Hesablama Palatası dövlət büdcəsindən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditinin nəticələri barədə məlumatı açıqlayıb.
Qadin.Net bildirir ki, palatadan Milli.Az-a verilən məlumata görə, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində 345 məktəbəqədər təhsil müəssisəsi olmuş, 6 təhsil müəssisənin tədris binası qəzalı vəziyyətdə olması səbəbindən fəaliyyəti dayandırılıb.
Auditlə əhatə olunan dövrdə Bakı şəhərinin məktəbəqədər təhsil müəssisələri üzrə 2590 qrup proqnozlaşdırılıb, lakin bəzi məktəbəqədər təhsil müəssisələrində qismən məcburi köçkünlər məskunlaşdığından faktiki olaraq 2152 qrup fəaliyyət göstərib ki, bu da mövcud potensialın 83,1%-nə bərabərdir. Auditin əhatə etdiyi dövrdə ümumilikdə 168891052,2 manat məbləğində vəsait xərc edilib.
Auditlə əhatə olunan dövrdə artıq ştat vahidinin saxlanılması, işçilərə analıq məzuniyyətində olduğu və müvəqqəti əmək qabiliyyətini itirdiyi dövrdə artıq əmək haqqı hesablanması, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, avtonəqliyyat vasitələrinin cari təmir xərci üzrə və iş həcmlərinin düzgün hesablanmaması səbəbindən artıq vəsait ödənilib.
Malların (işlərin və xidmətlərin) satınalınması zamanı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun, "Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat"ın və satınalmalarla əlaqədar digər qanunvericilik aktlarının tələblərinə əməl olunmaması, yeni fəaliyyətə başlamış 2 məktəbəqədər təhsil müəssisəsi üzrə əsaslı təmir və tikinti işlərinin əsas fondların dəyərinə əlavə edilməməsi, eyni zamanda inventar və avadanlığın uçota alınmaması, auditlə əhatə olunan dövrdə İdarənin tabeliyində olan məktəbəqədər təhsil müəssisələri və uşaq evlərində alınaraq quraşdırılmış elektrik və su sayğaclarıın dəyərinin balansa götürülməməsi hallarına yol verilib.
Məktəbəqədər təhsil müəssisələri üzrə 1 uşaq gününə düşən ərzaq xərci fərqli olub, eləcə də uşaqların yaş həddi üzrə qidalanmasının təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi texniki təhcizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nə bəzi hallarda uyğun olmayıb.
Hesablama Palatasının Kollegiyası Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla Qərar qəbul edib, Qərarda müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması, o cümlədən, ərzaq məhsullarının alınması və silinməsi, həmçinin uşaqların yaş həddinə uyğun qidalanmasının təşkili prosesində təsdiq edilmiş normalara əməl edilməsi, həmçinin vəsaitlərin səmərəli istifadəsinin təmin olunması ilə bağlı tapşırıqlar verilib, görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat təqdim edilməsi məqsədilə Qərarın surəti Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə göndərilib.
Auditin nəticələri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.
XƏBƏR LENTİ
"WhatsApp" DƏYİŞDİ: Bu gündən etibarən
Van Qoqun 5 tablosunun tarixi
Beynul Haremeyn
Xaricdə iş təklif edirlərsə, tələsməyin
Dəbli iş qadınları üçün kombinlər
Tonal kremi özünüz hazırlayın - ASAN ÜSUL
Qazaxıstanda fövqəladə vəziyyət?
Aviaşirkət ABŞ-da səhrada aşkarlanan sirli sütunu oğurladığını “etiraf” edib
YouTube dəyişdi
Maraqlı faktlar
Mərciməyin faydaları
Sony yeni smartfonlarını göstərdi
Azərbaycanda qaynana-kürəkən münasibətləri
Şeyma Subaşı koronavirusa görə gündəmdədir-FOTO
Tarkanın həyatından bəhs edən film çəkiləcək-FOTO
Dünya savaşı başlayır
Üzdəki ləkələrin müalicəsi üçün geçikməyin
Evin qırmızı "həkimi"
Bu mühəndis o mühəndisdən deyil
Hər gün saç yumaqdan xilas olmağın yolları
İdmanın uşaqlara xeyri
Rus nazirdən BƏYANAT: Heç kimə satmırıq
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə!
35 ölkə təmsilçisi Bakıya gəlir
Qara zirənin faydaları-2
Saxta qulaqcıqlar qulaq xəstəliklərini artırır
"Qarabağa qoşun yeridilməlidir"
Ey insan!
Təhlükəsizlik prioritetdir
Metro və avtobusların gediş haqqı-30 qəpik oldu!
Azərbaycanda daha bir kəndin adı dəyişdirildi
Sağlam xarakterli insanların 4 xüsusiyyəti
Günün ulduz falı
Dırnaq yemə vərdişindən necə xilas olmalı?
Ollanddan Dağlıq Qarabağ sözü
"Qızcığaz dovşan" tortu (foto resept)
Ramazan ayı ilə əlaqəli bilməli olduqlarımız
Aslı Murad haqqında danışdı
Ailələrə vacib tövsiyə: virtual pəhriz
“Sevgisi” cavabsız qalan tutuquşu görənləri güldürdü – VİDEO
Mehriban Əliyeva təşəkkür etdi
Buraxılış imtahanları təxirə salındı
Kafe və restoranların hansı tarixdə açıla biləcəyi açıqlandı - RƏSMİ + VİDEO
İngiltərə çempionatı: "Mançester Yunayted" şokda, Özil meydan suladı
Canlı əfsanə səfir oldu
Daha bir ölkə İŞİD-i vuracaq
Azərbaycanlıların Facebook sevgisi
Növbəti həftənin bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA: “Bazar günü...”
Pink xəstəxanaya yerləşdirilib
Doğuşdan sonra göbək yırtığı
- ŞƏRHLƏR