Bakıda hava 18°
USD 1.7000 AZN
EUR 1.9967 AZN

Heydər Əliyev Fondu aztəminatlı ailələrin şagirdlərinə məktəb ləvazimatları hədiyyə edib - FOTO

Heydər Əliyev Fondu aztəminatlı ailələrin  şagirdlərinə məktəb ləvazimatları hədiyyə edib - FOTO


Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2018-2019-cu tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib.

Qadin.Net xəbər verir ki, Fonddan trend-ə verilən məlumata görə, hədiyyələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ölkə üzrə ünvanlı sosial yardım alan ailələrin 13 mindən çox birinci sinif şagirdlərinə paylanıb.

Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir.

Qeyd edək ki, Fond aztəminatlı ailələrin birinci sinif şagirdlərinə "Təhsilə dəstək" layihəsi çərçivəsində hər il çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə edir. Fəaliyyətində təhsil sahəsinə xüsusi önəm verən Heydər Əliyev Fondu bu layihə çərçivəsində aztəminatlı ailələrə sosial dəstək göstərməklə yanaşı, həm də təhsilin inkişafına öz töhfəsini vermiş olur.

Heydər Əliyev Fondu aztəminatlı ailələrin  şagirdlərinə məktəb ləvazimatları hədiyyə edib - FOTO

Heydər Əliyev Fondu aztəminatlı ailələrin  şagirdlərinə məktəb ləvazimatları hədiyyə edib - FOTO


Səslərin sayı: 0
0
35
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış