Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN

Xaşxaşlı mini tort (foto resept)


Tərkibi:
1 stəkan xaşxaş
4 yumurta
1 stəkan qatıq
1 stəkan şəkər tozu
1 stəkan un
Vanil
2 çay qaşığı qabartma tozu 

Krem üçün:
200 qram yağ
1 banka qatılaşdırılmış süd

Hazırlanması:
İlk öncə yumurta və xaşxaş yaxşıca çalınır.
 
 
 
Sonra üzərinə şəkər tozu əlavə edib mikserlə ağarana kimi çalırıq. 


Daha sonra üzərinə qatıq əlavə edib çalırıq.
 

Ən sonda qabartma tozunu unla qarışdırıb qarışığın üzərinə töküb çalırıq və yağlanmış listə töküb 180 dərəcədə öncədən isidilmiş sobada 10-15 dəqiqə bişiririk.
 
 
Soyuquqdan sonra stəkanın köməyilə yumru şəkildə kəsirik.

 
Kəsdiyimiz yumrunun hər tərəfini kremləyirik.


 
Kremlədikdən sonra yenə üzərinə bir lay da qoyub kremləyirik.


Kəsdikdən sonra biskvitin yerdə qalan hissələrini xırdalayırıq.
 
 
Və kremlənmiş mini tortumuzun hər tərəfinə səpirik.

.

Budur, xaşxaşlı mini tortumuz hazırdır.


Nuş olsun!

 

Səslərin sayı: 58
240
20081
loading...
Şərhlər
Offline
Xanim_Xatun
O gun bundan ahzirladim.çox bəyəndim.çox dadlıdı.
12 mart 2015 13:35
Offline
Pərvanə
Ela gorunur mende edirem ama men uzerine sepilen qaliqlari birazda qizardip toz halina getirirem kakao qatib ovuram superalinir

Birdə bişirəndə iz dediyiniz kimi edərəm.
22 fevral 2015 02:29
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
aydan eliyeva
Beh beh cox dadli gorsenir
18 may 2014 20:11
Offline
QARA QIZ
Ela gorunur mende edirem ama men uzerine sepilen qaliqlari birazda qizardip toz halina getirirem kakao qatib ovuram superalinir
7 aprel 2014 00:00
Offline
toma676
Xas xas narkotik deyilmi?
20 mart 2014 00:08
Offline
Rzayeva Guler
Mende edirem. Bunlardan ancaq xas xassiz edirem cox Dadli olur
6 sentyabr 2013 18:16
Offline
mehebbet sixaliyeva
Maraqlı reseptə görə sağ olun.Əlinizə sağlıq.
17 avqust 2013 21:23
Offline
Fidan
ay nə gözəldi,Pərvanə xanım əllərinizə sağlıq
17 avqust 2013 21:19
Offline
Seriyye Xelilova
xaşxaş beyni qurudur onu başqa şeylə əvəz edib bişirilməsi dah yaxşi olar
20 iyul 2013 03:05
Offline
FaToS
Kirpi pirojnasina oxwardi dance ellerine sagliq,,asant retsepdi
5 iyun 2013 09:56
Offline
Melahet
tesekkur ellernize saglik
18 mart 2013 14:14
Offline
naile babaeva
axsaminiz xeyir cox maraqlidir bisirib dadina baxariq girl_cray
27 fevral 2013 00:14
Offline
DENIZ
maraqlı reseptdi elinize saqlıq
25 fevral 2013 01:35
Offline
xalilova munavvar
superdir adam yemak istdayir lap indica nyam
14 fevral 2013 14:47
Offline
Naile Ehmedli
bu resepti birinci defedi ki esidirem
28 yanvar 2013 11:21
Offline
.....
xas-xasla wirniyyati ilk defdir ki,ewidirem...yene kuncut olsaydi he ola bilerdi.nese mene catmadi bu wirniyyat
14 noyabr 2012 21:09
Offline
LEQENDA.
MAN BUNU ADI BISKVITDAN EDIREM.BUNUN KIMI KASIRAM USTUNU KREMLEYIB OVUNTU TOKUREM.ELA ALINIR.BU DA QEWENG ALINIB COX COX TEWEKKURLER.
14 noyabr 2012 21:01
Offline
E.XEYALE
AAAYYYYYYY COOOOX BEYENDIM,ELLERINIZE SAGLIQ,COX DADLI GORSENIR,ATDIM SECILMIWLERE,VAXT OLANDA HAZIRLAYACAM,RESEPT UCUN TEWEKKURLER!
14 noyabr 2012 20:48
Offline
Seva_E
dadi gorunur ellerinize salik
4 noyabr 2012 23:48
Offline
K.G.C
coooooox beyendiiiim smile
14 oktyabr 2012 00:34
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )