Qoç - çətin, qarışıq gündür. Tapşırıqlarla sifarişlərin sayı artacaq. Tərəfdaş və ya şəriklərdən biri dəyişəcək. İşdə rəhbərliklə kəskin mübahisələr etməyin. Bilik və bacarıqlarınızı artırın. Təcrübənizdən yararlanın.
Günün ikinci yarısında peşəkar məziyyətlərinizi zənginləşdirin. Həddən artıq təşəbbüskar olmayın. Situasiyanı adekvat dəyərləndirin. İdeyalarınızın dərhal anlaşılacağına, dəstəklənəcəyinə ümid etməyin.
Axşam saatları mühüm görüş üçün əlverişli deyil.
Buğa - əvvəlcədən hazırladığınız plana riayət edin. Qəfil təkliflərə aldanmayın. Avantüralar deyilənlərin tam tərsinə olaraq, gəlir vəd etmir. Nizamsız fəaliyyət uğurlarınızı heçə endirə bilər.
Günün ikinci yarısında yeni sifarişin icrasına və ya layihənin reallaşdırılmasına başlamaq olar. Gərəkli nəticəni əldə etmək üçün aktiv olun. Cədlərinizin effektiv alınması üçün proseslərlə bağlı mümkün qədər çox məlumat toplayın.
Yaxşı tanımadığınız insanlara etibar etməyin. Yaxın ətrafınızdakı insanlardan biri sizə yardım edəcək.
Hisslərin etirafına tələsməyin.
Əkizlər - səhər saatları harmonikdir. Qarşıya qoyduğunuz məqsədə çatmaq üçün mövcud imkanlardan və münasib vasitələrdən istifadə edin. Kənar təsirlər işinizdə fəsadlar yarada bilər.
Günün ikinci yarısında şübhə, narahatlıq, təşviş yaranacaq. Bədbinliyə qapılmayın.
Daşınmaz əmlak və maliyyə məsələləri axşam saatlarında narazılıq, qıcıq yaradacaq. Qohumlarınızın eqoist davranışlarına sinirlənməyin.
Xərçəng - intuisiyanıza güvənin. Hərdəmxayal olmayın, illüziyaları reallıq saymayın. Cari şəraitin diqtə etdiyi məsələlərin həllini ləngitməyin. Çətinlikləri aradan qaldırmaq üçün təxirəsalınmaz, təcili qərarlar verin.
Günün ikinci yarısında vədlərinizi və öhdəliklərinizi unutmayın. Rutinlikdən qurtulmaq üçün kreativ ideyalardan faydalanın.
Axşam saatlarında hisslərə qapılaraq emosiyaların əsrinə çevrilməyin. Fikirlərinizi daha aydın şəkildə izhar edin.
Şir - yaxın ətrafınızdakı insanlarla dil tapmaq üçün bu gün çalışmalı, səy göstərməli olacaqsınız. Sizi düzgün anlamır, layiq olduğundan az dəyər verir, hətta arabir inanmırlar da. Yaxınlarınız və dostlarınız sizə ifrat tələbkar insanlar təsiri bağışlayır. Onların sizdən nə gözlədiklərini anlaya bilməycəksiniz.
İş yerində, təhsil müəssisəsində və evdəki mübahisələr sizə yaxşı təsir etməyəcək, əhvalınızı korlayacaq.
Qız - işgüzar danışıqlar, müzakirələr, bacarıqların nümayişi üçün əlverişli zamandır. Emosional fonu kontrolda saxlayın. Mübahisələrin konstruktiv məcrada olmasına çalışın.
Gün bol sürprizlər vəd edir. Hadisələrin axarı pozitiv və ya mənfi ola bilər. Hər şey sizdən asılıdır. Çalışdığınız insanların məramlarına fikir verin. Münasibətləri balanslaşdırın. Yollarda ehtiyatlı olun. Axşam saatlarında sakit istirahət edin.
Tərəzi - hadisələri tələsdirməyin, tam formalaşmamış situasiyalara kobud müdaxilələr etməyin. İşləri tez başa vurmaq üçün mütəxəssislərin yardımlarından istifadə edin. Yaxşı çalışsanız, gəlirləriniz pis olmayacaq.
Günün ikinci yarısında işgüzar təmaslarda sakit, soyuqqanlı olun. Diplomat təki davranın. Yaxın ətrafınızdakı insanlardan birinin yardıma ehtiyacı var. Görəcəyiniz işin ödənişini istəyəndə məbləği realistcəsinə formalaşdırın. Gərgin vəziyyətdə emosiyalarınıza hakim olun.
Əqrəb - yetərincə sakit zamandır. Çox enerji tələb edən işin icrasına başlamazdan əvvəl imkanlarınızı, potensialınızı olduğundan artıq saymayın. Qüvvənizin bəs edəcəyi işlə məşğul olun. Prosesin aralıq mərhələsində yaşam tonusunuzun azaldığınızı hiss edəcəksiniz.
Günün ikinci yarısında ailədəki gərgin durum əsəblərinizi tarıma çəkə bilər. İşgüzar fəallığınızı artırın.
Axşam saatları romantik anlar vəd edir.
Oxatan - risklərdən qorxmayın. Eksperimentlərə başlamaq olar. Cəsur addımlar atın. Amma avantürist olmayın, tələsik qərarlar verməyin. Məqsədə çatmaq üçün mövcud şəraitin imkanlarından istifadə edin. Rəqibləri üstələmək üçün bütün vasitələrə əl atın.
Günün ikinci yarısında tərəfdaş və şəriklərlə kollektiv fəaliyyət uğur vəd edir. Mübarizə sərtləşəcəyindən diqqətli davranın. Həddən artıq risk etsəniz, malik olduğunuzu itirə bilərsiniz.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - gərgin, hadisələrin əvvəlcədən təxminlənməsinin çox çətin olacağı gündür. Yeni sifariş və ya tapşırıq xeyli vaxtınızı ala bilər. Problemlərin həlli üçün kimsədən yardım gözləməyin. Köməyə bel bağlamayın.
Günün ikinci yarısında indiyədək qazandığınız təcrübələr karınıza gələcək. Karyera müstəvisində irəliləmək üçün soyuqqanlı, təmkinli qərarlar qəbul edin.
Müzakirələr və sənədləşdirmə işləri üçün əlverişli zaman deyil. Borc istəyənə pul verməyin.
Axşam saatlarında pozitiv olun.
Dolça - məşğuliyyət istiqamətini seçərkən hisslərə əsaslanaraq qərar verməyin. Rasional, soyuqqanlı, praqmat olun. Həddən artıq fiziki qüvvə və vaxt tələb edən işi müvəqqəti təxirə salmaq mümkündür.
Daha çox gəlir əldə etməyə can atın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla məsləhətləşəndən sonra layihəni icra etməyə, sifarişi yerinə yetirməyə başlayın. Əlavə təmaslara meylli olmayın. Həlli təcili olmayan problemin çözülməsini sabaha saxlayın.
Axşam saatlarına tanımadığınız yerə təkbaşına yollanmayın.
Balıqlar - ətrafınıza diqqətlə nəzər salın. Baş verənlər diqqətinizdən yayınmasın. Avantüralara, risklərə qatılmayın. Təxribatlara aldanmayın. Mövcud qaydalara riayət edin, qanunları pozmayın.
Günün ikinci yarısında fəaliyyətinizdə ciddi səhvə yol verməmək, düşünülməmiş addımlar atmamaq üçün tələskən olmayın. Rəqibləriniz pusquya yatıblar, ehtiyatlı davranın.
Opponentlərlə təmaslarda mövqelərinizdən geri çəkilməyin.
Axşam saatları aqressiya və ya manipulyasiyalar üçün deyil.
XƏBƏR LENTİ
Kim? Harada? Necə? (2)
UEFA-dan şok qərar
Hava haqqında - 09.01.2014
2020-ci ilə Azərbaycanda alternativ enerjinin ümümi həcmində Günəş enerjisinin payı 40 faizə çatacaq
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Ümid var ki...”
Zamanında "Yox" deməyi bacarırsınızmı?
Ürküdücü yerlər-3 (son)
Varlı olmaq arzusu
İrina Şeyk anası ilə istirahətdə - FOTO
Şeyma Subaşı sevgilisi ilə BARIŞDI
Günün qoroskopu:Emosional gündür
Azyaşlıların internet klublarından istifadəsinə məhdudiyyət qoyula bilər
Göksel hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Xaçapuri (foto resept)
Zakir Həsənov göstəriş verdi
"Ermənistanın ağır hərbi texnikasının Gədəbəy ərazisinə müdaxiləsi mümkün deyil"
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
26 kq arıqlayan müğənnini kimsə bəyənmədi-FOTO
Kök insanlar bu xəstəliyə yoluxmur
Qaz Olmayacaq!
Gəlin pəhrizi necə edilir?
Çoxuşaqlı analara müavinətlərin verilməsindən imtina edildi
Qeyri-adi kreslolar
Xudafərin körpüsünə ilk ayaq basan 18 yaşlı qazimiz - VİDEO
Milyon dollarlıq avtomobil təqdim olundu
“Haber Global” sülhməramlı adına ləkə gətirən hallar haqqında: Azərbaycan xalqının səbrinin həddi var - VİDEO
ABŞ-dan Türkiyəyə pis xəbər
ASAN növbədə gözləyənlərə sms göndərəcək
Bu günün hava proqnozu
Məşhur rəssamın əsəri 43 milyon dollara satılıb
Əhaliyə xəbərdarlıq
Qiyməli kartof (foto-resept)
Ukrayna patriarxı Azərbaycan diasporunun rəhbərini ordenlə təltif etdi
Oturaraq ən çox pul qazanan 16 peşə sahibi
"Qaraçı qanı"
UFC döyüşçüsü yarışda qondarma rejimin “bayrağını” qaldırdı, XİN hərəkətə keçdi - FOTO
Leyla Əliyeva qardaşını təbrik etdi - FOTO
İlham Əliyev ona hərbi salam verən çempionumuza medal verdi
Evdən çıxmadan alver edənlərin sayı artır
Makiyajsız halda görüntülənən müğənnini tanımaq olmur-FOTO
Uşaqlar üçün təhlükəli nağıllar...
Valideynlərin yol verdiyi səhvlər
Gül bayramının formatı dəyişdi
Yaylıqların fərqli bağlanışı
25 min nəfər "Facebook"u məhkəməyə verdi
Buz bağlamış Venesiya - FOTOSESSİYA
Zəvvarların növbəti qrupu yola düşdü
Media və kino pilotsuz aparatlara keçir
Valideynlərə təcili kömək -1
Azərbaycan daha bir ölkədə səfirlik açır