Bakıda hava
USD AZN
EUR AZN

Vivyen Li

Vivyen Li
 Hollivudun "küləklə sovurduğu məsum aktrisası" Vivyen Li

 

Onun dünyaya gəlişi, həyatı və ölümü simasındakı gözəlliyi kimi o qədər qeyri-adidir ki... Tamaşaçılar onun həyatını qısametrajlı filmə və ya bitməmiş romana bənzədirlər. İnandırıcı olmasa da o, həyatını məhz bu cür yaşayıb... Sonadək diqqətlə oxusanız hər şey maraqlı və təsirli olacaq... 

Vivyen Li

 

Hind gözəlçisi Qertruda Robertson-Yaqci britaniyalı biznesmen Ernest Riçard Xartli ilə ailə qurduqdan sonra iflasa uğramağa başladı. Lakin onları bir araya gətirən və sevindirən bir səbəb vardı. Ernest Gertrudanın ona qız övladı bəxş etməsini istəyirdi. Sevgi ilə gözlənilən uşaq 5 noyabr, 1913-cü ildə Himalay dağlarının başında, kiçik taxta daxmada dünyaya gəldi. Adını Vivyen Meri Xartli qoydular. Belinə kimi qıvrım saçları, sivr burnu və hər geyindiyi paltarın rənginə uyğun dəyişən gözləri onun bəyaz simasını daha da maraqlı göstərirdi. Əfsanəvi gözəlliyə malik olan qız ata yurdu Britaniyanı ilk dəfə 6 yaşında, I Dünya Müharibəsindən sonra gördü. Onu bütün pisliklərdən uzaq tutan ana Gertruda Vivyeni əsl lediyə çevirməyi arzulayırdı. Lakin Almaniya, Fransa və İtaliyanın katolik kilsə məktəblərində təhsil alan Vivyen anasının arzularını tam doğrulda bilmirdi. Elə bil qız vaxtını buralarda hədər yerə sərf edirdi. Həmin ərəfədə valideynlər arasında baş verən mübahisələr Vivyenin də psixologiyasından yan keçmədi.

 Vivyen Li

Uğura doğru

 Rahibələr Vivyenə tərbiyəli və səbrli olmağı öyrədirdilər. Qız dərslərini əla qiymətlərlə oxuyur, tarixi, ədəbiyyatı, rəsmi və musiqini çox sevirdi. Violonçeldə ifa edən, rəqsə gedən Vivyenin incəsənətə olan sevgisi onu gələcəkdə aktrisa olmağa çox həvəsləndirmişdi. O, "Baxarsız, mən böyük aktrisa olacağam" deyirdi. Aktyorluq məktəbinə gedən Vivyenin ən sevdiyi aktyor Lesli Xovard idi. Həsrətlə onun filmlərinə baxan qız saatlarla ekranın başından çəkilmirdi. Məktəbi bitirəndən sonra Vivyen özündən 14 yaş böyük olan vəkil Gerbert Li Xolmanla tanış olur. Rəfiqəsinin:"Axı o, nişanlıdır", deməsinə baxmayaraq, Vivyen: "Nə olsun?! O, hələ məni tanımır!" sözlərini əsl Skarlet O"Xara timsalında dedi.

 Vivyen Li

 Gerbert aktyor Leslinin sanki əkizi idi. Ondan dünyaya övlad gətirmək Vivyen üçün böyük şərəf idi. Vivyenin tezliklə dünyaya gələn qızının ayağı çox düşərli oldu və kino aktrisanı sevməyə başladı. Vivyen kino aləmində fərqlənmək üçün yoldaşının soyadını götürüb, qısaca "Vivyen Li" oldu. Lakin yoldaşı Vivyenin aktrisalıq arzularına qarşı idi. Onun əsrarəngiz gözəlliyi rejissorların gözündən yayınmırdı və ilk böyük dəvət "Oksforddan yanki" filmindən gəldi.

Vivyen Li

Faciənin başlanğıcı 

Vivyen aşiq olmuşdu... Aktyor Lorens Olivye sevgisi onun qəlbinə sanki xəncər kimi sancılmışdı. Lorens (Larri) onun əvəzsiz kumiri idi. Vivyen Lorensin bütün çəkilişlərində iştirak edirdi. Günlərin birində o möhtəşəm an yetişdi. Lorens kənarda oturub, ona həsrətlə baxan Vivyenə yaxınlaşdı... Həyat onların sevgi bağlarını elə buradaca bağladı. Vivyen ona lazım olan insanı artıq tapdığını elə bu an hiss etmişdi. Lakin bir əmma vardı: aktyor evli idi. Elə Vivyenin özü də ərdə idi. Hər ikisinin də gözəl uşaqları və xoşbəxt ailəsi vardı. Olivye Vivyeni görən kimi aşiq olmuşdu. Amma Vivyenin qeyri-adi gözəlliyindən ovsunlanan Olivyenin arvadı həmin ərəfədə 8 aylıq hamilə idi. Vivyenin də balaca qızı vardı. Onu isə nənəsi böyüdürdü.

Vivyen Li

Onlar bir müddət evli olaraq görüşdülər. Bu münasibət düz 6 il beləcə davam etdi və cütlük 1940-cı ilin avqust ayında Santa-Barbarada toy çaldırdı.

Məşhur aktyor Lorens Vivyenin aktrisalıq həuayında böyük rol oynayırdı. O, Vivyenin əlindən tutub, Hollivudda keçirilən böyük kastinqə gətirmişdi. 2000 aktrisa arasından seçilən Vivyen "Bütün dünya xalqlarının ən gözəl filmi" sayılan "Küləklə sovrulanlar" filmindən sonra artıq tələb olunan aktrisa oldu və 26 yaşında ilk "Oskar" mükafatını aldı. Bu  film Vivyen üçün təkcə mükafatla yadda qalmadı. Onun bir vaxtlar həsrətlə izlədiyi kumiri Lesli Xovard Vivyen ilə birgə eyni filmdə rol almışdı. Filmdə Skarlet O"Xara onu nə qədər sevirdisə, Vivyen də rolunu bir o qədər canlı oynayırdı. Vivyen şöhrətdə artıq Olivyeni üstələmişdi. Bu da aktyoru özündən çıxarırdı. Aktyor arvadını qısqanmağa başlayırdı. Kənardan həyatları xoşbəxt görünən cütlüyün evində mübahisələr yaşanırdı. 1944-cü ildə filmin çəkiliş zamanı yıxılan Vivyen xəstəxanaya yerləşdirilir. Həmin ərəfədə Vivyen işləmədi. Bir gün həkimlər Vivyenə onda olan vərəm və psix xəstəliyini elektroşokla müalicə olunmağını dedilər. Dəhşətli elektroşok onu daha betər vəziyyətə salmışdı. Amma aktrisa bütün bu müalicəvi seansların boş bir olduğunu və onu sadəcə, ərinin sevgisinin xilas edəcəyinə əmin idi. Larri isə eıə bilirdi ki, Vivyen bilərəkdən özünü məhv edir. Günlərin birində hamilə qalan aktrisa bu sevinci də çox yaşaya bilmədi. O, növbəti uşağını da itirdi. Bu gedişlə aktrisa ərini də itirəcəyini anlayırdı. Çünki evdəki dava-dalaş bir gün belə səngimirdi. 1952-ci ilin ortalarında Vivyeni ruhi xəstəxanaya yerləşdirdilər. Elektroşok terapiyası Vivyeni Olivye üçün yad bir qadına çevirmişdi.

 Vivyen Li

 Ölümün əsdirdiyi son külək

1957-ci il... Vivyenin hərəkətlərindən təngə gələn Lorens Olivye gənc aktrisa Coan Plourayt ilə roman yaşamağa başlayır və onunla ailə qurmağa hazırlaşırdı. Başı xəstəliyinə qarışan Vivyen 45 yaşının tamamını gözləyirdi. Gələcək illər aktrisa üçün guya fərqli olacaqdı. O, əri ilə münasibətini düzəldib, başqa bir həyat yaşamağa başlamalı idi. Sən demə, Larri də elə bu günü gözləyirmiş.

 Vivyen Li

Günlərin birində arvadına bahalı "Rolls-Roys" hədiyyə edən Larri açarlarla birgə ona boşanma xəbərini də verdi. Bu, Vivyenə dəhşətli zərbə oldu. Ona heç nə lazım deyildi. O, sadəcə sağlamlıq və sevgisini qaytarmaq istəyirdi. Larriyə isə evində sakitçilik lazım idi. Vivyen bu ayrılığı çox pis yaşayırdı. Hədsiz alkoqol qəbul edən, siqaret qutularını bir saatın içində boşaldan Vivyen həmin ərəfədə "Arzuların tramvayı" filmində rol almışdı. Vivyen üçün bu rolu oynamaq da əzab idi. O, qəhrəmanının taleyinin necə alt-üst olmasının da dərdini çəkirdi. Gözlənilməz bir hadisə baş verdi. Rolunu olduqca inandırıcı ifa edən Vivyen məhz bu filmə görə ikinci "Oskar"ını aldı.

Vivyen Li

Xəstəliyi birə-beş artan aktrisaya hələ də evlilik təklifləri gəlirdi. Amma aktrisa Larrinin ona geri qayıdacağına inanır və uzun müddət heç kimlə münasibət qurmurdu. Tənha qalan Vivyen ağlını itirdiyini hiss edirdi. Hətta bir gün təyyarənin illüminatorundan tullanmağa çalışan aktrisanı güclə xilas edib, sakitləşdirmişdilər. 7 ildən sonra Vivyenin şəxsi həkimi aktrisanın vəziyyətini nəzərə alıb, onu təcili xəstəxanaya yerləşdirməyi məsləhət gördü. Nəticəsiz müalicələrdən bezən Vivyen bundan imtina etdi.

Vivyen Li

XX əsrin böyül aktrisası Vivyen Li il yarımdan sonra, 7 iyul, 1967-ci ildə, 53 yaşında yumşaq yatağında, dodaqlarında Larrinin adını pıçıldaya-pıçıldaya gözlərini əbədi yumdu.

 Vivyen Li

Faydasız son peşmançılıq

 Hər dəfə televizorda Vivyen Li haqqında yayımlanan verilişləri və filmləri göstərəndə, Larri kanalı çevirir, onun məsum simasına baxmağa ya utanır, ya da vicdan əzabı çəkirdi. "Bu, əsl sevgidir..." deyib, göz yaşlarını silən Larri ömrünün sonuna kimi Vivyenin ölümündə özünü günahlandırdı. Larrinin yeni arvadı onun üçün övladlar dünyaya gətirdi. Amma qadın bilirdi ki, Larrinin qəlbi ona aid deyil. Çünki Vivyen hər gecə Larrinin yuxularında, qəlbində və vicdanında yaşayırdı...


Vivyen Li


Vivyen Li


Vivyen Li


Vivyen Li 
Səslərin sayı: 15
49
7632
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Cox maraqa oxudum..Ozudə gor harda dogulub...
27 yanvar 2015 10:09
Offline
leman
beyenirem bu xanimi.
9 avqust 2013 20:09
Offline
gulnar axmedova
Basqasinin ailesin dagidanin axiri bele olur.Ozge atina minen tez duser.Yenede aktrisa kimi beyenirem bu xanimi
28 dekabr 2012 23:46
Offline
FATIMA
bu xanimi cox beyenirem.tesekkurler
18 sentyabr 2012 19:13
Offline
♥Selena♥
bu xanimi taniyiram cox gozeldi ve eyni zamanda da cox bacariqlidir.
2 avqust 2012 01:31
Offline
oksana
heyati qalmaqallidi da.....
21 oktyabr 2011 18:20
Offline
SARA91
xebere gore tewekkur.
10 oktyabr 2011 12:54
Offline
Realist
Küləklə sovrulanlar filmini çox eşitmişəm ancaq baxmamışam. Bir ailənin bədbəxtçiliyi üzərində heç bir zaman xoşbəxtçilik qurula bilməz.təşəkkürlər xəbərə görə!
2 oktyabr 2011 21:16
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
oksana
belede olmaliydi da kisi evli idi arvadinna bosandi bu da erinden oz ehtiraslarina gore,bir gun sene gore basqasini atan kisi seni de basqasina gore atacaq bax bele.he4de tesirlenmedim acidim bunun bu heyatina necede menasiz heyat yasayib
19 sentyabr 2011 16:10
Offline
Fatma xanım
əlbətdə evli ola -ola onu sevən onunlada evli olduğu halda başqasına getməyi təbii haldı
17 sentyabr 2011 23:21
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Semedova
MARAQLI HEYATI VARMIS,ALLAH REHMET ETSIN!
TSKR
15 sentyabr 2011 14:12
Offline
Gülüm
tanimirdim indi tanidim.
14 sentyabr 2011 12:48
Offline
Senem
Tewekkur,cox dolgun melumat verdiniz,Vivyen Li haqda bu qeder bilmirdim.
13 sentyabr 2011 11:51
Offline
leylahuseynova
Demək olsun ki, xarici filimləri izləmirəm.Sayənizdə bir gözəl xanımı da tanıdıq.
13 sentyabr 2011 11:11
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
AZS
Teşekkürler.
12 sentyabr 2011 17:53
Offline
Politoloq Şəbnəm
Tanımırdım.Çox acılı həyatı olubmuş.Ümumiyyətlə,çox aktrisaların,tanınmışların həyatı mənasız olur.əziyyətinizə görə təşəkkürlər.
12 sentyabr 2011 17:35
Offline
sirin89
bu aktrisani hec tanimirdim.melumata gore minnetdaram.
12 sentyabr 2011 16:22
Offline
PePito
hec tanimirdim bu xanimi,cox maraqli xeber alinib,tercumedi bu?
12 sentyabr 2011 16:17
Offline
Riana
TESEKKURLER XEBERE GORE COX SAG OL
12 sentyabr 2011 16:02
Offline
H.o.s.T-cu qiz( Banu )
qeseng qizdi
12 sentyabr 2011 15:44
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış