Bəzi nənələr nəvələri ilə asudə vaxt keçirməyə can atır, başqaları onları uzaq məsafədən sevir, bir qrupu isə nəvələrinə tamamilə laqeyd yanaşır və “nənə” deyə çağırılmağı xoşalmırlar. Görəsən, Fransanın 65 yaşlı birinci xanımı Bricti Makron necə nənədir?
Bəziləri irad tutur ki, onun üçün mini ətəklərini məxmər xalata dəyişmək, diplomatik görüşlər və moda nümayişləri əvəzinə isə qoğal bişirmək və mil saplarla corab toxumaq vaxtı çoxdan yetişib. Bəs madam Makron bu barədə nə düşünür? Məlum olub ki, fransız nənə nəvələrinin tərbiyəsi ilə ciddi məşğul olur. Yeri gəlmişkən, ledinin yeddi nəvəsi var.
Nəvələrin tərbiyəsi
İxtisasca müəllimə olan Bricit Makron çoxuşaqlı fransız burjua ailəsində anadan olub. O, ailənin altıncı və ən kiçik uşağı olub. Fransanın gələcək birinci xanımı və üç uşaq anası vaxtilə özündən 24 yaş kiçik olan təbələsi Emmanuel Makron naminə bankir əri ilə yollarını ayırmağa qərar verib. Bu gün isə Bricit üçün ailə çox müqəddəsdir, xüsusilə də əgər söhbət sevimli nəvələrdən gedirsə. Məlum olub ki, Fransanın birinci xanımı öz həyatını onlarsız təsəvvür etmir.
Fransanın futbol yığmasının məşqçisi Didye Deşam bu yaxınlarda verdiyi müsahibədə birinci xanımın nənə statusuna necə yanaşmasından bəhs edib. O, bildirib ki, Makron cütlüyü ilə nahar edərkən yaxından tanış olub:
"Bizim bir çox oxşarlıqlarımız var, axı biz pedaqogika ilə məşğul oluruq. Mən idman məşqçisiyəm, o isə məktəb müəlliməsidir. Biz nahar süfrəsində təhsil sahəsi, futbol və bizi xoşbəxt edən nəvələrimiz haqqında çox danışmışıq. Madam Makron çox açıqsözlü qadındır".
Deyilənlərə görə, Bricit Makron ideal nənədir. O, nəvələrini ərköyün böyütmür. Birinci xanım uşaqlarına verə bilmədiklərini nəvələrinə yükləməyə çalışmır. Xanım Makron əmindir ki, nənə və babaların sahib olduğu nüfuzdan və nailiyyətlərindən asılı olmayaraq, valideynlərin mövqeyi həmişə ilk yerdə dayanmalıdır.
İdeal nənə həyatı sevir və hər gününü qiymətləndirir. O, nəinki öz uşaqlarına və nəvələrinə baxır və əzizləyir, həm də özünə vaxt ayırır. Öz həyat eşqi, həyat tərzi və fəallığı ilə Bricit Makron həm övladlarını, həm də nəvələrini ruhlandırır!
Ərinin andiçmə mərasimi zamanı Bricit bildirib ki, qrafiki imkan verdiyi müddətdə nəvələri ilə tez-tez ünsiyyətdə olmaq niyyətindədir. O, nəinki prezident ərinə kömək edir, həm də ölkədə təhsil proqramları ilə məşğul olur. Yeri gəlmişkən, birinci xanımın Yelisey sarayında ayrıca otağı var.
Bununla belə birinci xanım vəzifə və öhdəliklərinin yaxınları ilə münasibətlərinə neqativ təsir etməsinə icazə vermir. Şübhəsiz, ailə Bricit üçün 1 nömrəli prioritet olaraq qalır.
B.Makronun kiçik qızı Tifen Ozer müsahibəsində etiraf edib ki, əgər ona əsl məhəbbət nümunəsinə dair sual verilsəydi, o, düşünmədən anası ilə onun həyat yoldaşının münasibətlərini misal gətirərdi: "Onlar bir yerdə olanda, sanki dünyanı unudurlar. Emmanuel anamın nəvələrini çox sevir, onlar isə nəvazişlə onu "ata" çağırır. Məgər bu, sevgi deyil?"
Bricit və Emmanuelin ümumi övladı yoxdur.
"Biz uşaq sahibi olmamaq qərarına gəldik. Bu seçim, Bricitlə aramızda olan yaş fərqinə əsasən verilib. Mənim bioloji uşaqlara və nəvələrə ehtiyacım yoxdur, çünki bütün sevgi və qayğımı Bricitin nəvələrinə bəxş edə bilərəm" , - deyə müsahibələrinin birində Fransa prezidenti bildirib.
Xatırladaq ki, Bricit Makron ölkə başçısından çox daha çox müzakirələrə və marağa səbəb olan birinci xanımdır. İnsanlar Fransanın 65 yaşlı birinci xanımının xarici görünüşü və həyat yoldaşı ilə arasındakı böyük yaş fərqini müzakirə etməkdən yorulmurlar.
Emmanuel nüfuzlu dövlət başçısı olana qədər Bricit əri ilə kəşməkəşli həyat yolu keçib. Makron cütlüyü haqqında nə qədər şayiələr yayılsa da, Bricit Emmanuelin yeganə məhəbbətidir. Ölkə başçısı xanımına olan sevgisini təkrar etməkdən yorulmur:
"Bricit həmişə yanımda olub və mən indi onu itirmək fikrində deyiləm. O, həyatı mənimlə bölüşür, onun fikri mənim üçün həmişə əhəmiyyətli olub və vacib olaraq qalır".
Aytən
Publika.az
XƏBƏR LENTİ
Klimaks dövründə xəstəliklərdən qorunmaq üçün ...
Bir az gülək
Bürcünüzə görə hansı idmanı etməlisiniz?
Hikmət Hacıyev və Hüseyn Mahmudovdan vacib AÇIQLAMA
Müəllimlərlə bağlı yeni qaydalar
Zərif aksesuarlar
Mehriban Əliyeva Qubadlının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik etdi
Şeyma Subaşı yeni FOTOsunu paylaşdı-FOTO
Prezident İlham Əliyev veteranlar üçün 500 min manat ayırdı
Utancaqlıq
Kimsəsiz ölən məşhur aktrisa
Ermənistanın PUA-sının məhv edilmə görüntüləri - ANBAAN VİDEO
Uşaqlar üçün kefirli-almalı oladi (foto resept)
Yeni serial başlayır-FOTO
Bakı Bulvarına elektrikli velosipedlər gətirildi
Qadınlar kişilərdə olmasını istədiyi 5 xüsusiyyət
Prezident ailəsi Peyğəmbər məscidində
Bu rayonlar üzrə pensiyalar köçürülür - SİYAHI
ABŞ-da xəbərdarlıq
Kakaolu paxlava(foto-resept)
Həkimlər xəbərdarlıq edir: nəm salfet alarkən ehtiyatlı olun!
Ömrü azaldan daha bir səbəb bəlli oldu
Ermənistan MN: Hadrutda döyüş başladı
Övladınızı internetdə gözləyən təhlükələr
Sabaha olan teledərslərin proqramı açıqlandı - FOTO
Azərbaycanda haqsız rəqabət hallarının qarşısı alındı
Ölüm oteli
XİN rəhbərindən hərbi əməliyyatların bərpası məsələsi ilə bağlı AÇIQLAMA
"Günəbaxan" piroqu (foto resept)
Suriyadan Türkiyə ərazisinə raket zərbələri endirilib
Kəbənin ətrafında nə yerləşir?
Türkiyədə qar yağdı
Gənc xanımlara ziyafət geyimləri
Payız fəslinin ən aktual rəngləri
Hamiləlik üçün ən uyğun yaş dövrü
Hollivudun ən güclü ulduz cütlükləri - FOTO
Tənbəlliyin bilinməyən faydaları
Albert Eynşteynin tüklü "qohum"u tapıldı
Qazaxın işğal altında olan yeddi kəndi də qaytarılacaq - RƏSMİ
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
Məşhur model yorğunluğunu belə ifadə etdi-FOTO
Qadin.Net - 5 YAŞ
Qəbələ rayonuna 2 milyon manat ayrıldı
Mətbəx aksessuarı hazırlayaq
Ərdoğan: “Türkiyə Bakı-Tbilisi-Qars layihəsi ilə Londondan Çinə dəmir yolu bağlantısı qurub”
Sonuncu buraxılış imtahanı keçirilir
İlanların yuva saldığı məktəb
Dünyanın Ən Qeyri-adi EVLİLİK TƏKLİFİ вЂ“ VİDEO
Yeni Zelandiya və Fici artıq yeni ilə qədəm qoydu
Utancaq uşaqlar
- ŞƏRHLƏR