Bakıda hava
USD AZN
EUR AZN
22 noyabr 16:04Xəyalə Murad Şükür, Fəridə xanım. Mən yaxşıyam. Xoş gəlmisiz
41140

Əfsanə olmuş sevgililər

 

 

1. Romeo və Culyetta

Uilyam Şekspirin qəhrəmanları Romeo və Culyetta dünyanın ən məşhur aşiqləridir. Düşmən ailənin övladları olan gənclər ilk görüşdə bir-birilərini sevib hər şeyi gözə alaraq evləniblər. Vaxtsız ölümləri iki düşmən ailəni bir araya gətirən yeganə hadisə olub.

 

Əfsanə olmuş sevgililər

 


2. Kleopatra və Mark Antoni

Bu gənclərin sevgisi bir zamanların ən təsirli sevgisi olub. İki tarixi şəxsiyyətin sevgisi sonradan Şekspir tərəfindən dram şəklində qələmə alınaraq bir çox yerdə səhnələşdirilmişdi. İlk görüşdə bir-birinə aşiq olan bu iki gəncin sevgisi ölkələri Misiri güclü hala gətirir. Bu gücdən qorxan Roma Misirə qarşı döyüşə başlayıb. Döyüş zamanı xanımı Kleopatranın ölməsi ilə bağlı yalan xəbəri eşidən Mark qılıncı ilə özünü öldürüb. Markın ölümünü eşidən Kleopatra isə özünə qəsd edib.

 

Əfsanə olmuş sevgililər

 


3. Lancelot və Quinevere

Kral Arturun xanımı Quinevere sevgilisi Lancelotun sevgisinə qarşılıq vermişdi. Kral Artur yaşanan bu sevgidən xəbərdar olur. Lancelot Quinevereni qoyaraq qaçır. Bir neçə gün sonra sevgilisinin yandırılacağını eşidib onu xilas etmək üçün geri dönür. Bu hadisə Arturun krallığını sarsıdır.

 

Əfsanə olmuş sevgililər

 


4.Tristan və İzolda

Kral Arturun dövründə yaşanan digər sevgi isə Tristan və İzolda sevgisidir. İrlandiya kralının qızı İzolda Kral Markla nişanında, nişanlısı ilə birgə gələn qohumu Tristana aşiq olur. Kral Mark İzolda ilə evləndikdən sonra xanımı və qardaşı oğlu arasında yaşanan gizli sevgidən xəbər tutur, cəza olaraq Tristanı başqa yerə göndərir. Orada evlənən Tristan İzoldanı unuda bilməyib xəstə yatağına düşür. İzoldaya məktub yazaraq onu yanına çağırır. Tristanın xanımı İzoldanın gəlməyəcəyi ilə bağlı ona yalan deyir. Nəticədə Tristan kədərdən vəfat edir. İzolda da bu kədərə dözməyib ölür.

 

Əfsanə olmuş sevgililər

 


5. Paris və Helena

Bütün ədəbiyyatda Sparta kralı Melanusun həyat yoldaşı Troyalı Helena ən gözəl qadın kimi qəbul edilir. Troya kralı Priamın oğlu Paris Helenaya aşiq olub onu Troyaya qaçırır. Nəticədə Spartalılar Troyaya hücum edərək oranı yerlə bir edirlər. Helena geri gətirilərək həyat yoldaşı ilə xoşbəxt həyat yaşamağa davam edər.

 

Əfsanə olmuş sevgililər

 


6. Napoleon və Jozefina

26 yaşlı Napoleon evləndikdən sonra Jozefinaya qarşı eşq duyub. Varlı bir ailədən çıxan Jozefina özündən yaşca balaca Napoleonun hisslərinə qarşılıq verib. Ancaq hər iki tərəf də zina etmək istəmədiyi üçün sevgilərini ürəklərində gizlətməli olublar. Napoleon sonunda böyük sevgisindən bir varisi olmayacağını başa düşüb, üzülərək yollarını ayırıblar.

Əfsanə olmuş sevgililər


7. Paolo və Françeska

Bu sevgi Dantenin "İlahi komediya" əsəri ilə məşhur oldu. Françeska pis qəlbli biri ilə evlidir, ancaq sevdiyi adam həyat yoldaşının qardaşı Paolodur. Onların sevgisi bərabər oxuduqları kitab ilə getdikcə böyüyür. Nəticədə hər iki aşiq Glanciotto tərəfindən öldürülür.

Əfsanə olmuş sevgililər

 

8. Skarlet O'Hara və Ret Butler

«Külək kimi keçdi» sevgi ədəbiyyatının ölümsüz əsərlərindən biridir. Marqaret Mitçelin əsərində Skarlet və Ret arasındakı sevgi və nifrət əsas mövzudu. Hamı ilə sevgi yaşayan Skarlet sonda Reti seçir, ancaq artıq iş işdən keçmiş olur. Etdiyi hərəkətlər bir zamanlar onu dəli kimi sevən Retini ondan çoxdan uzaqlaşdırmışdı.

Əfsanə olmuş sevgililər


9. Ceyn Ayr və Eduard Roçestr

Ceyn hər zaman pis rəftar görən yetimdir. Varlı və dələduz Roçestrə dayəlik edir. Aralarındakı imkansız sevgi günü-gündən böyüyür. Tam evlənəcəkləri gün Roçesterin artıq evli olduğunu bilən Ceyn şəhəri tərk edir. Güclü yanğın zamanı Eduard həyat yoldaşınl və gözlərini itirər. Bundan xəbər tutan Ceyn geri gələrək, kor olmuş sevgilisi ilə bir ömürboyu xoşbəxt həyat yaşamağa davam edər.

Əfsanə olmuş sevgililər


10. Piramis və Thisbe

Bu sevgi o qədər ağılsız bir sevgi idi ki, hətta ölümə belə birgə gedəcəklərini bilirdilər. Qonşu olan bu iki gənc böyüdükcə bir-birini daha çox sevir. Ailələri razı olmadığı üçün uzaqda bir ağacın altında görüşməyə qərar verirlər. Görüşə tez gedən Piramis ağzı qanlı vəhşi bir pələnglə qarşılaşır. Qaçarkən dəsmalını yerə salır. Görüş yerinə gələn Thisbe, sevgilisinin dəsmalını pələngin ağzında görüb öldüyünü düşünür və qılıncla özünü öldürür. Qayaların arxasında gizlənən Piramis sevgilisinin öldüyünü görüb, onun sinəsindəki qılıncı çıxararaq öz sınəsinə batırır.

Əfsanə olmuş sevgililər


11. Elizabet Bennet və Darsi

Ceyn Austenin möhtəşəm əsəri «Qürur və mühakimə»nin iki unudulmaz qəhrəmanı. Darsi aristokrat bir ailədən çıxıb. Elizabet isə orta şəraitdə yaşayan ailənin beş qızından biridir. Fərqli nüfuzlardan olduqları üçün sevgiləri qəbul edilməz olub.


12. Səlim və Anarkalı

Bu sevgi indi də dillərdə dastandır. İmperator Əkbərin oğlu Səlim kasıb ailənin qızı olan Anarkalıya aşiq olur. İmperatorun bu sevgiyə qarşı çıxması ilə oğulla ata arasında müharibə başlayır. Ölümə məhkum edilən Səlimi xilas etməyə çalışan Anarkalı diri-diri basdırılır.


13. Şah Cahan və Mümtaz Banu Begüm

Hindistanda turistlərin daha çox ziyarət etdiyi gözəl yerlərdən olan Tac Mahal bu gözəl sevginin xatirəsidir.

Əfsanə olmuş sevgililər

Səslərin sayı: 0
1
1780
loading...
Şərhlər
Offline
Iceberg
Napalion ve Jozefinanin heyatini arasdirdim, burda yazilanlardan ferqlidir. Meqalem de var hetta saytda. "Qurur ve qerez"in qehremanlari ise en sevimlilerimdir
29 oktyabr 2018 14:41
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )