Orfoqrafiya Komissiyasının sentyabrın 13-də keçirilən iclasında Orfoqrafiya qaydaları layihəsinin qəbul edilən maddələrinin tam siyahısı açıqlanıb.
Qadin.Net "report"-a istinadən bildirir ki, AMEA Nəsimi adına Dilçilik İnstitutundan daxil olan siyahını təqdim edir:
1. Maddə 31: Avropa dillərindən alınma sözlərdə söz əvvəlində qoşa s samitlərindən birinin düşməsi.
Mövcud variant: ssenari, ssuda.
Təklif olunan variant: senari, suda.
2. Maddə 33: Avropa dillərindən alınma sözlərdə söz sonunda qoşa s samitlərindən birinin düşməsi.
Mövcud variant: boss, brass, ekspress, stress, trass və s.
Təklif olunan variant: bos, bras, ekspres, stres, tras və s.
3. Anti... ön şəkilçisi və trans..., proto... morfemlərinin xüsusi isimlərlə birləşməsi qaydası. Bu ön şəkilçi və mürəkkəb sözlərin hissəcikləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.
Təklif olunan variant: anti-Rusiya, trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, proto-Azərbaycan və s.
4. Maddə 40-ın qeydi: Qeyri... və ümum... morfemləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.
Təklif olunan variant: qeyri-Avropa, ümum-Azərbaycan, ümum-Avropa, ümum-Bakı, ümum-Rusiya, və s.
5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.
6. Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır:
Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsi
7. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılır: Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s.
Qeyd edək ki, layihə Nazirlər Kabinetinin müvafiq qərarından sonra təsdiqlənəcək.
XƏBƏR LENTİ
Azərbaycanda şagirdlər inkubator aparatı hazırladılar - VİDEO
İlk qəbul imtahanının vaxtı açıqlandı
Dünya liderliyinə iddialı olan Çin iqtisadiyyatı çökür
Gilaslı, limon souslu keks (foto-resept)
Makedoniyalı İsgəndərin xəzinəsi tapıldı
Bunları bilmək maraqlıdır
Universitetlərin filialları niyə birləşdirilir?
63 illik nikahdan sonra eyni gündə öldülər
Kenan Beren Saata yazdığı mahnını oxudu
Şahzadə Beatris ərə gedir-FOTO
Saç tökülməsinin qarşısını alan 4 yol
2017 gəlinlik modelləri
Hava haqqında
Bir-birindən gözəl çiçəkli tortlar
Şəkər əvəzinə nə istifadə edək?
HAVA necə olacaq?
12 yaşlı uşaq oyuncaq tapançaya görə həbs olundu - FOTO/VİDEO
Özünüzü ifadə etməyi bacarırsınızmı?
Qısqanmaq və tərk etmək
Günün ulduz falı
Keçmiş sevgilisindən amansız qisas-FOTO
Səhv diaqnoza görə sinəsindən oldu-FOTO
Hacı Nurandan üzücü xəbər
Qara duzun xeyri və zərəri
Uzun saçlara necə qulluq etmək lazımdır?
Bakıda Günəşin dəyişkənliyinin sirri açılacaq
"Kiyev" tortu (foto resept)
Roseola infantum
2015-ci ilin telefon qabları
Serenay Sarıkaya və Kerem Bürsin BARIŞDILAR!-FOTO
Ulduzlar Şahmarın gözüylə....
Cirə çayının FAYDALARI: nəfəs yollarını təmizləyir, köpü aradan qaldırır
Yararlı məsləhətlər (2)
"Uruqvay Suaressiz də güclü rəqibdir"
Serenay Sarıkayanın 7 illik sirri ortaya çıxdı - FOTO
Gəncə sakini Karina Qriqoryan düşmən atəşi nəticəsində yaralanıb
Qadin.Net - 7 YAŞ
Ordumuz gücünü göstərdi
Xoşbəxt ailələrin sirri
Əhalinin gəlirləri artdı
Mətbəximizdə keçmişə dönüş
Rusiya Ermənistana tədarük edilən bəzi məhsullara görə rüsumları ləğv edir
“Nu, poqodi!” cizgi filminin davamı çəkiləcək
Çox yeyildikdə öldürən qidalar
Premenstrual sindromun qara zirə ilə müalicəsi
Ətirlər haqqında bilməli olduğunuz 10 qayda
Ərik pəhrizi
Alişanın Buseyə evlilik şərti var
Azərbaycan dolması UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
Türkiyə Azərbaycanla arxiv işi sahəsində əməkdaşlıq edəcək