Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
10:42Xəyalə Murad Novruz bayramınız mübarək! 10:42Xəyalə Murad Süfrəniz ruzi-bərəkətli,eviniz nurlu olsun! 10:41Xəyalə Murad Sabahınız xeyir,Əziz Qadin.Netlilər! 09:38PERI bayeramiz mubarek olsun qizlar 09:31Iceberg Ilaxir cersenbeniz mubarek!
40129

Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO

Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO


“Inteco Management” şirkətinin prezidenti Yelena Baturina Rusiyanın ən varlı qadını olub.

Qadin.Net report-a istinadən xəbər verir ki, o, “Forbes” jurnalının qənaətinə əsasən, Rusiyanın 25 ən varlı insanı reytinqində ilk yeri tutub. Qadının varidatı 1,2 mlrd. ABŞ dolları təşkil edir.

II yeri isə “Wildberries” internet mağazasının baş direktoru Tatyana Bakalçuk tutub. Onun sərvəti isə 600 mln. dollar olaraq qiymətləndirilir. Liderlərin ilk 3-lüyünü investor Yelena Rıbolovleva tamamlayıb. O, bu siyahıya Dmitri Rıbolovlev ilə nikaha son qoyması hesabına düşə bilib. Onun varidatının da 600 mln. dollar olduğu bildirilir.

“S7 Group” şirkətinin Direktor Şurasının sədri və həmsahibi Nataliya Fileva isə 600 mln. dollar sərvətlə 4-cü yeri tutub. “Proqres Kapital” şirkətinin Direktorlar Şurasının üzvü Olqa Belyatseva isə 500 mln. dollar sərvətlə 5-ci olub.

Eyni məbləğdə - 500 mln. dollar sərvətlə 6-cı yeri “Çerkizov Qrup”un yaradıcısı İqor Babayevin həyat yoldaşı Lidiya Mixaylova tutub. 7-ci yerdə isə milyarder Arkadi Rotenberqin qızı Lidiya qərarlaşıb. O da həmçinin 500 mln. dollar kapitala malikdir.

İlk onluğa onlardan başqa 450 mln. dollar varidatla “Novotek” hüquq departamentinin rəhbəri, şirkətin İdarə heyətinin üzvü Tatyana Kuznetsova, 360 mln. dollar kapitalla “Fosaqro” şirkətinin səhm paketinə sahib olan Yevgeniya Quryeva və 350 mln. dollar sərvətə malik “Sodrujestvo” şirkətlər qrupunun həmsahibi Natalya Lutsenko daxil olublar.

Sentyabr ayında “Forbes” Rusiyanın ən varlı ailələrinin reytinqini tərtib edib. İkinci ildir ki, ardıcıl olaraq bu siyahıya Mixail Qutseriyevin ailəsi başçılıq edir. Baxmayaraq ki, bir il ərzində onların sərvəti 9,91 mlrd. dollardan 4,97 mlrd. dollara qədər azalıb.

Bu siyahıda ikinci yerdə Rotenberqlər ailəsi möhkəmlənə biliblər. Onların sərvətlərinin dəyəri 4,85 mlrd. dollar qiymətləndirlir. 3-cü yeri Valentin Qapontsev və onun oğlu Denis tuturlar. Onların ümumi sərvətlərini nəşr 3,14 mlrd. dollar olaraq qiymətləndirib. İlk beşliyə həmçinin 2,48 mlrd. dollar sərvətlə Şaymiyev və 1,7 mlrd. dollar sərvətlə Raximkulov ailələri daxil ediliblər. 

Səslərin sayı: 0
0
100
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış