Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
11:46leylahuseynova Salam gununuz ugurlu olsun 11:19Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun! 16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu?
37972

Normativ hüquqi aktların vahid internet elektron bazası

Hörmətli Qadın.Net-lilər!

Bu xəbər Sizi Azərbaycan Respublikasının normativ hüquqi aktlarının (Konstitusiya, Məcəllələr, qanunlar, fərmanlar və s.) yeganə vahid elektron bazası olan

http://e-qanun.az  saytı ilə tanış edir. Siz bu saytdan istifadə etməklə  internet üzərindən ödənişsiz olaraq bütün normativ hüquqi aktların gündəlik əsasda yenilənmiş mətnini əldə edə biləcəksiniz.

 

 

 

Haqqında. Elektron məlumat bazası Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və normativ xarakterli aktların rəsmi mətnini özündə əks etdirir. Bu internet elektron baza Birləşmiş Ştatların Beynəlxalq İnkişaf üzrə Agentliyi (USAID) və onun icraçısı - Ştat Məhkəmələri üzrə Milli Mərkəz (NCSC Inc.) tərəfindən Azərbaycan hökumətinin əməkdaşlığı ilə 2004-2005-ci illərdə işlənib hazırlamışdır. 2006-cı ilin mart ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sərəncamına verilmişdir. 2009-cu ildə “Green Yapım” MMC tərəfindən saytda və proqram təminatında axtarış sistemi və digər zəruri işlər görülmüşdür.

Əhatə dairəsi. Elektron məlumat bazasında Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edildikdən sonra, yəni 1991-ci ildən başlayaraq bu günə kimi qəbul edilmiş 21.138-dən  yuxarı normativ hüquqi aktlar və normativ xarakterli aktlar (Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, Azərbaycan Respublikası Milli Məclisinin qərarları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları, yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, , Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları, Məhkəmə-Hüquq Şurasının qərarları, Tarif (qiymət) Şurasının qərarları, 17 məcəllə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri (Dağlıq Qarabağ münaqişəsinə dair), İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları yerləşdirilmişdir və bazanın yenilənməsi daim təmin edilir.

Elektron Bazanın Əsas Xüsusiyyətləri:

Axtarış Sistemi. Normativ aktın axtarılmasının 2 üsulu vardır: nadir hallarda istifadə edilmək üçün nəzərdə tutulmuş “Səhifələ” seçimindən istifadə etməklə yeni sənədləri qəbul edildikləri ardıcıllıqla əldə etmək olar. Daha mükəmməl olan və çox istifadə edilən “Axtarış” rejimi seçimi vasitəsilə aktları rahatlıqla tapmaq mümkündür. Belə ki, Axtarış rejimində sənədləri ada, mətnə, qəbul edən orqana, qəbul edildiyi tarixə və s. parametrlərinə görə axtarmaq olar. Məsələn, siz “şəxsiyyət vəsiqəsi”, “istehlakçı”, “vergi”, “rüsum” və s. sizi maraqlandıran sözləri yazmaqla bu məsələləri tənzimləyən normativ hüquqi aktları əldə edə bilərsiz. Nümunə olaraq, “rüsum” sözünü yazdıqda onunla əlaqəli olan sənədlər, o cümlədən “Dövlət rüsumu haqqında” qanun axtarış nəticələrində görünür. Siz bu qanuna baxmaqla, dövlət rüsumunun hansı hallarda tutulduğunu/tutulmadığını və məbləğini bilmiş olacaqsız (Rüsumların məbləği daha çatımlı olması üçün ana səhifədə ayrıca başlıq altında da verilmişdir).

“Yardım” bölməsi. Axtarış seçimlərinə dair daha ətraflı məlumat üçün Elektron bazada hər ekran müvafiq yardım mesajı ilə təmin olunmuşdur. Həmçinin “İzahatlar”, “Məlumat bazası ilə tanışlıq” kimi ümumi əlavə məlumat almaq üçün İstinad Materialları başlığına baxmaq olar.

Kitabxana. Bu bölmədə Ədliyyə nazirliyinin kitabxanasında (1972-ci ildən fəaliyyət göstərir) saxlanan kitabların elektron variantda ümumi siyahısı və axtarışı əks olunub.

Hüquqi terminlər lüğəti. Hüquqi terminlər lüğəti zəruri termini və onun izahını tapmağa, eləcə də bu termini təsvir edən sənədə avtomatik olaraq keçməyə imkan verir.

Elektron Bazanın Əsas Üstünlükləri:

Asan Axtarış Sistemi – qeyd olunduğu kimi, müxtəlif parametrlər üzrə axtarış imkanları sizə istədiyiniz sənədi tapmaq imkanı verir.

Əlaqəli sənədlər bölməsinin olması – axtarış nəticəsində tapdığınız hər bir sənəddə onun qəbul edildiyi tarix, nömrəsi, qəbul edən orqan, qüvvədə olub-olmaması barədə məlumat qeyd olunur. Əsas məqam odur ki, hər bir sənəd üzrə “əlaqəli sənədlər” bölməsi var ki, siz bir sənədi açmaqla, onunla bağlı olan bütün sənədlərə çıxış əldə etmiş olursunuz. Məsələn, hər hansı qanunu açdıqda, siz həm də onun tətbiqi ilə bağlı Prezidentin fərmanını və onun icrası ilə bağlı Nazırlər Kabinetinin qərarlarını görə bilirsiniz.

Konstitusiya və Məcəllərin ayrıca başlıq altında, mündəricatı ilə birlikdə verilməsi – bu ən işlək qanunların ayrıca başlıq altında verilməsi sizə axtarış aparmadan dərhal onları açmaq imkanı verir.

Sənədlərin ən son variantda və rəsmi mətninin olması  - digər axtarış sistemlərində qanunvericilik aktlarının hamısı və tam mətn şəklində yoxdur. Burada isə bütün aktlar həm ilkin şəkil (dərc olunduğu formada), həm mətn formasında var və rəsmi yenilənmiş mətni yerləşdirilib. Məsələn, Mülki Məcəlləyə qəbul olunduğu vaxtdan coxsaylı dəyişikliklər edilib. Elektron baza gündəlik əsasda yeniləndiyindən burada hər bir sənədin son variantda olduğuna və qəbul edildiyi vaxtdan bu yana edilmiş bütün dəyişiklikləri özündə əks etdirdiyinə əmin ola bilərsiniz.

Hörmətli Qadın.Net-lilər!

Normativ hüquqi aktların vahid internet elektron bazası yalnız hüquqşünaslar, tələbələr üçün deyil, geniş ictimaiyyət üşün nəzərdə tutulmuş əvəzsiz qanunvericilik toplusudur. Hüquqlarımızı müdafiə etmək üçün əvvəlcə onların nədən ibarət olduğunu bilməliyik. Ona görə də həyatımızın ayrı-ayrı sahələrini tənzimləyən qanunvericilik sahəsində baza biliklərinə sahib olmaq hər kəs üçün vacibdir. Özümün mütəmadi olaraq istifadə etdiyim bu elektron baza haqqında məlumatı sizinlə paylaşmaqda məqsədim qanunvericiliklə bağlı sizi maraqlandıran sadə suallara rahat, hüquqşünas köməyi olmadan cavab tapmağınızdır. Təbii ki, bu elektron baza hüquqşünas məsləhəti vermir, ya da hüquqşünası əvəz etmir, lakin lazım olan anda çox yaxın köməkçi ola bilir.

Səslərin sayı: 13
37
5956
loading...
Şərhlər
Offline
mehbara
Salam.men 8 ildir ki,evliyem.evlendiyimden beri resmi nıgahım var.3 yasında qızım var.qızım ve heyat yoldaşım qaynatamın adına olan eve prapisqadadırlar.tezelikce ev almışıq amma o da qaynanamın adındadır.meni heç bir eve prapisqaya salmaq istemirler.bir problem yaşansa qızım ve mene bir pay düşür?teşekkur edirem
28 mart 2016 17:32
Offline
Utopya
lazımlı saytdı bəzən bir sənədləşmə və ya qanun, sərəncam verilir tapmaq üçün başqalarına yalvarıb min dənə kitab alıb içində batmaqdansa bura müraciət etməjk rahatdı.
13 mart 2013 17:46
imza: O biri dünyada əbədi eyş-işrətdə yaşamaq ümidi ilə ibadətlə məşğul olanlar az şey verib çox şey alan alverçilərlə oxşardır.
Offline
leylahuseynova
Sağ olun.Ceyhunə bu nə kız yoksa yerinə ikinci hüquqçumu var saitdə wink
1 sentyabr 2011 14:22
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
Bakuji
Sitat: Ceyhune
buyur canim, intehasis olmaz axi..


ay seni!!! lol

unknown,

birinci abzasi oxudunuzsa, besdi ele fellow
29 avqust 2011 15:22
Offline
FEMIDA
Sitat: bakuji
Iltifata gore tesekkur

fellow wink buyur canim, intehasis olmaz axi..
Sitat: bakuji
Mence ve yegin bu layiheye on minlerle pul xercleyen hokumetin fikrince

hokumete ve onun qanunlarina hemise tabeyam.
love optum seni bacis.
29 avqust 2011 14:37
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
moocik
sayt haqda ewitmiwdim,amma daxil olmamiwam.
29 avqust 2011 14:00
Offline
Bakuji
Ceyhune,
Sitat: Ceyhune
Duzdur ilk xeberiviz deyil, amma ilk xeberden sora bu xeber pis deyil.


Iltifata gore tesekkur lol

Sitat: Ceyhune
Men nece ildirki bu sahedeyem, amma hec vaxt hec bir sualla begli o sayta muraciet etmemisam. cetinki, bundan sonrada muraciet edim.


meslehet sahibisiniz.
hercend bu saytdan istifade huquqşunasa baş ucaligi getirer ki, eksine deyil. bir qanunun ilde 3-5 defe deyisdiyi bir yerde iki evvel derc olunan kitabdan onu istifade etmekden, ya da resmi derc orqanini vereqlemekdense, resmi bazadan istifade daha aglabatandi... Mence ve yegin bu layiheye on minlerle pul xercleyen hokumetin fikrince fellow
29 avqust 2011 13:19
Offline
oksana
bu saytdan xeberim yox idi tessekkurler bu gun bunu da oyrendik
29 avqust 2011 13:17
Offline
FEMIDA
Sitat: yekta
aaaa ele bildim, daha dogrusu emin idim ki, Ceyhunenin xeberidi :) tesekkurler xebere gore bakuji :)

Oyrenmek pis deyil. fellow
Bakuji XAnim!
Duzdur ilk xeberiviz deyil, amma ilk xeberden sora bu xeber pis deyil.
Men nece ildirki bu sahedeyem, amma hec vaxt hec bir sualla begli o sayta muraciet etmemisam. cetinki, bundan sonrada muraciet edim.
[right]Təbii ki, bu elektron baza hüquqşünas məsləhəti vermir, ya da hüquqşünası əvəz etmir,
Tamamile doqrudur.
Ugurlar xanim.
29 avqust 2011 11:06
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
unknown
OY COXDU
29 avqust 2011 00:52
Offline
Cevahir
TWK XEBERE GORE CHOXSAGOLUN........
29 avqust 2011 00:10
Offline
1
TESEKKURLER MELUMATLAR UCUN,GIRDIM BAXDIM SAYTA,HEC ESITMEMISDIM
28 avqust 2011 18:21
Offline
aishvarya rai
tesekkurler meluata gore
28 avqust 2011 18:06
Offline
mene lazim idi cox sagolunn
28 avqust 2011 17:46
Offline
SeLiN(Leyla)
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
28 avqust 2011 15:26
Offline
AZS
Teşekkürler xebere göre.
28 avqust 2011 14:50
Offline
Happysim ))
tesekkurler ne yaxsiki bele bir sayt var bizde...bizimle bolusduyunuz ucun cox sag olun....
28 avqust 2011 12:02
Offline
Senem M
Bakuji, request oxumadim sebr catmadi ve mene maraqsiz oldu yenede eziyyet cekmisen de sag ol
28 avqust 2011 11:16
Offline
ayan
oxumadim
28 avqust 2011 10:47
Offline
Iceberg
bakuji,
cox sag ol.tapintisane sen:)))
28 avqust 2011 09:27
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır