Bakıda hava 15°
USD 1.7000 AZN
EUR 1.9635 AZN

Düyülü toyuq dolması (foto resept)

 

Tərkibi:

 

1 su st düyü

4 parça toyuğun döş əti

2 su st su

yarım quru soğan

40 qram fıstıq

yarım çay st reyhan

bir çimdik zərdəçal

sürtgəcdən keçirilmiş muskat (kiçik hindistan qozu)

istiot

1 y/q zeytun yağı

yarım ç/q kərə yağı

 

Hazırlanması:

 Toyuq ətlərini ortadan ikiyə bölün və ət döyəci ilə döyün. Zeytun yağını və kərə yağını tavada isidin. Üzərinə doğranmış soğanı və fıstıqları əlavə edərək qızardın. Düyünü əlavə etdikdən sonra qarışdırmağa davam edin.

Bütün ədviyyatları əlavə edin. Düyü suyunu çəkdikdən sonra reyhanları üstünə sərib soyumağa qoyun. Naziklənmiş toyuq ətlərinin içinə düyülü qarışımı qoyub dolma kimi bükün. Daha sonra sobanı 180 dərəcə isidin.

Düyülü toyuq dolması (foto resept)

Alminium kağız sərilmiş listə yerləşdirib yarısına qədər su doldurun. 30 dəqiqə bişirin.

Düyülü toyuq dolması (foto resept)

 

 

Səslərin sayı: 1
3
227

loading...
Şərhlər
Offline
Surayye
Ee gecə gecə bu resept hardan çıxdı qabağıma
12 oktyabr 2018 23:42
Offline
Iceberg
Maraqlı resepdir, toyuqu bükmək çətin gəldi mənə
12 oktyabr 2018 17:52
imza: shafaabdulla.blogspot.com
Offline
Ayla Ayla
Toyuq ruletinə oxşatdım ama bəyəndim girl_ang
12 oktyabr 2018 10:34
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!