Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür.
Qadin.Net trend-ə istinadən bildirir ki, 2018-2019-cu tədris ilində 165 780 şagird 1-ci sinfə gedəcək. Ümumtəhsil müəssisələrində ümumilikdə 1 592 317 şagirdin təhsil alacağı nəzərdə tutulur.
Bu il respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla 193 obyektdə müvafiq işlər aparılıb.
Yeni dərs ilinə 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib. Şagirdlər dərslikləri sentyabr ayının 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə etməyə başlayıblar.
Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 442 147 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 47 000-dən çox, IX sinfində 30 139, X sinfində 21 102, XI sinfində 20 379 şagird təhsil alacaq.
Bakıdakı 263 ümumi təhsil müəssisəsində 940 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu tədris ilində 5 yaşlıların 75 faizi məktəbəhazırlığa cəlb ediləcək.
Yeni dərs ilində 217 məktəbdə 483 təmayül sinfin təşkil olunması nəzərdə tutulur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi fəaliyyət göstərir.
Paytaxtın ümumi təhsil məktəblərində 2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 2 məktəb binasının və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb. Eləcə də 1 məktəbin qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilib.
Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə "Vətənim Azərbaycan", V-IX siniflərdə "Dövlət rəmzləri - müstəqilliyimizin simvolu", X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı" mövzularına həsr olunacaq.
Bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilib.
XƏBƏR LENTİ
Qış fəsli üçün sağlamlıq cövhəri
BÜRCLƏR bizə nə vəd edir?-3 Fevral
Yenə sızıntı? Yeni iPhone 5S-in press-fotosu internetdə dərc edilib
Sitrus içkiləri böyrək daşının qarşısını alır.
Xoruzun öldürülməsinə Fransadan 100 minlik etiraz və 5 aylıq həbs
BÜRCLƏR bizə nə vəd edir?-27 İyul
Ceydanın halı qəfil pisləşdi-FOTO
Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirildi
Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb - FOTO
Bananlı tort (foto resept)
Həftə sonunun HAVAsı
Karantinin sərtləşdirildiyi şəhər və rayonlarda 190 manatlıq birdəfəlik ödəmə yenidən veriləcək - RƏSMİ
Yerətrafı orbiti ən çox çirkləndirən ölkə
3 gəlinlik dəyişən Berfunun rəqsi diqqət çəkdi-VİDEO
Şahzadənin xanımı xəstəxanaya yerləşdirilib
“Facebook”da sistem dəyişir
Əhaliyə xəbərdarlıq: maqnit burulğanı var
Yarımçıq bina balıq məkanına döndü
Ağcaqanadlar oğrunu polisə təslim etdi – İnanılmaz olay
Neslihan və Kadir Doğulu karantindən FOTO paylaşdılar
Ağstafa şəhəri
Səyahət edərkən formada qalmağın yolları
Yanmış saçlara maska
Bu Qala kimin qalasıdır?
Günün qoroskopu: illüziyalara qapılmayın, realist olun
Sahildə yadplanetliyə bənzəyən nadir balıq tapılıb - VİDEO
Milli xörəklərin kolorisi məlum oldu
61 yaşlı aktyorun uğursuz plastik əməliyyatı
Görməniz lazım olan yerlər (2)
Dəbli saç aksesuarları
Hava haqqında
Günün ən xoşbəxt anı
30dan çox insan Həcc ziyarətinə ikinci dəfə gedəcək
Hollivud ulduzu müsəlman olur
Hıçqırmamaq üçün nədən vaz keçməli - romantika, stress, yemək?..
Oktyabrın 9-u qeyri-iş günü olacaq
Pirsinq haqqında bilmədiklərimiz
Bakı zooparkında bir sıra yeniliklər edilib
Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...
Cazibədar xanımlar üçün donlar
Bu qadın həyatını oyuncağa qurban verib
Manatın taleyi necə olacaq?
Nazirlik həyəcan təbili çaldı
Terri Foks əzmi
Doğulmamış körpəsini itirən ana
1 həftəyə 5 kiloqram arıqladan qarışım
Bir günlük gündəlik
Azərbaycanlı zəvvarlara ŞAD XƏBƏR
Alimdən Azıx mağarasına aid arxeoloji tapıntılarla bağlı VACİB AÇIQLAMA
Sabah 27Лљ isti olacaq