Bakıda hava 15°
USD 1.7000 AZN
EUR 1.9635 AZN

Təbiətin bizə mesajı var

 

Sivilizasiyaya qovuşduqdan bu yana insan oğlu təbiəti çirkləndirməyə davam edir. Nə qədər pis, faciəvi hadisələr yaşasa da, bir müddət sonra hər şeyi unudub yenidən bu zərərli vərdişi təkrarlayır.

Təbiətin bizə mesajı var

Lakin təbiət heç vaxt bu pisliyə cavabsız qalmır. Əksinə, öz mükəmməl quruluşu və xüsusiyyətləri ilə özünü yeniləyir və beləcə, insan oğlunu utandırır.

Təbiətin bizə mesajı var

Vladivosk şəhərinin yaxınlığında yerləşən Ussuri sahili Sovetlər Birliyi dövründə boş içki şüşələrinin atıldığı zibillik idi.

Təbiətin bizə mesajı var

Şimal Buzlu Okeanının dalğaları sahilə atılan şüşələri yuyub təmizləyib və illərlə öz sularında həmin şüşələri əridərək çınqıllara çevirib. Okeanın bu möhtəşəm məhsulu nəticəsində bölgə dünyanın ən heyrətamiz yerlərindən biri olub.

Təbiətin bizə mesajı var

Uzun illər tək bir adamın belə ayaq basmadığı bu sahil bir müddət sonra turistlərin ən sıx səyahət etdiyi bölgəyə çevrilib.

Təbiətin bizə mesajı var

Əvvəllər qırıq şüşələrə görə təhlükəli və zibillik sahəsi kimi bilinən bu yer hazırda qoruq kimi mühafizə edilir və müəyyən bir məbləğ qarşılığında ziyarətçilərə qapılarını açır.

Təbiətin bizə mesajı var

Göyqurşağı təəssüratı ilə izləyəni sehrə salan bu “şüşə sahil” həm yerli, həm də xarici turistlərin axınına uğrayır.

Təbiətin bizə mesajı var

Planetimiz bu gözəlliklərlə birgə bizə, bəlkə də, dərs çıxaracağımız bir mesaj verir: yaşayacağımız tək bir yuvamız var, bu yuvanı qorumaq, ona sahib çıxmaq və gözəlləşdirmək də bizim vəzifəmizdir. Və bütün pisliklərin qarşılığında yaxşılıq etmək dünyanı daha çox gözəlləşdirir…

 

Zümrüd

Publika.az

Səslərin sayı: 1
2
104

loading...
Şərhlər
Offline
Aysel İ.
Çoox təəssüf ki, insan oğlu dünyanı çirkəndirməkdə davam edir. Bilə bilə ki, bu çirkəndirmə öz məhvinə gətirib çıxarır.
9 oktyabr 2018 18:27
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xəyalə Murad
Uzun illər tək bir adamın belə ayaq basmadığı bu sahil bir müddət sonra turistlərin ən sıx səyahət etdiyi bölgəyə çevrilib.


9 oktyabr 2018 12:47
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!