Bakıda hava 20°
USD AZN
EUR AZN
10:41aysel hesenli Sizinlə bahəm 08:38Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər! 08:38Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinii salamlayırıq!
41080

İlhamiyyə Rza

 

Telejurnalistikada müəllif proqramlarının  mövcudluğu və inkişafı söz azadlığı və demokratik mühitin formalaşmasına bağlı olduğundan, cəmiyyətimizdə ulduzlaşmış müəllif-aparıcılar, ciddi təhlilçilər azdır və o azlardan biri də İlhamiyyə Rzadır.

İlhamiyyə Rza telejurnalistika fəaliyyətinə AzTV-də başlamışdır. İxtisasca jurnalist-filoloqdur. 1991-1993-cü illərdə AzTV-də  xəbərlər departamentinin reportyoru, 1994-1995-ci illərdə Türkiyə üçün Azərbaycan haqda həftəlik proqramın aparıcısı, 1996-1997-ci illərdə AzTV-də "Telefaks" xəbər proqramının şərhçisi, müxtəlif səhər proqramlarının aparıcısı kimi  fəaliyyət göstərmişdir. Dövlət televiziyasında “ Sabah ” Yaradıcılıq Birliyinin ədəbi hissə müdiri işlədiyi illərdə televiziya tamaşalarının redaktoru olmuşdur.  

2001-2002-ci  illərdə  “ Lider” TV-də  “Səhər” proqramının  baş redaktoru, Britaniya televiktorinasının Azərbaycan versiyası üzrə  “Milyonçu ”nun, “ ABA” kanalında gündəlik verilişin aparıcısı ,“ Space”də departament rəhbəri olaraq çalışmışdır. Eyni zamanda TV fəaliyyəti dövründə mətbuatda mütəmadi yazılarla çıxış etmişdir.  

2002-2006-cı illərdə   “Space ” telekanalında müəllif proqramının  rəhbəri və aparıcısı olmuşdur. Onun “Gecə kanalı ” adlı verilişi  geniş  tamaşaçı  kütləsi arasında populyarlıq qazanmış, eyni zamanda xalqın intellektual kəsiminin diqqətini cəlb etmişdir. Lakin bu layihənin ömrü cəmi dörd il davam etmişdir. Bu müddət ərzində o, yeni mövzular üzərində işləmiş , onları tam araşdırmışdır.

Müəllif proqramı Azərbaycan televiziya məkanının ən zəif inkişaf etmiş sahəsidir. Məlum olduğu kimi, Sovet dövründə bu sahə üzrə heç bir irəliləyiş olmamış , müstəqillik illərinin hazırki dönəmlərində isə söz azadlığı məhdudlaşdırıldığından mətbuat, xüsusilə elektron KİV bu baxımdan ağır təzyiqlərlə üz-üzə qalmışdır.

İlhamiyyə Rza da belə antidemokrat təzyiqlərlə rastlaşmış və öz  “Gecə kanalı ”nı bir çox digər müəlliflər kimi bağlamalı olmuşdur. Lakin televiziya məkanında öz yeri olan, fikir səviyyəsi ilə sevilən İlhamiyyə Rza yazarlıq fəaliyyətini bir an belə dayandırmamış, ictimai-sosial-mənəvi problemlərin cəsarətli sözçüsü olmuşdur. Bundan sonra İlhamiyyə Rza fəaliyyətini   “Gündəlik Azərbaycan” qəzetində davam etdirmiş, həmin qəzet zorakı yollarla dayandırılana kimi orada çalışmışdır.

 

İlhamiyyə Rza 2003-cü ildə telejurnalistika fəaliyyətinə görə  “ Həsən bəy Zərdabi adına mükafat” almışdır.

O, həyat yoldaşı yazıçı Həmid Herisçi ilə birgə “Gecə kanalı”  kitabının müəllifidir. Bu kitabda həm də teletənqid silsiləsindən məqalələri dərc olunmuşdur.

İlhamiyyə Rza dövri mətbuatda ardıcıl olaraq çıxış edir. Müxtəlif beynəlxalq proqramların iştirakçısıdır. Təxminən bir il müddətində İREX-in regional layihəsi çərçivəsində regional TV-lərlə işləmiş,  “Kəsişmə nöqtəsi ” adlı birgə həftəlik veriliş hazırlamışdır. Hazırda Treninq şirkətində ekspert məsləhətçisi qismində fəaliyyət göstərən İlhamiyyə xanımın şəxsi keyfiyyətləri, istedadı və peşəkarlığı , onun gələcəkdə daha böyük işlər görəcəyini deməyə əsas verir. 
Səslərin sayı: 18
77
13689
loading...
Şərhlər
Offline
Mələksima
Cox sevilen secilen xanimdir.
25 iyun 2015 17:50
Offline
Aysel İ.
İlhamiyyə Rza 2003-cü ildə telejurnalistika fəaliyyətinə görə “ Həsən bəy Zərdabi adına mükafat” almışdır. give_ros
23 fevral 2015 08:41
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
S.S.E.
Cox sevilen secilen xanimdir.
5 fevral 2015 12:19
Offline
Xanim_Xatun
Bir zamanlar tvdə çox gorsənirdi.İndi isə yxodu efirlərdə..
Fealiyyet sahesi bir kenarda, eyni zamanda gozel xanim ve gozel insandir
27 yanvar 2015 10:51
Offline
Nuray Huseynova
Cox sevilen secilen xanimdir.
15 noyabr 2013 16:52
Offline
PƏRVANƏ ƏLİYEVA......
He bu xanimi taniyiram.bir cox kanallarda ishledi.Indi gorunmur axi.Yoldashida jurnalistdi.Teshakkurler melumata gore.
11 noyabr 2013 21:13
Offline
Sirli_dunyam
bu xanimi taniyirdim ammma nedese gorunmur eride mawAllah olsunazerbaycanda o quyu qalmadiki ora girmesin verliwin sayesinde biggrin
11 noyabr 2013 21:08
Offline
aqressiv
tanimiram tesekkur
9 may 2013 17:02
Offline
Sevda-Nur
İlhamiyye xanimi efirden taniyiram ve cox hörmet etdiyim xanim aparicilardan biridir..Her zaman verilişlerinde toxundugu mövzular öz aktualligi ile insanlarin maragini ve diqqettini celb etmişdir.Eminem ki bu xanim bacarigli telejurnalist öz peşesini seven aparici oldugu kimi de gözel ana ve layiqli heyat yoldaşidir...
İlhamiyye xanima uzun ömür can sagligi..qadin xoşbextliyi..yaradicilig ugurlari ve daim ezizleriyle bir yerde olmagi arzu edirem...AMİN.
Qelenimiz her zaman keserli olsun İlhamiyye xanim...
10 yanvar 2013 22:49
Offline
♥Çalıkuşu ♥
maraqlı oldu jurnalisti tanısamda haqqında bilmirdim çox sağolun
8 yanvar 2013 19:51
Offline
Sumeyya Ummu Ali
xosum gelir bu xanimdan
31 dekabr 2012 17:21
Offline
Serras
tesekkkurler xebere gore,acigi tanimirdim tanidim
24 dekabr 2012 15:43
Offline
Nuray Huseynova
Allahdan size her iwinizde ugurlar arzulayiram Ilhamiyye xanim.
24 dekabr 2012 15:41
Offline
Aysel İ.
Sözü dəqiq qərəzsiz,açöq deyən bir xanımdır.Ailəsinə özünə can saglıgı arzu edirəm.
8 dekabr 2012 13:49
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
ReVuŞ
Xanimin uzunnen is guzarlig yagir)))
23 noyabr 2012 04:43
Offline
Yağmur damlası
he bundan menim de xowum gelirdi.indi hardadi bes?
14 noyabr 2012 20:19
Offline
Nigar
tewekkurler
18 oktyabr 2012 22:11
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Tər Naz Elm Nur
TEWEKKUR EDIREM
18 oktyabr 2012 22:08
Offline
♥Röya♥
XOSUM GELIR COX DURUST QADINA OXSAYIR TSKKK
7 iyul 2012 13:21
Offline
Aydan
he bu qadini görmüsem efirde,ancaq diyesen daha cixmir efire
17 aprel 2012 00:15
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )