Bakıda hava 23°
USD 1.7000 AZN
EUR 1.9960 AZN
11:01Sima salam necesiz
39209

Məktəb bufetlərində qadağan olunan ərzaq SİYAHISI

Məktəb bufetlərində qadağan olunan ərzaq SİYAHISI


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarına nəzarət işi mütəmadi olaraq yerinə yetirilir. Məktəb bufetlərinə verilən yeməklər bütün məktəblərdə eyni deyil.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, ümumi təhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsullar isə bunlardır:

İstifadə müddəti bitmiş və aşağı kefiyyətli qida məhsulu.
Bir gün əvvəl hazırlanmış qida.
Xarab olma əlamətləri ilə meyvə-tərəvəz məhsulları.
Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd  təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları.
İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla).
İçalatı təmizlənməmiş quş.

Vəhşi heyvanların əti.
Suda üzən quşların yumurtası və əti.
Qabığı çirklənmiş yumurta və həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta.
Hermetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər.

Termiki emala məruz qalmayan yaxıl noxud.
Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar.
Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər.
Kremli şirniyyat məmulatları (piroq və tortlar).

Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama.
Ev şəraitində hazırlanmış qatıq.
Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları).
Termiki  emala məruz qalmayan içkilər və morslar, kvas.

Kənd təsərrüfatı heyvanlarının xəstəliyinə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadımamış süd.
Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq.
Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər.

Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar.
Istiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr.
Təbii kofe, alkoqollu, energetik içkilər.

Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar.
Qazlaşdırılmış içkilər.
Bitki yağları əsasında süd məhsulları və dondurma
Saqqız,çipslər.

Tərkibində etalon olan (0,5 faizdən artıq) qımız və türş süd məhsulları.
Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studentlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş ətli və balıqlı yeməklər.
Yumurtalı makaronlar, qayğanaq.
Çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər.
 
Siyahı qida təhlükəsizliyi nəzərə alınaraq ümumi olaraq yaxşı hazırlanıb. Amma inandırıcı deyil ki, bufetlərdə şirniyyat, blinçik, ponçik, marqarin istifadə olunmuş yeməklər olmasın. Əgər siyahıya əməl olunsa, o zaman bufetdə su və meyvədən başqa gərək heç nə satılmasın. Uşaqlar isə ponçik, ət, şirniyyat, kakao, yumurta və s. yemək istəyir və yeməlidir. Sadəcə bu qidaların hazırlanmasında istifadə olunan yağların mənşəyi qaranlıqdır. Bufetlərdə ideal və sağılam bitki və ya kərə yağlarından istifadə olunacağı isə absurddur. Əgər məktəblərdə qida hazırlanmasında istifadə olunan yağlara daha diqqətli nəzarət olunsa uşaqların sağlamlığı daha çox qorunmuş olar.

Səslərin sayı: 0
0
145
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış