Qadin.Net Milli.Az -a istinadən yazını təqdim edir.
Müasir dövrdə peşələr arasında gender bərabərsizliyi daha da dərinləşməkdədir. Məsələn, bank sektorunda çalışan qadınların sayı kişilərlə nisbətdə xeyli azdır. Təhsil sahəsində isə vəziyyət bir qədər fərqlidir. Son illər ərzində pedaqoji sahəyə meyllənən kişilərin sayı xeyli azalıb. Bəs görəsən bunun əsas səbəbi nədir? Problemi necə həll etmək olar?
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyir ki, son illər ərzində təhsil sahəsində kişi müəllimlərin sayı xeyli azalıb: "Bununla bağlı müxtəlif işlər görülür. Görülən işlər artıq yavaş-yavaş öz nəticəsini verməkdədir. Müəllimlərin işə qəbulu obyektivlik və şəffaflıq əsasında aparılır. Məzunlar artıq yavaş-yavaş pedaqoji sahəyə cəlb olunur. Əvvəlki illərə nisbətən son 3-4 il ərzində bu sahədə aktivlik müşahidə olunur. Amma ümumilikdə məktəbdə kişi müəllimlərin sayı xeyli azdır. Elə məktəblər var ki, 150 nəfərlik kollektivdə cəmi 3 nəfər kişi müəllim çalışır. Təəssüf ki, belə məktəblərin sayı çoxdur. Orta məktəblərdə dərs deyən müəllimlərin böyük əksəriyyəti qadınlardır. Bunun səbəbləri isə müxtəlifdir. Əsas məsələ əmək haqlarının az olmasıdır. Müəllimlərin aldığı əmək haqqı ilə ailə dolandırmaq çox çətin məsələdir. Kişi müəllimlərin əksəriyyəti fərqli sahələrdə çalışırlar. Belə nümunələrin sayı həddən artıq çoxdur. Kişi müəllimlər taksi sürücüsü, fəhlə və xidmət sektorlarına meyllənirlər. Bu isə öz növbəsində təlim-tərbiyə məsələsinə ciddi şəkildə təsir göstərir. Kişilərin nüfuzu və təsir gücü qadınlara nisbətən daha çoxdur. Heç kim bunu inkar edə bilməz. Kişi müəllimlərin sayının az olması təlim-tərbiyə məsələsində uşaqların psixologiyasına da ciddi təsir göstərir. Uşaqların və gənclərin şəxsiyyət kimi formalaşmasında kişi müəllimlərin rolu danılmazdır. Sevindirici haldır ki, bu tendensiya artıq dəyişməyə doğru gedir. Məzunlarımızın qazandıqları nəticədən asılı olaraq təhsil sahəsinə meyllənməsinin şahidi oluruq".
Sosioloq Lalə Mehralı söylədi ki, müəllim olmaq istəyən məzunların sayı azdır: "Biz məktəbdə oxuyarkən 4 fəndən dərs deyən müəllimimiz kişi idi. Həmçinin hərbi hazırlıq və idman müəllimləri də kişilər olurdu. İni isə məktəblərdə kişi müəllimlər yox dərəcəsindədir. Hətta dəfələrlə idman dərslərinin də qadın müəllimlər tərəfindən tədris edildiyinin şahidi olmuşuq. Qadın müəllimlərin dərsləri tədris etməsi oğlan uşaqlarının psixologiyasına ciddi təsir edir. İndi atalar uşaqlarına daha az vaxt ayırır. Dolayısı ilə oğlan uşaqları məktəblərdə müəllimlərin yanında daha çox olur. Ona görə də gün ərzində ən azı iki fənn kişi müəllimlər tərəfindən tədris edilməlidir. Qadın müəllimlərin çoxluğu oğlan uşaqlarının xarakterinə təsirsiz ötüşmür. İndi oğlan uşaqlarının çoxu qızlar kimi davranır. Oğlanlarda kişi xarakteri formalaşmır. Bu onların danışıq tərzindən tutmuş, jestlərinə qədər özünü göstərir. Çünki uşaqların xarakteri məktəblərdə formalaşır. Aydın məsələdir ki, uşaqların tərbiyəsində müəllimlərin təsiri valideynlərdən daha çox olur. Çünki uşaq valideyndən çox müəllimi görür. Ona görə də pedaqoji sahədə kişi müəllimlərinin sayının artırılması vacibdir. Kişi müəllimlərin sayının az olma səbəbi kimi əməkhaqqının aşağı olması göstərilir. Amma indi müəllimlərin əksəriyyəti öz gəlirini əsasən repetitorluqdan qazanır. Məsələ burasındadır ki, gənclərin müəllim olmağa meyli aşağıdır. İndi oğlan uşaqları adətən informasiya-texnologiya sahəsinə meyllənirlər. Müəllim olmaq istəyən şagirdlərin sayı çox azdır. Halbuki əvvəllər uşaqlardan böyüyəndə nə olmaq istədiyini soruşanda, əksəriyyətinin cavabı müəllim olurdu. Əməkhaqqı səbəblərdən sadəcə biridir. Problemin həlli kimi imtiyazlar yaradıla bilər. Kişi müəllimlər daha çox dərs saatı ilə təmin olunsa və imtiyazları olsa, müəllim işləməyə maraq artar".
Psixoloq Həsən Hüseynov qeyd edir ki, məktəb uşağın istər intellektual, istərsə də psixoloji inkişafına təsir edən əsas faktorlardan biridir: "Uşaqlarda təxminən 3 yaşlarında "mən" formalaşmağa başlayır və uşaq öz cinsiyyətinin fərqinə varmağa başlayır. Cinsiyyətinin xüsusiyyətlərini isə ətrafı müşahidə edərək öyrənir. Kişi müəllimlərin əksikliyi istər-istəməz müəyyən fəsadlara səbəb olur. Nəzərə almaq lazımdır ki, şagirdlər günün böyük bir hissəsini məktəbdə keçirirlər. Kişi müəllimlərin azlıq təşkil etməsi bu mənada xoşagəlməz bir haldır. Məktəb özü də bir cəmiyyətdir. Elə ailələr var ki, ata ilə ana yarılıb. Belə uşaqlar xeyli əziyyət çəkir. Çünki onların rol modeli olmur. Kişi müəllimlərin çatışmazlığı onların psxiologiyasına ciddi təsir göstərir. Həyatdakı ən vacib şeylərdən biri də hər bir mövzuda balansı qoruya bilmək və qorumaqdır. Bu mənada "kişi, yoxsa qadın müəllimlərin çoxluq təşkil etməsi yaxşı olar?" kimi bir qarşılaşdırma doğru olmazdı, mümkün qədər eyni və ya yaxın sayı təmin etmək lazımdır".
XƏBƏR LENTİ
ABŞ Marsa astronavt göndərəcək
Göz altı torbaları
Lavrov: İrəvanda "rəngli inqilab" baş verir
Uşaqlarına dərs vermək üçün 90 kiloqram arıqladı
Uşaqlarla əylənək
Türkiyəli aktyorlardan ŞAD XƏBƏR – FOTO
Ərdoğan: Ermənistan silahlı qüvvələri Qarabağı dərhal tərk etməlidir
Dəri baxımı üçün tövsiyələr
Doğumdan sonra idmana başlamaq üçün tövsiyələr
Sevgilisinə 50 min dollarlıq sırğa bağışladı
Azərbaycan ordusu Bərdənin qisasını aldı - VİDEO
Arıqlamaq üçün orijinal üsul
Yulaflı səhər yeməyi (foto-resept)
Dəbli geyimlər - 2-ci hissə
Diqqətli olun: sığorta fırıldaqçıları peyda olub
Sevənlərin davranış mədəniyyəti
Azərbaycanda 16 yaşadək ana olanların sayı artıb
Azərbaycan neftinin qiyməti dəyişdi
Xərc olmasın deyə toy eləmədi-Gəlinliyi isə-ŞOK QİYMƏT
Şəkili ustadan Bakı-2015 simvolu
Tramp 2 milyon dollar cərimələndi-SƏBƏB
Körpələrə hörgü öyrənək
Bura 40 ildir kimsə buraxılmır
İyun ayının qeyri-iş günləri açıqlandı
Dəbli ətəklər
Uşaqlarda dizenteriya xəstəliyi
Ərdoğan: “Türkiyə Bakı-Tbilisi-Qars layihəsi ilə Londondan Çinə dəmir yolu bağlantısı qurub”
Düzgün gəzmə və qaçmanın əsas məqamları
İlham Əliyev: “Ermənistanın pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir”
Günün ulduz falı
Tıxaclara SMS çarə
1 sentlik pul 2 milyon dollara satıldı
Həm atadır, həm də ana -FOTO
Çində yeni göydələn
Ermənilər Xankəndidən kütləvi qaçırlar – VİDEO
Hamiləlik dövründə əsəb
Murad Boz: "Səninlə qürür duyuram"
Prezident və Birinci vitse-prezident işğaldan azad edilmiş Füzuli və Cəbrayılda olublar
Çobanyastığının qadını gözəlləşdirən xüsusiyyətləri
Şeron Stoundan yeni müsahibə
Premenstrual sindromun qara zirə ilə müalicəsi
Türkəçarə dəhşəti: balzam gicgahını deşdi - FOTO
Adi köynəklə tərz sahibi olmaq üçün...
"Whatsapp"da möhtəşəm YENİLİK!
Erkən klimaksın göstəriciləri
İlham Əliyev xalqı təbrik etdi
iPhone çexoluna milyon dollar?
Tovuzda xəzinə tapıldı
Orucun uzunömürlülüyə ŞOK TƏSİRİ
"Rafizi" sözü kimlərə deyilir?
- ŞƏRHLƏR