Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
16 dekabr 19:00Xəyalə Murad Dekabrın 1-dən ev bəzəmək tez deyil?) 16 dekabr 18:45Feride Siz hele indi beziyirsiz? Men ayin 1nen bezemisem e
39573

Bacarmadıqlarım...

 

Bacarmadıqlarım...



 

Siyasət güclü elmdir. Xoşbəxtlikdən, (bəlkə də, bədbəxtlikdən) beyinim bu elmi dərk edə biləcək dərəcədə inkişaf etməyib. Bu sahəyə qəlbimdə sevgi, beynimdə də maraq oyada bilmirəm. Biclik etməyi bacarmayandan sonra çətin ki, siyasəti anlayım.

“Siyasətin hər cür forması var. Ziyalılar üçün elm şəklində (politologiya) qəbul olunursa da, savadsız kütlə arasında bunun adı hiyləgərlik, biclikdir. Fauna aləmini də nəzərə alsaq bir adı da tülkülükdür.

Dövlətlər arasında da, cəmiyyətdə də siyasətin yeri var. Ailə, qohum arasında isə bunun mövcudluğu çox iyrəncdir. Evlənərkən imkanlı qız axtarmaq, şöhrətli ailə ilə qohum olmaq istəyi adamın mədəsini yox ey, ürəyini, hislərini bulandırır. Təbii ki, belə ailələrdə məhəbbətdən söhbət gedə bilməz.

 

Bacarmadıqlarım...



 

İmkanlı ailədən gəlin gətirilən qıza evdə hər kəs xüsusi hörmətlə yanaşır. Çünki bu qohumluq “siyasi maraqlar” üzərində qurulub. Bunu zəmanənin boynuna atmayaq. Tarixdə də nikah diplomatiyası olub. Bu məqamın əksi olan vəziyyət də mövcuddur ki, bu da gəlinin qohumlarında hər hansı bir nöqsanın, çatışmazlığın olmasıdır. Belə gəlinin də günü xoş keçmir, ona hörmətlə yanaşmır, qohumunun nöqsanları üzündən tez-tez alçaldırlar. Bizdə bütün nəsil bir- birinə cavabdehdir. Babanın vaxtilə etdiyi səhv “yeddi arxa dönənədək” törəmələrinə eyib sayılır. Və yaxud da ulu baban yaxşı kişi olubsa ölənəcən onun adı çəkiləndə sinəni qabağa verirsən. (Bir tanış vardı, özünün nə qədər ədəbsiz hərəkətləri vardısa vecinə almırdı, cəmiyyətdəki gülünc mövqeyi eyninə gəlmirdi, atasının sovet dönəmində xaricdə dincəldiyi sanatoriyaların adlarını sadalaya-sadalaya öldü. Cırıq-sökük pencəyinə rişxəndlə baxan olanda atasının bahalı kostuyumlarından danışırdı.) Gəlin də var ki, qüsurlarını nəslindəki mötəbər adamların varlığı ilə ört-basdır etməyə çalışır. Yenə yadıma bir qadının sözü düşdü. Məqamı gələndə gərək belə şeyləri misal çəkəsən, onda söhbətin dərinliyinə getmək olur. Təbiəti havayıdan “zanit”, (zəbt və yaxud məşğul deyəndə çoxu başa düşmür) edən bir tayfa var. Bu tayfadan vur-tut bircə nəfər normal insan yetişib, şeirləri ilə məşhurlaşıb. Digər nümayəndələri oksigen israfçılarıdır. O israfçılardan biri- məhkəmədə kürəkənindən qızı üçün ev, aliment və s. tələb edərkən qəribə bir söz demişdi- “Mənim nəslimdən filankəs çıxıb, bəs sənin nəslində kim var?” Bu şüurda olan adama nə ad verəsən. C. Məmmədquluzadənin o məşhur hekayəsini xatırladım.“Zırrama”

 

Deyirəm, siyasətə qoşulmamaq özü də bir siyasətdir. Hə, də siyasətçiləri özümə güldürmək nəyimə lazımdır. Onsuz da "Dəyirman bildiyini üyüdür, çax-çax niyə başını ağrıtsın” Elə bilirsiniz sadə insanların arasında öz “siyasi oyunlar”ını çıxaranlar azdır? Belələrinin qurbanına çevrilənlər yoxdur? Burdakı “siyasətçilərlə” dil tapa bilsək “yuxarıdakılarla” dolanmaq asan olacaq. Eləsi var ki, vallah düz-əməlli təhsil alsaydı bir “kreslo” yiyələnsəydi, “iki ölünü bir dərədə qoymaz”, məmurlara rəhmət oxudardı. Allah bizə necə rəhm eləyibsə ziyanın yarısından qayıtmışıq. Ya xoşbəxtlikdən ya da bədbəxtlikdən bu fani dünyada bir neçə sifətim də olmadı ki, növbəylə işlədəm. Çox fərasətsizəm. Vallah düz sözümdür. Bu hiyləgər cəmiyyətdə baş çıxara bilmirəm.

Pərvanə Bayramqızı

Səslərin sayı: 1
2
167
Digər yazılar
Şərhlər
Offline
Xəyalə Murad
Hər ailədə siyasi maraqlar güdən olur. Bu məqaləniz həqiqətlə doludur. Danmaq olmaz. Tarix boyu bizimlə gələn adətdir. Təəssüf ki, əksər ailələrdə insanlara onun necə biri olduğu üçün yox, kimin nəçisi olduğu üçün dəyər verənlər var.
24 noyabr 2018 15:17
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
PERI
İmkanlı ailədən gəlin gətirilən qıza evdə hər kəs xüsusi hörmətlə yanaşır. Çünki bu qohumluq “siyasi maraqlar” üzərində qurulub. Bunu zəmanənin boynuna atmayaq.
24 noyabr 2018 13:34
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )