Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN

Qəribə sonluq...

 

Qəribə sonluq...


 

Stomatoloqun qapısının ağzında dayanıb oğlumla növbəmizi gözləyirdik. Gərgin idik. İkimiz də eyni canın qayğısını çəkirdik. Oğlum diş həkimindən qorxduğundan onu ovundurmağa çalışırdım. Əlindən tutub zərərli dişdən orqanizminə keçə biləcək bakteriyaların fəsadını izah edirdim ki, dişini çəkdirməkdən qorxmasın. Uşaq vaxtı mənim də dişimin çəkilməsini və bu zaman ağlamamağımı da ona bildirdim. Biz söhbət edərkən yanımızdakı qadın uşağını içəriyə təkcə buraxıb gəlib skamyada əyləşdi. Beş-on dəqiqə sonra içəridən  bağırtı eşidildi. Həyəcanlandım. Canım yandı uşağa. Anasının ağzından çıxan kəlmələr isə məni yerimdəcə dondurdu.

-   Necə qışqırır  küçük, əsəbimə toxunur. Qışqırdığı vaxt ağzının üstünə elə çırpasan çənəsi sına.

 

Qəribə sonluq...

 

Aman Allah! Bu bir qadına məxsus hikkə idi. Hələ ana olmasını bir kənara qoyuram. Mənsə o uşağa yad hesab olunurdum. Ürəyim ağrıdı. Özümü güclə saxlayıb acı söz demədim. Cavabımı əvvəlcədən bildiyimdən valideynlərin işinə qarışmıram. Amma mümkün olsaydı elə oradaca uşağı əlindən alıb özümlə gətirərdim. Uşaqların psixologiyasını korlayanlar belə aqressiv analardır. Nəticə isə çox qəribə oldu. Uşaq içəridən çıxan kimi kövrəlib özünü anasının üstünə atdı.

- Nə bağırırsan ə? Elə bil çapırdılar səni.

Bu da ananın nəvazişi.

 

Qəribə sonluq...



 

Daha bir qəribəliksə oğlumun dişi çəkiləndən sonra baş verdi. Prossesdə ona qayğı göstərməyimə baxmayaraq küçəyə çıxan kimi əlimdən buraxıb mənə acıqlandı.

-  Sən pis anasan. Niyə imkan verdin ki, sənin oğlunu incitsinlər.

Məəttəl qaldım.

-- 

Pərvanə Bayramqızı

Səslərin sayı: 2
2
400
Digər yazılar
Şərhlər
Offline
Sima
qeribe analar var dunyada
16 oktyabr 2018 23:04
Offline
Xəyalə Murad
Hər şeyin çoxu zərərlidir-ifadəsini xatırlatdı. Bu nümünədə sevginin və nəvazişin əksikliyi və bolluğu təqdim olunub.
16 oktyabr 2018 15:00
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )