Bakıda hava 23°
USD 1.7000 AZN
EUR 1.9960 AZN
11:01Sima salam necesiz
39209

Hadisə ailəsini sosial şəbəkələrdən SİLDİ

Hadisə ailəsini sosial şəbəkələrdən SİLDİ


Xəbər verdiyimiz kimi, Hadisənin son günlərdə ailəsi ilə münasibətləri yaxşı deyil. Məlum olub ki, Hadisə bacıları Dərya və Hülya Açıkgöz, həmçinin qardaşı Murad Açıkgözlə əlaqələrini kəsməyə qərar verib.

Qadin.Net publika.az  a istinadən xəbər verir ki, Hadisə sosial şəbəkədə ailə üzvlərini izləmə funksiyasından silib. Bir neçə gün əvvəlsə Hadisə onun menecerliyini edən bacısı Hülya Açıkgözü, onun adından istifadə edərək pul qazanmaqda ittiham edərək məhkəməyə vermişdi.Xatırladaq ki, Belçikada doğulub böyüyən Hadisə Açıkgöz 2003-cü ildə iştirak etdiyi mahnı yarışması nəticəsində məşhurluq əldə edib. O, son on ildir musiqi fəaliyyətini Türkiyədə davam etdirir. Onun bütün işlərini ailə üzvləri yerinə yetirirdi. Maliyyə işləri və investisiyalardan bacısı Hülya və qardaşı Murad məsul idi. Kiçik bacısı Dərya isə geyimlərini hazırlayırdı. Lakin ailə əməkdaşlığı qalmaqallarla sona çatıb. Bacılar və qardaşlar arasında tez-tez pul mübahisələri yaranıb. Övladlarının münasibərlərinin korlandığı və onunla maraqlanmadıqlarını görən ana – Gülnihal Açıkgöz “Bezdim sizin pul söhbətlərinizdən” vida məktubu yazaraq intihara cəhd etmişdi.Hadisə bu olaydan sonra ailəsiylə bağlı bəzi qərarlar alıb. Onlar aşağıdakılardır:

1. Pul və maliyyə məsələlərinidən daha bacısı Hülya və qardaşı Murad cavabdeh olmayacaq.

2. İfaçı Hülya Açıkgözü məhkəməyə verərək, bacısının onun adından istifadə edərək pul qazandığını irəli sürüb.

3. Stilist bacısı Dərya ilə artıq işləməyəcəyi üçün emalatxanasına maddi dəstək göstərməyəcək.

4. Ailəsinə yaxın oturduğu səmtdən köçüb.

5. Ailə üzvlərini İnstaqramda təqibdən çıxararaq bütün fotoları silib.

6. Ortaq investisiyalarından imtina edib.

7. Ata-anasına “Məni maddi-mənəvi zərərə məruz qoydular” deyərək etiraz edib.

8. Özünə daha peşəkar komanda qurur.Qeyd edək ki, Hadisə modelyer bacısı Dərya üzündən bir markaya 250 min avro cərimə ödəmək məcburiyyətində qalmışdı. Bacısı Hülyanın Bodrumda açdığı “La Plaj” çimərliyi də 2 milyon TL zərərlə bağlanıb.

Səslərin sayı: 0
1
93
loading...
Şərhlər
Offline
Iceberg
Belke bundan sonra normal geyine
12 sentyabr 2018 21:17
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )