Çin Xalq Respublikasının Urumçi şəhərində “Azərbaycan Şərab Evi” açılıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu, Azərbaycanın xarici ölkədə açılan ilk şərab evidir.
Bununla əlaqədar keçirilən tədbirdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, Azərbaycanın şərab istehsalçıları və Çinin şərab satışı ilə məşğul olan şirkətlərinin təmsilçiləri iştirak ediblər.
İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə yaradılmış “Azərbaycan Şərab Evi” Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi, həmçinin Azərbaycanın şərab və digər spirtli içki məhsullarının Çin bazarında daha çox tanıdılması və satışının təşkili sahəsində fəaliyyət göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Şərab Evinin daimi fəaliyyət göstərən sərgisində xüsusi dadı və keyfiyyəti ilə seçilən müxtəlif növdə Azərbaycan şərabları nümayiş olunacaq.
Açılış tədbirində çıxış edən Çin Xalq Respublikası Sincan Uyğur Muxtar Rayonunun beynəlxalq əlaqələr üzrə rəhbərlər qrupunun rəis müavini Mao Xuey, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu, Çinin “YEMA İnternational” şirkətinin vitse-prezidenti Çen Qan, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov və başqaları Urumçidə fəaliyyətə başalayan Şərab Evinin Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə, Azərbaycan məhsullarının ixracının artırılmasına töhfə verəcəyini vurğulayıblar.
Tədbir çərçivəsində AZPROMO ilə Çinin “YEMA” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, Azərbaycan şərablarına həsr olunmuş mətbuat konfransı keçirilib, şərabçılığın inkişafına dair təqdimat və video-çarxlar nümayiş etdirilib, Çinin şərab satışı ilə məşğul olan şirkətləri üçün Azərbaycan şərablarının dequstasiyası təşkil olunub.
Qeyd edilir ki, “Made in Azerbaijan” brendinin təşviqi, ixracın və istehsalın stimullaşdırılması, o cümlədən Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi məqsədi ilə xarici ölkələrdə yeni ticarət və şərab evlərinin açılması nəzərdə tutulur.
XƏBƏR LENTİ
"İndiki Ukrayna - 1993-cü ildəki Azərbaycandır"
Rəqəmləri birləşdir-6
Əncirli keks (foto-resept)
Qadın ayaqqabısına oxşar kilsə
Dünya ulduzu Rusiya vətəndaşı olmaq istəyir
Gəlinliyə uyğun buzqalter necə seçilir?
Fizika üzrə Nobel mükafatı laureatı AMEA Fizika İnstitutunda olub
Facebook bir insandan nə qədər qazanır?
Azərbaycanlı zəvvarlar hacı olublar
Yay üçün qısa ətək modelləri
Hava haqqında
İnstaqram yenilik etdi
Müharibə başlayır?
Üzümü xərçəngə daşıyanlar
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü başlayıb
"Müəllimlər yanvar ayının maaşlarını artımla alacaqlar"
"WhatsApp"a çox pis xəbər
Hazal Kaya "Subaylığa SON" dedi-FOTO
100 yaşamaq üçün 50-dən də başlamaq olar (2)
Eşq
Brent neftinin qiyməti 44 dollara yaxınlaşır
Edvard Snouden: "Cəmiyyətə şans verdim"
Dünya üçün çox pis xəbər
Putin Bakıya görə rus telekanallarını tənqid etdi
Yuxular və yuxuyozmalar (10)
Serenay Sarıkaya onları məhkəməyə verdi-SƏBƏB
Flora Kərimova yubiley mərasimini təxirə saldı
Zəvvarlara həccdə qadağa
Türkiyədə hərbi bazaların köçürülməsinə başlanılır
Bir ton ağırlığında adamyeyən timsah - FOTO
WhatsApp-da daha bir yenilik
Ərdoğan: “Azərbaycanda qardaşlarımızın yanında biz varıq”
Bürcünüzə görə sizə ən uyğun makiyaj məhsulu
Heyva ətirli toyuq qızartması (foto-resept)
İraq Azərbaycanın peykindən istifadəyə maraq göstərir
"Honkonq qripi"ndən artıq ölən var
Türkiyəli jurnalist “Şuşa” yazılı formada
Pulla bağlı proqnoz: "Manat 1 dollar olacaq"
Zerrin Özerin fırıldaqçı əri haqqında MƏHKƏMƏ QƏRARI
Erməni "söz"ü: ATƏŞKƏSİ 119 DƏFƏ POZDULAR
Düzgün duruşdan başlayın
Gəlinlər üçün toy günü manikürü
Dəb haqqında 30 mif
Qadin.Netlə birlikdə hamiləlik (XXIII həftə)
Kəlbəcər Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti ilə təhvil verilib - VİDEO
Kişilər sonsuz olmayacaqlar
Bredli Kuper İrina Şeyk haqqında danışdı-FOTO
Prezidentin köməkçisi xarici diplomatlarla Tərtər və Ağdamda
Emin Ağalarov “Forbes”ə müsahibə verdi
İlham Əliyevdən erməni diplomata sərt cavab