindən bir qədər susmalı olurlar. Binanın üstündən boylanan günəş elə bil sakit-sakit onları dinləyirdi.

– Sokratın fikirləri ilə tanışsınızmı?

– Sokratın o qədər fikirləri var ki.- Qadın mənalı tərzdə gülümsəyir. Həmsöhbəti başa düşür ki, o yəni “hansı fikrini nəzərdə tutursan?” demək istəyir.

– Söhbətimizə uyğun olanı- “Nə edirsən et onsuz da peşman olacaqsan ...” fikrini deyirəm.

* Həə, xatırladım. Bunu evlənmək istəyən gəncə deyir.

Hər ikisi gülümsəyir.

– Peşmansanmı?

– İzah etmək çətindir.

– Nə üçün?

– Şüurumuza hopan dəyərlər baxımından düşündüklərim qəbahətdir.

– Lap Oşoya bənzədin.

– O kimdir?

– Bütün yaşadıqlarımızın əksini düşünən bir insandır.

– Qəribədir, həmfikir olduğun adamlar çox olduğu halda, bircə ömür yoldaşınla eyni şeylər haqqında düşünə bilmirsən.

– Bəs deyirlər “Ərlə arvadın torpağı bir yerdən götürülür?”

– Kişilər qadını onu kimi düşünməyə məcbur etdiyindən və yaxud da qadın ərinin xüsusiyyətlərinə uyğunlaşdığından zahirən belə görünür. Əgər kişi qadının deyib-gülməyini istəmirsə təbii ki, qadın buna tabe olacaq və qaraqabaq təsiri bağışlayacaq.

– Özü istəməsə belə?

* Əlbəttə. Ailəsini qorumaq üçün buna özünü məcbur edəcək.

Söhbətin bu məqamında evli qadını içəridən səsləyirlər, pəncərədən çəkilməli olur. Tənha qadın onun arxasınca baxıb “Görəsən haqlıdırmı?” deyə düşünür.

 

İki qadın...



 

Xeyli vaxt ötür. Bir gün həyətdə qarşılaşırlar. Biri əri ilə, o birisi isə yalnız halda toya gedir. Tənha qadın zövqlə bəzənib, ailəli qadınsa olduqca sadə görünüşdədir.

Toy boyunca da bir-birini gözdən qoymayırlar. Həmişəki kimi baxışları ilə danışırlar. Tənha qadın hərəkətlərində nə qədər sərbəst idisə evli qadın bir o qədər utancaq və çəkənəcəkli görünür, yalnız ərinin ürəyincə olan hərəkətləri edir, bir-biri ilə salamlaşan dost-tanışları, rəqs edənəri süzüb, yazıq-yazıq boynunu bükür. Toydan çox yas yerinə gələn adamın ovqatındadır. Tənha qadının nəzərləri onlara dikilib. Baxışlarından həsəd duyulurdu. Toy sona yetməmiş ərinin istəyinə əsasən qadın oranı tərk edir. Tənha qadınsa ümidini tutacağı gülə bağladığından toyun sonunacan gözləməlidir.

Gecə evə gələndəsə toy boyunca cəmi bircə dəfə gülümsündüyü üçün evli qadın əri tərəfindən məzəmmət edilir. Səhərəcən ağlayır. O biri binada da tənha qadın yastığı ilə qucaqlaşıb makiajını göz yaşları ilə yuyur. Gecəyarı pəncərəyə yaxınlaşıb yenə xəyalən qadınla söhbət etməyə ehtiyac duyur. Gözündən axan iki damla yaş binadan aşağı yuvarlanır. Torpağı islatmağa yetməyən bu damlalar heç qadının tənhalığına da çarə edə bilmir. Kədərinə sanki göz yaşları özləri də ağlayır.

 

İki qadın...



 

O gecə qadınların biri o birisinin xoşbəxt olduğunu düşünür. Səhər açılınca “qəm otaqlarının”-pəncərənin qarşısına gəlib həmişə olduğu kimi yenə səssiz – səmirsiz söhbətlərinə davam edirlər.

– Sən xoşbəxtsən.

– Bu söz üstümə atılmış böhtan kimidir. Etmədiyim bir suçda təqsirləndirilməyimi zənn edirəm.

– Axı mən bütün gecəni ağlamışam.

– Nədən mənim də ağlaya biləcəyimi düşünmürsən?

– Məni tənhalıq ağladır. Sən ki tənha deyilsən.

 

İki qadın...



 

* Ailəm olduğu üçün həyatımın qaydasında olduğunu zənn etməkdə yanılırsan. Bəzən onlarla insanın arasında belə yalnız olursan. Səni tənhalıq, mənisə ərim incidir. Hansı daha dözülməzdir? Ən böyük bədbəxtlik xoşbəxt görünməkdir. Adamlar səni səadətə qısqanır, sən isə daha çox əzab çəkirsən. Arzularının pərən-pərən düşdüyündən heç kəsin xəbəri olmur. Ailən olduğu üçün sənə baxıb köks ötürənlər bu ailəni qurduğun üçün özünü nə qədər bədbəxt hiss etdiyindən xəbərsiz olurlar. Sən azadlıq eşqi ilə özünü divarlara çırpıb darmadağın olanda məhbəsin səni özgələrə göylərin kəhkəşanında göstərir. Biləyindəki qolbağı səni müttəhimtək birinin qoluna bağlayanda hardasa başqa biri sənin yerində olmağı arzulayır. Bu bədbəxtlik deyilmi?

Qadın çaşqınlıq içində idi. Gözlərindən təəccübləndiyi oxunsa da fikirləri dəyişmirdi.

* Sən pəncərədən çəkilib geri dönəndə ərini, övladlarını görürüsən. Mənsə arxaya çəkilən kimi boş divarlarla üzləşirəm, ağlayanda da yanımda heç kəs olmur.

Tənha qadın köks ötürür. Nəfəsi küləyə çevrilib uğuldayır. İkisi də eyni səmtə baxırlar. İpdəki uşaq paltarları sağa-sola yellənir.

Pərvanə Bayramqızı

Oktyabr 2017

Səslərin sayı: 2
4
519
Digər yazılar
Şərhlər
Offline
Surayye
O biri binada da tənha qadın yastığı ilə qucaqlaşıb makiajını göz yaşları ilə yuyur. Gecəyarı pəncərəyə yaxınlaşıb yenə xəyalən qadınla söhbət etməyə ehtiyac duyur.
cray Hamı yaxşı həyat arzulayır
25 dekabr 2018 08:27
Offline
Feride
İnstagramda bir birinə paxıllıg eliyənlər üçündür bu yazı
24 dekabr 2018 14:32
Offline
Sima
– Şüurumuza hopan dəyərlər baxımından düşündüklərim qəbahətdir.
24 dekabr 2018 10:27
Offline
Xəyalə Murad
Kimsə kimsənin yaşadıqlarını bilmir. Kənardan paxıllığını çəkir, ona qibtə edir. Ancaq düşünmür ki, bəlkə də onun həyatı kiminsə həsəd apardığı həyatdır. Düşündürücü köşə yazınız üçün çox sağ olun, Pərvanə xanım!

Kimsə kimsənin yaşadıqlarını bilmir. Kənardan paxıllığını çəkir, ona qibtə edir. Ancaq düşünmür ki, bəlkə də onun həyatı kiminsə həsəd apardığı həyatdır. Düşündürücü köşə yazınız üçün çox sağ olun, Pərvanə xanım!
23 dekabr 2018 21:56
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • “WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək

    “WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək
  • 20:36 - Müəllif: Nermin_Guler
    Güldürən arxa fon (1)

    Güldürən arxa fon

    Ən çox betmana güldüm
  • Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı

    Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı
  • Siçan ilində bizi nə gözləyir? - Şərq təqviminə görə ASTROLOJİ PROQNOZ

    Siçan ilində Amerika təpələrinə səfər proqnoz edilir. Daimi dəyişikliklər sizi gözləyir, narahat olmağa dəyməz, əlamətdar hadisələr də az deyil.
  • Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq

    Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq
  • 15:20 - Müəllif: SemmionsNaifyHK
    Hüquqşunas məsləhəti (367)

    Hüquqşunas məsləhəti

    Приветствую Вас друзья, недавно мне в руки попал уникальный сайт на котором Вам необходимо спрогнозировать как будет меняться значение, вверх, или в низ, у Вас всего две кнопки для ответа, благодаря чему если Вы даже будете рандомно нажимать кнопки, Ваши шансы составят 50%, а благодаря специальным методикам которые Вы найдете после регистрации, Ваш баланс будет увеличиваться каждые 60 секунд. За одну минуту Вы сможете зарабатывать от одного доллара до бесконечности! Это уникальный способ заработка в интернете на сегодняшний день, сервис работает с 2014 года, и всегда вовремя выплачивает заработанные деньги. После регистрации Вы получите БОНУСНЫЕ +10 000b на счет, и сможете сами сполна протестировать этот замечательный сервис. Попробуйте БЕСПЛАТНО! http://bit.ly/fastbigtrade
  • 14:59 - Müəllif: Ayla Ayla
    2020-ci ilin 6 dəbli rəngi (2)

    2020-ci ilin 6 dəbli rəngi

    Bənövşəyi paltolar, köynəklər və donlar göz oxşayacaq.
  • Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı

    Çoxu belə eliyir. Nəyə lazımdıye
  • Qısa boylu qadınlar necə geyinməlidir?

    Qısa köynəklərdən də istifadə edə bilərsiniz. Don seçərkən dar olmasına diqqət edin.
  • Şahzadə Diananın məşhur donu satılmadı-SƏBƏB/FOTO

    Onun modası keçib ona görə
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!