Bakıda hava 19°
USD AZN
EUR AZN

Leonardo da Vinçinin "Gizli axşam yeməyi" əsərinin sirri açıldı

Leonardo da Vinçinin "Gizli axşam yeməyi" əsərinin sirri açıldı


İtaliyalı tədqiqatçı Sabrina Sfortsa Qalitsiya rəssam Leonardo Da Vinçinin "Gizli axşam yeməyi" adlı əsərinin gizli mənasını açmağa müvəffəq olduğunu bildirib.

Qadin.Net report-a istinadən xəbər verir ki, göstərilən "Da Vinçi kodu"nun Den Braunun məşhur romanı ilə qətiyyən əlaqəsi yoxdur.

Vatikan tarixi üzrə ixtisaslaşan Sabrina Sfortsa Qalitsiyanın fikrincə, dahi Leonardo öz "Gizli axşam yeməyi" rəsmində dünyanın sonu barədə mesaj verib.

Mütəxəssis riyazi-astroloji şifrələrə, kətan üzərində çəkilmiş əsərin rəmzliyinə - günün 24 saatını təqdim etmək üçün istifadə olunan Latın əlifbasının 24 hərfinə, həmçinin müəllifin 3 rəqəminə - 3 pəncərə, 3 apostol qrupu və s.-ə eyham etməsinə diqqət yetirdikdən sonra bu qərara gəlib.

Alim araşdırma nəticəsində dünyanın sonunu bildirən tarixi müəyyən edib - 21 mart 4006-cı il. Həmin gün qiyamət qopacaq və noyabrın 1-nə qədər davam edəcək. Öncəgörməyə əsasən, bəşəriyyət həmin dövr ərzində məhv olacaq.

Səslərin sayı: 0
0
204
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )