Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 13 212 ərizənin onlayn qeydiyyatı (27.08.2018-ci il tarixinə saat 11:00-a olan məlumata əsasən) aparılıb.
Qadin.Net xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) trend -ə verilən məlumata görə, qurumun tabeliyindəki ümumi təhsil müəssisələrində 2018-2019-cu dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 15-dən başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 28-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.
Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, informasiya texnologiyalarından istifadə vərdişlərinin artırılması baxımından olduqca əhəmiyyətlidir.
Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda, doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə (qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış "Şəxsi Kabinet"indən çap olunmuş "Ərizə" daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur.
Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı Apelyasiya Komissiyalarına müraciət etmək olar.
Məktəbəhazırlıq qruplarında gün ərzində 3 saat, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi", "Fiziki mədəniyyət" məşğələləri keçirilir.
Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.
Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edib. 2018-2019-cu dərs ilində həmin göstəricinin 75, 2019-2020-ci tədris ilində isə 90 faizə çatdırılması nəzərdə tutulur.
XƏBƏR LENTİ
Məktəbə kağız dərsliklər əvəzinə elektron dərsliklər aparmaq olarmı? - AÇIQLAMA
Serenay Sarıkaya "Çukur"a gəlir
Cəfərinin faydaları
Yer kürəsinin əkizi tapıldı
Dünyanın ən kiçik ölkələri
Şagirdlərin tətil müddətləri qısaldılacaq
Günün ulduz falı - 29.12.2013
Gökçə Bahadır 2 milyona ev aldı-FOTO
Parfüm: saxta məhsulu necə tanımalı
Bulqurun inanılmaz faydaları
Selülitdən yaxa qurtarmanın yolları.
Uşağı "pis yetişdirməyin" yolları (II)
Qarpızı alanda kəsdirməyin! - ZİYANLARI
Bunları söyləyərkən rahat olun (1-ci hissə)
Künbəz tort (foto-resept)
Kənan Doğulu Beren Saata mahnı həsr etdi
2013 MTV Film mükafatları mərasimi
Bergüzarı "Şabaniye"yə bənzətdilər-FOTO
Şəhvət və eşq xəstəliyi (1-ci hissə)
Xoşbəxt olmaq üçün Vanqadan 20 tövsiyə
İnsan beynində qeyri-adi zona kəşf edildi-FOTO
Faydalı daşlar - Oniks (damarlı əqiq)
Kremli kek (foto resept)
Kraliça Meqan və Harrini Təcili olaraq Britaniyaya Çağırdı-SƏBƏB
Leyla Əliyevadan anasına unikal təbrik!-FOTO
1,1 milyon insan qarət olundu
Mədəniyyət və Turizm nazirliyi ikiyə bölündü
"Çelsi" "Real Madrid"in forvardını almaq istəyir
Leonardo Di Kaprio Azərbaycanın problemindən danışdı
Tolga doğulacaq körpəsinin adını SƏSVERMƏYƏ qoydu
2019-cu ilin TƏTİL GÜNLƏRİ
Pulu qənaətlə necə xərcləməli?
Anar Məmmədxanovun vəfatından 5 il ötür
Armudlu piroq(foto resept)
İbtidai sinif müəllimləri üçün imtahanlar başlayır
Qurban bayramında neçə gün iş olmayacaq?
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Eşli bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Dişimizdəki bakteriyalar
Musiqidən alınan keyfin sirri açıldı
Əmziyin xeyri və ziyanı
Vahid Əhmədov: "Dollara görə artım olacaq, amma..."
HAVA necə olacaq?
2019 gəlin makiyajı trendləri
2012-ci ilin bilərzikləri
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Məşhur aktrisa 21 il sonra məzunu oldu
Rezin əlcək koronavirusdan qoruyur? - ÜST AÇIQLADI
İtalyan deserti (foto resept)
Hər kəsin təhlükəsizliyi təmin olunur
- ŞƏRHLƏR