Bakıda hava 18°
USD 1.7000 AZN
EUR 1.9967 AZN

Qonaqlıq

 

Qonaqlıq

 

Bir çox nəsnələr kimi bir-birimizi görməyə, azacıq söhbətləşməyə də ehtiyacımız var. Qonaq getmək adəti də yəqin ki, belə bir ehtiyacdan yaranıb. Amma get-gedə qonaqlıq əsil mahiyyətindən uzaqlaşıb. “Qonaq gəlir” və yaxud “qonaq gedirik” deyəndə gözlərimizin önündə müşahidə etdiyimiz müxtəlif mənzərələr canlanır.

Qonaqlıq məqsədli şəkildə də təşkil edilir. Eləsi var ki, imkanlı bir qohumunun evinə dönə-dönə qəsdlə gedir ki, onunla əlaqəsi kəsilməsin, nə vaxtsa işi düşə bilər. Bir tərəfdə də həmin imkanlı qohum qonaq qəbul etməyi sevmir, gələnlərə bilərəkdən soyuqluq edir ki, növbəti dəfə gəlməsin, o da rahat yaşasın.

Sosial baxımdan bərabər olan adamların qonaqlıqlarında da vəziyyət belədir.

Qonaq getmənin ilk mərhələsi “borc-xərc” edib bazarlıq etməklə başlayır. Əliboş getməyə utanır. Bilir ki, qonaq qəbul edənlərin çoxunun diqqəti hədiyyədə olur. Özünü şirin salmaq üçün mütləq nəsə alır. Bir tərəfdə də qonaq gözləyən adam ehtiyacından qısıb süfrə hazırlayır. O da bilir ki, qonağı yedizdirmək lazımdır, yoxsa incik düşər və o biri qohumların yanında qeybət edər. Biri alıb gətirdiyinə, digəri də bişirdiyinə halalıq verməyəcək. Odur ki, bəribaşdan özünü sığortalayır. (Bu iyrənc haldır, bu cür qaydalardan qaçmaq vacibdir.)

 

Qonaqlıq



 

Belə halların baş vermədiyi qonaqlıqların da öz “ənənəsi” olur. Əvvəlcə yalançı görüşmələr başlayır. “Necəsiniz” sualını hər iki tərəf verir, amma səmimi cavab söyləyən olmur. Heç kim yaxşı olmadığını bir-birinə söyləmir. Əyləşəndən sonra da söhbət etmək problemi yaranır. Başlayırlar iqlimi pisləməyə. Qışdırsa soyuğu, yaydırsa istini o ki var lənətləyirlər. Bir qədər ötür sonra hislər köhnə xatirələrin üzərində cəmləşir. “Filankəs əmi vardı ey, o indi yaşayırmı?”, “Filankəs xalanın qızının neçə uşağı var, necə dolanır, qayınanası dəyib-dolaşmır ki?” Belə vaxtlarda söhbət individual olduğundan siyasi məsələlərə çox girişmirlər. Bu cür mövzular adətən ictimai yerlərdə, xüsusilə də avtobuslarda olur.

Qonaqlıqdan qayıdandan sonra ev sahibinin güzaranını vurğulayan, həsəd aparan da, hər şeyinə ağız büzən də olur. Elə ev sahibi də bu cürdür. Ya dallarınca güləcək, ya da ağlayacaq. (onun hər şeyi olduğuna ağlayacaq.)

Qonaq getmək istəyəndə gərək əvvəlcədən xəbərdarlıq edib gedəsən. Çünki həmin gün o adamın vacib işi ola bilər və sən gedib ya ona mane olacaqsan, ya da səni geri qaytarmalı olacaq. Bizim millət də bunu kübarcasına qəbul edə bilməyəcək, niyə işini təxirə salmadı deyə, inciyəcək. Əvvəlcədən edilən xəbərdarlığın da bir tərəfi var ki, ev sahibi gəlişindən xəbəri olduğundan tədarük görməli olur, “qəfil gəlmisiniz” deyə bəhanə edə bilmir.

 

Qonaqlıq



 

Əzizlərim indi özünüz deyin, biz təfəkkür tərzimizi dəyişək, yoxsa bu cür əziyyətlə qonaq getməyə və ya qarşılamağa davam edək?

Pərvanə Bayramqızı

2018

Səslərin sayı: 2
3
231
Digər yazılar
Şərhlər
Offline
Iceberg
Sosial baxımdan bərabər olan adamların qonaqlıqlarında da vəziyyət belədir
8 sentyabr 2018 14:16
imza: shafaabdulla.blogspot.com
Offline
Surayye
Qonağa canım qurban deyərdim amma dilim dönmür. Hamı deyir qonaq getmək qonaq qəbul etməkdən yaxşıdı
8 sentyabr 2018 11:54
Offline
Xəyalə Murad
Əzizlərim indi özünüz deyin, biz təfəkkür tərzimizi dəyişək, yoxsa bu cür əziyyətlə qonaq getməyə və ya qarşılamağa davam edək?



Qonaqlıq mövzusu da normasını aşıb. Əvvəl bir-birinin evinə getmək xoş qarşılanırdısa və hətta getməyəndə küsürdülərsə, indi vəziyyət tamamilə fərqlidir. İndi insanların ailə-məişət problemləri o qədər çoxdur ki, günü-günə güclə calayırlar. Belə məqamda qonaq gəlişi ilə hər şeyi alt-üst edər. Qonaqlığın da norması var.
8 sentyabr 2018 11:24
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!