Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
16 dekabr 19:00Xəyalə Murad Dekabrın 1-dən ev bəzəmək tez deyil?) 16 dekabr 18:45Feride Siz hele indi beziyirsiz? Men ayin 1nen bezemisem e 16 dekabr 12:17Sima tenbel peri hemiseki kimi bayram gunu bezeyecek))
39573

HAVA necə olacaq?

HAVA necə olacaq?


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında dekabrın 7-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, gecə və səhər ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 7-8-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsməsi bəzi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti narahatlıq hissi yarada bilər.

Səslərin sayı: 0
0
31
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!